Böyük Qarabağ oyunu bitir: Ermənistan yox olacaq

Böyük Qarabağ oyunu bitir: Ermənistan yox olacaqƏslində, Qarabağ məsələsinin tənzimlənməsi üçün nə ABŞ-ın, nə Rusiyanın, nə də Avropa Birliyinin fərqli planı var.

Bu sözləri millət vəkili Zahid Oruc deyib. Millət vəkili vurğulayıb ki, sanki Qarabağ münaqişəsi olmadan bölgəyə baxış mövcud deyil:

"SSRİ-nin çöküşündən sonra ABŞ, Avropa Birliyi, Rusiya və İran bu məkana əsasən konfliktlərin üzərindən siyasət qurmaqla yanaşıblar. Ermənistan Rusiya üçün Azərbaycanla münasibətləri balanslaşdırmağa yarayırsa, digər tərəfdən İrəvanın əli ilə xarici siyasətimizə təsir göstərib, iqtisadiyyatımızı müəyyən qədər öz arzuladıqları istiqamətə gətirməyə, neft siyasətində önəmli rol oynamağa çalışır. O cümlədən Ermənistandan Türkiyəyə qarşı istifadə olunur. Beləliklə, bölgədə dövlətlərin üstündə bu münaqişə əsas müəyyənləşdirici alətə çevrilib. Xarici siyasət də, iqtisadiyyat da sanki Qarabağ konfliktinin ümumi inkişaf ssenarisinə tabe edilir. Qarabağ məsələsinin tənzimlənməsi üçün nə ABŞ-ın, nə Rusiyanın, nə də ki Avropa Birliyinin fərqli planı mövcuddur. Onlar Minsk Qrupu formatında həll üçün birləşməyiblər, daha çox öz aralarında qlobal savaş aparırlar. 1990-cı illərdə Balkanlarda, İraqda, Əfqanıstanda, indi isə Suriya və Qarabağda bu dövlətlər arasında döyüş gedir. O üzdən Ermənistan-Azərbaycan münaqişəsi şərti xarakter daşıyır. Məsələ üzərində müharibəsi gedən dövlətlər dediyimiz üst qatdadır və onların arasındakı vəziyyətdən asılı olaraq bu dövlətlər həmin ziddiyyət müstəvisində öz maraqlarını axtarırlar. Yəni Azərbaycan görəndə ki, Fransa-Rusiya münasibətləri pisləşir, bu məqamda təbii olaraq öz xarici siyasət kursunun həmin şəraitə uyğun çevik konsepsiyasını aparır".

Z.Orucun sözlərinə görə, hazırkı dövrdə bölgədə mövcud olan silah kütləsi 1990-cı illərdən çox fərqlidir:

"Ən müasir silahları səngərə daşıyaraq tərəflərə sülh mesajını vermək və hansısa sənədlərlə prosesi tənzimləməyə çalışmaq qeyri-realıdır. Çünki müharibə qaçılmazdır. Heç kəs gəlib Ağdərə, yaxud da Füzuli istiqamətindən Azərbaycan tanklarını çıxarası deyil. Anjey Kaspşikin idarəsinin buna gücü çatmaz. Yalnız real sülh müqaviləsinin müddəaları işə düşərsə, tərəflər öz qoşunlarını geri çəkəcəklər. Bu isə baş vermir. Bir müddət öncə Moskvaya səfər edən Sərkisyan özü ilə bərabər müdafiə nazirini də aparmışdı. Bir çoxları belə düşünür ki, Moskvada Qarabağın taleyi həll olunmasa da, Ermənistanın gələcək hakimiyyət arxitekturasının son imzası qoyulacaq. Hətta belə fikirlər də var ki, gələcək varis Vigen Sərkisyandır. Görünür, Gümrü bütövlükdə ermənistanlaşır. Yəni Ermənistanın özü artıq bir hərbi bazaya çevrilir. Bir çoxlarına görə, parlamentli idarə üsulu Ermənistan dövlətçiliyinin olan-qalan hissələrini də dağıdacaq və bu ölkə öz suverenliyini tamamilə itirəcək, belə olan halda bu, Qarabağda da öz əlamətlərini tapacaq".

Millət vəkili bunun tamamilə real olduğunu düşünür:

"Çünki 1990-cı illərdən fərqli olaraq, indi Ermənistan cəmiyyətində çox böyük parçalanmalar var, o cümlədən Qarabağ məsələsinə münasibət onların vahid məxrəcə gəlməsinə imkan vermir. Belə olan halda dağılmış illüziyalar fonunda bölgədə sülh üçün istəklər yoxdursa, əskinə, müharibə şəraiti yetişibsə, beynəlxalq qüvvələr hansı reytinqlə çıxış edirlər? Tramp administrasiyası daxildə xalq və rəqib siyasi qüvvələrlə, mediayla, maliyyə korporasiyaları ilə savaşını bitirə bilmir. Trampın Amerika üçün vəd etdiyi yeni xarici siyasət doktrinasının hətta ən kiçik konturları belə hələ də bəlli deyil. Bu şəraitdə Rusiya necə aktiv hərəkət edəcək? Burada da xeyli problemlər mövcuddur. Rusiya avtomatik olaraq Cənubi Qafqaza özünün ən əlverişli texnologiyasını, iqtisadi modellərini və inkişaf prinsiplərini verə bilmir. Baxmayaraq ki, hərbi cəhətdən bölgəyə diktə edir. Ona görə də nə bölgə dövlətlərinin, nə də onların üst qatında dayanan və regionu ələ keçirmək üçün savaş aparan dairələrin münaqişələrin həlli üçün planı var. Belə şəraitdə toqquşmalar qaçılmaz olacaq".

Z.Oruc qeyd edib ki, Rusiya-Türkiyə münasibətlərinin müsbət məcrada inkişafı Qarabağ cəbhəsində Azərbaycanın mövqelərini gücləndirir:

"Rusiya-Türkiyə münasibətləri daha da dərinləşəcəyi təqdirdə Azərbaycan bundan maksimum dərəcədə istifadə edə bilər. Yeganə olaraq böyük dövlətləri məcburetmə qaydası ilə, prosesə yanaşmağa vadar etmək üçün digər dövlətlərlə münasibətlərimizi işə salmalıyıq. Azərbaycan üçün dövlət başçısı səviyyəsində münaqişənin həll planı mövcuddur. Bu, hərbi-siyasi vasitələrin, iqtisadi gücün, beynəlxalq əlaqələrin hamısının vəhdətində həyata keçirilməkdədir. Ermənistan bunun fərqindədir. Ona görə də mən Qarabağ məsələsinin həllini böyük dövlətlərin əlindən, onların qərarlarından gözləmirəm".

Mənbə: axar.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3224   Tarix: 28 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəsmi Bakıdan sərt AÇIQLAMA: "Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edirik"

29 aprel 2024-cü il tarixində Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddiaları qətiyyətlə rədd edirik". xəbər verir ki

30 aprel
.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel
.

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat konfransı başa çatıb. 14:41. Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfrans

26 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirərək iqtisadi sahədə də əlaqələrimizi

29 aprel
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

2 may
.

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirini

29 aprel