Moskva Bakıya söz versə ki...

Moskva Bakıya söz versə ki...Rusiya-Türkiyə-Azərbaycan ittifaqı baş tutarsa, bu, region çox əhəmiyyətli bir hadisə ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, tərəflər əvvəlcə bu üçlüyün ideoloji, siyasi bazasını hazırlamalı və bu prinsiplərə sona qədər sadiq qalacaqlarını bəyan etməlidirlər:

"Açığı, Rusiya bir çox beynəlxalq müqavilələri, Ukrayna ilə bağlı Minsk razılaşmasını tez-tez pozub. İndi Rusiya-Türkiyə-Azərbaycan üçlüyü yaranarsa, bu, Moskvanın Cənubi Qafqazdakı Ermənistan-Azərbaycan münaqişəsinə münasibətinin dəyişməsini də tələb edəcək. Çünki söhbət məsələnin beynəlxalq hüquq prinsipləri və BMT-nin məlum qətnamələri əsasında həllindən gedir ki, Rusiyanın buna münasibətinin necə olacağını söyləmək çox çətindir. Bu günlərdə Ermənistanda olan Rusiya qoşunları genişmiqyaslı hərbi təlimlər keçirdi. Bu hərbi təlimlər bir növ əzələ nümayişi idi və daha çox Azərbaycana psixoloji təsir göstərmək xarakteri daşıyırdı. Yeri gələndə Rusiya Ermənistana strateji müttəfiq, Azərbaycana isə strateji tərəfdaş kimi baxır. Bu fonda Ermənistana Azərbaycandan daha çox diqqət yetirmək məsələsi sual doğurur".

Politoloq qeyd edib ki, əgər söhbət üçlü müttəfiqlikdən gedirsə, bu münasibətlər tərəflər arasında səmimi əlaqələrin qurulmasına gətirib çıxarmalı və onlardan biri digəri üçün problem yaratmamalıdır:

"Rusiya Ermənistan-Azərbaycan məsələsində mövqeyini dəyişəcəkmi və bunun özünü hansı şəkildə biruzə verəcəyi ilə bağlı suallara aydınlıq gətirilməlidir. Çünki Rusiya-Türkiyə-Azərbaycan üçlü ittifaqının baş tutması məhz bu iki suladan asılıdır".

Qeyd edək ki, Ərdoğan bir müddət öncə Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında Azərbaycan-Türkiyə-Rusiya İttifaqının yaradılmasını və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını geniş müzakirə etdiklərini bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2596   Tarix: 28 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb

2 may
.

Prezidentin yeni təyin etdiyi icra başçısı kimdir? - DOSYE

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Ovni Muradov, əvvəllər Babək rayon E.Əliyev adına Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbinin direktoru, Babək rayo

29 aprel
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

4 may
.

Azərbaycan və İran generalları görüşdülər

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisini

3 may
.

İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başlayıb

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

7 may
.

Prezidentin sərəncamı 3 minə yaxın şəxsə şamil olunacaq

Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 300-ə yaxın şəxsə şamil olunacaq. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarını

2 may
.

Ramin Məmmədov deputat mandatından məhrum edildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Məsələ səsverməyə çıxarılıb və Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib. Qeyd edək ki, Prezident İlha

2 may
.

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında söyləyib. "Ümid edirəm ki, bizim müştərək yolumuz çox uğurlu olacaq", - deyə dövlət başçısı vurğulayıb

7 may
.

Bolqarıstan Prezidenti sabah Azərbaycana rəsmi səfərə gəlir

Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Azərbaycana rəsmi səfər edəcək. report-a istinadən xəbər verir ki, səfər zamanı Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair birgə bəyannamənin imzalanması planlaşdırılır. R.Radevin Bakıya səfərinin məqsədi qarşılıql

7 may