"N brothers"in üzvünün atası anası və xalası qızını niyə öldürdü? - Namiqdən DƏHŞƏTLİ TƏFFƏRRÜAT
Xəbər verdiyimiz kimi, mart ayının 25-də Abşeron rayonu Saray qəsəbəsində dəhşətli qətl hadisəsi törədilib. 55 yaşlı Hüseynov Qurban İsmayıl oğlu həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib. Bundan sonra həyat yoldaşının yaxın qohumu 18 yaşlı Amur Təbrizi Rəhilə Əsgər qızını da öldürüb. Hadisəni törədən Qurban Hüseynov "N brothers" qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.
"N brothers" qrupunun rəhbəri Namiq Qafarov baş verənlər barədə unikal.org-a müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.
-Namiq müəllim, Siz, o ailəni tanıyırdınızmı?
-Əlbəttə. O ailə çox gözəl insanlardan ibarət idi. Amma təəssüflər ki, belə faciəvi hadisə baş verdi. Təsəvvür edirsiniz də, İsmayıl bu gün nələr çəkir? Ən azından 15-20 gün vaxt lazımdır ki, İsmayıl özünə gəlsin. İsmayılın anası çox gözəl insan, qonaqpərvər, işgüzar xanım idi. Yaşlı qadın idi. Gərək belə bir hadisə olmayaydı. Atası isə çox əsəbi adam idi. Xalası qızı kimi təqdim edilən qızı da öz qızları kimi saxlayırdılar.
-Hadisə necə baş verib?
-İçkili olub. Gəlib evə. Evlərində buna görə çox dava-dalaş olub. Amma bu dava faciə ilə nəticələnib. Bu dəfə yenə dava düşüb. Kişi içkili vəziyyətdə küt alətlə arvadını öldürüb. Qızı isə qaçıb anasına kömək etmək istəyərkən atası onu da itələyib. Bu zaman qızın başı yerə möhkəm dəyməsi nəticəsində dünyasın dəyişib. Çox böyük faciədir. Bədbəxt bir hadisədir.
-İsmayılın atası həbs olunub. Baş verən olaylardan nə hiss keçirib?
-Çox peşimandır. Ayılıb özünə gələndən sonara etdiyi əməlindən çox sarsılıb. Həbs olunub.
-Bəs, İsmayılın səhhətində hər hansısa problem varmı?
-Çox pis vəziyyətdədir. Amma mən qoymaram ki, ona nəsə olsun. Hər gün onun yanına gedirəm və onunla ciddi maraqlanıram. Öz oğlum kimi ona nəzarət edirəm. Hüzr mərasiminə də gəlib-gedirlər. Yaxınları da baş verən olaydan çox üzülür.
-Bəs, hüzr mərasiminin keçirilməsinə kimlər kömək edir?
-Mən özüm də kömək edirəm. Əmiləri, dayıları da var. Onlar da nə lazımdırsa, edirlər.
-Bəs, baş verən olaya əmiləri necə reaksiya bildirib?
-Toyda bir nəfər içir. Görürsünüz də hansı oyunlardan çıxır? İçir özünü apara bilmir və yaxud da dava salır. Bu hadisə də eyni məzmun daşıyır. Əmisi və ya dayısı buna nə deməlidir ki? Artıq bu faciə baş verib. İsmayıla dəstək olmaq lazımdır.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 10668 Tarix: 28 mart 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Araz Musayevin bıçaqlanmasına görə həbs edilənlər ev dustağı oldular
Dünya çempionu Araz Musayevin bıçaqlanmasına görə həbs edilən Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muay tay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədov təcridxanadan buraxılıblar. -a istinadən xəbər veri
19 noyabrEvinə gedən qadını hədələyərək pulunu aldı - Tərtərə qaçdı
Bakının Nizami rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. DİN-in Mətbuat xidmətindən -a bildirilib ki, dekabrın 7-də qadın yaşadığı evə doğru gedərkən naməlum şəxs yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib. Həmin şəxs bu yolla qadına məxsus 1300 manat dəyərində iki qızıl üzüyü və çantasındak
13 dekabrQətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Bakıda ötən əsrin sonlarında cinayətkar birlik (banda) yaradaraq qətllər və digər ağır cinayətlər törədən Xaliq Tağıyev 30 ildən sonra cəzalandırılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, gənclik illərində törətdiyi cinayətlərə görə 60 yaşında qanun qarşısında cavab verib. Tağıye
15 noyabr"Oğlum hələ uşaq idi, meyiti yox etməli idik..." - Tanınmış həkimin qızı
Yeniyetmə oğlunun atasını öldürdüyünü istintaqdan gizlədən ana cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 39 yaşlı Mətanət Hüseynova xüsusilə ağır cinayəti bilib gizlətmə ittihamı ilə hakim qarşısına çıxarılıb. Bu hadisə elə ötən ilin bu ayı baş verib. Mətanə
4 dekabr21 yaşlı qadın doğuş zamanı öldü
Bakıda 21 yaşlı qadın doğuş zamanı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə dekabrın 3-ü saat 11 radələrində Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yerləşən xəstəxanada baş verib. Qazax rayon sakini 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanovanın ölümünə səbəb doğuş zaman
5 dekabrGecə 11-də qapısını döyən şəxsi öldürdü - 11 il həbs aldı
Kürdəmirdə həmkəndlisini bıçaqlayaraq qətlə yetirən 1978-ci il təvəllüdlü Fəqan Əzizovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. F. Əzizov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə ittiha
4 dekabrƏli Kərimli barədə QƏRAR VERİLDİ
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bakı Apellyasiya Məhkəməsi AXCP sədri Əli Kərimlini
5 dekabrYanmış meyiti tapılanların kimlikləri müəyyənləşdi
Lənkəranın Göyşaban kəndində yanmış meyiti tapılan 2 nəfərin kimliyi müəyyən edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ölən şəxslərin 59 yaşlı Cəlilabad sakini Əmrah Bədəlov və 55 yaşlı Sərraf Mustafayev olduğu müəyyənləşib. İlkin ehtimala görə, hər iki şəxs oradakı donuzçuluq fermasınd
17 noyabrBinanın damında 13 yaşlı qıza əxlaqsızlıq edən gəncə - 2 il həbs!
Gəncədə yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 2005-ci il təvəllüdlü Ş.Məmmədov (şərti) cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Gəncə Şəhər Məhkəməsi 20 yaşlı gənci Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma
1 dekabr