Son Dəqiqə: Azərbaycanın ən məşhur müğənnisi sən demə illərdir...FOTO

Son Dəqiqə: Azərbaycanın ən məşhur müğənnisi sən demə illərdir...FOTOSonxeber.az müğənni İlahə Fədanın milli.Az-a müsahibəsini təqdim edir:

Bir zamanların ən məşhur müğənnisi və ən məşhur mahnısının ifaçısı olmuş bu xanım uzun illərdir ki, mətbuatla əlaqələrini kəsib. Məşhurun hətta müflis olaraq, depressiyaya düşdüyü şayiələri də dildən-dilə dolaşdı. Çox çətinliklə də olsa müğənni ilə əlaqə yaradıb, yayılan şayələrə birlikdə aydınlıq gətirdik. Söhbət məşhur müğənni İlahə Fədadan gedir. Təbii ki, cavabsız qoyduğu suallarım da oldu.

- İlahə Fəda bir zamanların ən məşhur və tələbatlı müğənnisi idi. Kimlər sizi səhnədən uzaq saldı?

- Özüm... Əslində, səhnədən uzaq deyiləm, sadəcə, səhnə azalıb. Olan-qalan səhnədə də tıxac var.

- Deyirlər ki, müflis olduğunuz üçün efirlərə çıxmırsız. Bu, doğru xəbərdir?

- Müflis olduğumu düşündüklərinə görə, deməli, nə vaxtsa milyonçu olmuşam (gülür). Kaş ki, bu şayiəni yayanlar mənim qazandıqlarımın onda birini qazana bilsələr. Bu tip xəbərlərə, sadəcə, gülürəm. Əgər müflis olduğuma görə efirlərə çıxmırdımsa, əksinə bundan istifadə edib toylar tutardım da.

- Maddi qazancdan söhbət gedir?

- Həm maddi, həm də mənəvi. Ömrüm boyu maddiyata önəm vermədim. Sənətimi də pula dəyişmədim, çünki sənət mənim üçün müqəddəsdir.

- Biznesinizin batmasının səbəbkarı kim oldu?

- Bu, təbii ki, məndən asılı deyildi. 2008-ci ildə qlobal ticari böhran oldu. Bir çoxları kimi mənim də biznesim iflasa uğradı.

- Nə biznesi idi ki?

- Artıq bu haqda danışmamaq haqqımdan istifadə edirəm.

- Həyatınızın ən ağır depressiyasını nə vaxt yaşamısız?

- 2011-ci ildə. Amma bu haqda da danışmaq istəmirəm.

- Sizin "Gedəcəyəm" adlı məşhur bir mahnınız var idi. Bu mahnı sizə, yəqin ki, düşərli olmadı.

- Əslində, bu cür şeylərə inamıram ki, düşərli oldu, yaxud olmadı. Bunlar hamısı həyatdır, qismətdir. Bu insanın doğru və yalnış seçimi də ola bilər. Mahnının nə günahı var ki?

- Amma bir tərəfdən də bu mahnı sizi çox tanıtdı, məşhur etdi.

- Bəli, düzdür. Bu populyarlıq hələ də davam edir. Gövhər Həsənzadə sağ olsun ki, bu mahnını ortalığa çıxardı. Əsl sənət olanda məşhurluq da olur. Çünki biz bu mahnını hazırlamadıq ki, məni məşhur etsin, toylarım çoxalsın. Sırf sənət uğrunda etdik. Amma mən bu mahnıdan əvvəl də məşhur idim, kliplərim, klassik repertuarım var idi. Sadəcə, bu mahnı gənclərə xitab idi deyə sevildi.

- Hansı sənət yoldaşlarınız bu illər ərzində sizi axtardılar? Əsl dostlarınızı tanıdınızmı?

- Əsl dost bir az ağır söhbətdir. Mən insanlari sevirəm. Yaxşı gündə, yaman gündə kim yanımdadır onları ayırd edirəm. Mənim ürəyimdə kin yoxdur, əgər bir insan mənə qarşı səhv edibsə, onu səhv etməmiş kimi qəbul edirəm. Bir sözlə, insanları sevirəm. Mənim dostlarım ailəm, anam, bacılarım və bacım uşaqlarıdır.

- Bu illər ərzində gözünüzü kimlər yolda qoydu?

- Belə baxanda, əslində, heç kim. Yaxınıma buraxdığım insanlar olmayıb ki, onlardan inciyim və gözüm yollarda qalsın. Amma uşaqlıqdan mənim gözümü atam yolda qoyub.

- Atanız indi necədir? Bildiyimə görə ona siz qulluq edirsiz.

- Atam indi yaxşıdır. Çox şükür olsun Allaha. Əziyyətimiz hədər getmədi. Artıq mənə ehtiyac yoxdur. Amma iki il idi ki, atama görə efirlərə çıxmırdım. Xəstəxanada və həkimlərin yanında idim.

- Niyə onunla qalmırsız?

- Yaxşıdır da vəziyyəti. Hərdən ona baş çəkirəm.

- Ananızla qalırsız, deməli?

- Bəli.

- Atanız sizi uşaqlıqdan atıb getmişdi. Ananız atanızı bağışlamaqda çətinlik çəkmədi?

- Heç çətinlik çəkmədi anam. Çünki biz onu artıq bağışlamışdıq. Atamın öz peşmanlığı özünə bəsdir, məncə.

- Nə vaxtsa səhvinizə görə peşmançılıq çəkmisiz?

- Əlbəttə ki, zaman-zaman insanın peşmançılqları olur. Biz axı insanıq. Səhvlər də, doğrular da bizim üçündür. Dərindən düşünəndə heç peşman deyiləm. Artıq o hissləri yaşamışam, olub-bitib. İndi tək peşmançılığım, vaxtilə mənasız şeylərə peşman olmağımdır.

- Hansı hissləri unutmursuz?

- Vətənlə bağlı hisslər heç unudulmur.

- Həyatınızı yenidən yaşasaydınız, hansı səhvləri etməzdiniz?

- Bütün səhvlərim, doğrularım mənimdir. Bu günə qədər nə etmişəmsə hamısının arxasındayam. Məni mən edən doğru və yalnışlarımdır.

- Həyatınız maraqlıdır?

- Əlbəttə.

- Necə keçir gününüz?

- Hamıda olduğu kimi. Mən başqa planetdən gəlməmişəm ki.

- Müğənninin günü axı fərqli keçir.

- Doğrudur, bir az yorğunçuluq və rejim pozğunluğu olur. Amma bu da öz seçimimdir də.

- Toylar da bir yandan. Hə?

- Əslində, toy deməyim də. Dost-tanış məclisləri,önəmli tədbirlər və s.

- Bəs pullu toylar yoxdur?

- Mən almıram, özləri verirlər. Bu vaxta qədər heç kimdən toyunda oxuyacağam deyə pul istəmədim.

- Heç kimə qiymət deməmisiz?

- Amma pulsuz da yola salmadılar. Heç vaxt!

- Bəs toy danışmağa gələndə nə deyirsiz?

- Əgər o toy adamından ağlım bir şey kəssə, demişəm gəlib oxuyaram, sonrasına baxarıq. Sonrası da yaxşı olub, narazı qalmamışam. Bu adətim indi də davam edir, utanıram pul deməyə.

- Yarım saata 1500-2000 məbləğinə gedən müğənnilər də var. Bəs onların özəlliyi nədədir?

- Bilmirəm vallah. Əgər sənətləri varsa, niyə də olmasın?

- Var sizcə?

- Bu, zövq məsələsidir.

- Siz tamaşaçı olaraq yarım saatına o qədər məbləğdə pul verərsiz müğənnilərə? Üstəlik, fonoqram oxuyurlarsa.

- Mən dəvət aldığım məclislərə zövqsüz oxuyan müğənniləri dəvət etmirlər. Hələ ki, fonoqram oxuyanları. Arada-sırada olur, onda da qonaqların onlara olan münasibətini görüb çox yazığım gəlir.

- Kimlərin sənətini bəyənirsiz?

- Çox var. Hamısını saymaq olmur axı.

- Məsələn, Röya, Natavan və Günay. Hansını bəyənirsiz?

- Röya da, Natavan da gözəl ifaçılardır. İkisini də bəyənirəm. Günay üçün hələ tezdir, çox öyrənməlidir sənəti.

- Günay müsahibələrində dəfələrlə rəqibinin olmadığını bildirir.

- Qoy desin də. Yəqin o elə bilir.

- Siz elə görmürsüz?

- Xeyr.

- Şəxsi münasibətiniz varmı?

- Aygün Bəylər və Fədayə Laçından başqa heç bir müğənni ilə şəxsi münasibətim yoxdur. Hamıyla salam-sağol.

- Fədayə xanımla deyirlər münasibətiniz yoxdur.

- Fədayə həm gözəl insan, həm də gözəl sənətkardır. Elə şey olar ki, münasibətimiz olmasın? Bu tip şayiələrə, sadəcə, gülürəm. Heç vaxt münasibətimiz pozulmayıb. İnanmırsınızsa, ondan da soruşun.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 13853   Tarix: 28 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021