Vakuum mərmilərlə dolacaq: Qarabağda YAZ MÜHARİBƏSİ BAŞLAYIR

Vakuum mərmilərlə dolacaq: Qarabağda YAZ MÜHARİBƏSİ BAŞLAYIR"Çoxları bu ilin yazında Dağlıq Qarabağ münaqişəsi zonasında müharibənin olacağını gözləyir. Çünki ötən ilin "aprel müharibəsi"ndən sonra nizama salınma prosesində irəliləyiş yoxdur və diplomatiya heç bir naliyyətə imza atmayıb".

Bu barədə "Karneqi" fondunun Cənubi Qafqaz üzrə eksperti, britaniyalı konfliktoloq Tomas de Vall Ermənistan mediasına müsahibəsində deyib.

Onun sözlərinə görə, münaqişə tərəflərində qəzəb və məyusluq var: "Bu vəziyyət münaqişə zonasında genişmiqyaslı müharibəni hər an başlada bilər. Qarabağ münaqişəsində vakuum əmələ gəlib. Bu boşluq ya diplomatik danışıqlarla, ya da mərmilərlə dolacaq. ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləri kimi passivdirlər və belə təəssürat yaranır ki, Rusiya yeganə vasitəçidir".

Tomas de Vall hesab edir ki, Rusiyada Qarabağ münaqişəsinə müxtəlif yanaşmalar var.

"Rusiya münaqişənin həllində ən nüfuzlu vasitəçidir, lakin eyni zamanda tərəflərə silah satır. Hesab edirəm ki, Rusiyanın təhlükəsizlik orqanları mövcud status-kvonun və münaqişə tərəfləri arasındakı tarazlığın saxlanılmasında maraqlıdır. Rusiya xarici işlər naziri Sergey Lavrov isə münaqişənin nizama salınmasını istəyir. İnanır ki, sülh formulu tapıla bilər və Rusiyanın təsir imkanları genişlənər. Rusiya bir tərəfdən silahlandırma ilə müharibə ehtimalını artırır, digər tərəfdən, mümkün müharibədə özü üçün təhlükələr yaradır. Çünki Rusiya müharibədə tərəflər arasında seçim etməlidir, hansı ki, bu, onun maraqlarına uyğun gəlmir. Qısası, Rusiyanın bu münaqişədə müxtəlif maraqları var və bu maraqları sülh prosesinə mane olur. Buna görə də başqa beynəlxalq oyunçu prosesə daxil olmalıdır", - deyə ekspert vurğulayıb.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3498   Tarix: 28 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

6 may
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

29 aprel
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

4 may
.

Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb

2 may
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

4 may
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

4 may
.

Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başlayıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir. *. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliye

26 aprel