Vüsalın qətlinə görə cəmi 10 min veribmiş...
13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə istintaqı başlayıb.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham aktını elan edib.
Xəyal Əli-Zadə 2013-cü ildə Qaradağ rayon Polis İdarəsində İctimai təhlükəsizlik şöbəsinin rəisi işləyib. Polkovnik-leytenant rütbəsi ilə xidmət edib.
O, xidməti səlahiyyətlərini icra etmək əvəzinə, vəzifəsindən və maddi imkanlarından istifadə edərək Vüsal Şilderə qarşı cinayət planı qurub. Əvvəlcə bir neçə dəfə Vüsaldan həyat yoldaşının bacısı Lalə ilə münasibətini dayandırmağı tələb edib. Lakin Vüsal onun tələbini qəbul etməyib. Bundan hiddətlənən Xəyal onu öldürtdürmək qərarına gəlib.
Xəyal Vüsalı öldürtdürmək üçün tanışı Seymur Talıbovdan adam tapmasını istəyib. Bunun qarşılığında da Seymura 10 min manat pul verib.
Seymur Talıbov bu işi həll etmək üçün əvvəllər dəfələrlə məhkum edilmiş Elman İsgəndərovu tapıb. Seymur Siyəzən rayonundan gələn Elmana əvvəlcə 100 manat pul və bıçaq verib. Ona Bakı şəhərində qalmağa yer təşkil edib.
Xəyal Əli-Zadə isə Elmanla Seymura həbs edilməyəcəkləri barədə də vəd verib. Elman İsgəndərov Vüsal Şilderi universitetdən çıxandan sonra bir neçə bıçaq zərbəsi vurmaqla qətlə yetirib. Elman qətli icra etdikdən sonra cinayət aləti olan bıçağı kanalizasiyaya atıb.
Bu əməlinə görə Xəyal Əli-Zadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə) maddəsi ilə ittiham verilib. Hakim müttəhimin nəzərinə çatdırıb ki, təqsiri sübuta yetirilsə, onu 14 ildən 20 ilə kimi və ya ömürlük həbs cəzası gözləyir.
Xəyal Əli-Zadə isə özünü təqsirli bilmədiyini deyib. O, indiki halda ifadə verməkdən də imtina edib.
Proses oktyabrın 20-də davam edəcək.
Qeyd edək ki, Vüsalın qətlində təqsirli bilinən Elman İsgəndərov və Seymur Talıbov hadisə baş verəndən sonra mühakimə edilib. Elman 15, Seymur 12 il azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 782 Tarix: 28 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kürdəmirdə qardaş bacısını qətlə yetirdi
Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl
15 sentyabr 2021Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...
Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd
23 avqust 2021Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO
Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov
22 avqust 2021Gəncədə qadın qətlinin detalları: Hadisə yun çırpmaq üstündə olub - YENİLƏNİB
Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub. Hüquq-mühafizə orqanlarından -a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub. Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. B
1 sentyabr 2021Qaxda baş verən yanğın məhdudlaşdırılıb
Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat
25 avqust 2021Bu da tanınmış klubda müştərini döyərək öldürən mühafizəçinin FOTOSU
Xəbərə şəkil əlavə olunub. 10:20. Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb. Belə ki, "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdl
30 avqust 2021Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB
Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl
13 sentyabr 2021