Bakı-Sumqayıt yolunda dəhşətli qəzada ölən İbrahimin anası xərçəngə, atası isə yatağa düşdü VİDEO

Bakı-Sumqayıt yolunda dəhşətli qəzada ölən İbrahimin anası xərçəngə, atası isə yatağa düşdü VİDEOBakı Sumqayıt yolunda baş verən qəzada həlak olan Quliyev İbrahim Vüqar oğlunun anasının vəziyyəti ağırlaşıb.

Sonxeber.az bildirir ki, bu barədə Xanim.az -a mərhumun bibisi Sevda Quliyeva bildirib: Onun sözlərinə görə İbrahimin anası Vəsilə xanım onkoloji xəstəlikdən əziyyət çəkir. Qəzadan sonra Vəsilənin vəziyyəti daha da ağırlaşıb. Gündə 3 dəfə təcili tibbi yardım çağırılır. Hər gün qəbrini ziyarət edirik. Ah - naləsi, fəryadı yerə-göyə sığmır. Axı o uşaqların günahı nə idi?! Xəstə canı ilə atası işləyib, uşaq böyütdü ki, kimsə onun qanına bais olsun?! O uşaq bizdə qalırdı mənim evimdə, Hövsanda. Hövsandan Sumqayıta oxumağa gedirdi, Allah götürməz. Mənim qardaşımın imkanı yox idi ki, ayağına bir ayaqqabı alsın, ayağına geyinsin. Atası da bizdə qalırdı, fəhlə işləyirdi. Gündə beş manat pul qazanırdı, onun üçünü İbrahimə verirdi ki yol pulu eləsin. Bunu Yer-Göy götürməz! Mənim qardaşımın balası cırıq şalvarla məktəbə gedib - gəlirdi. Qardaşımın pulu yox idi ki, ikinci şalvarı alıb uşağına geyindirsin. Axşam şalvarı yuyurdum ki, səhər məktəbə geyinsin. Bu hadisə hamımıza ağır dərd oldu. Dözə bilmirik.

ŞAHİDƏ TAPDIQ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 12844   Tarix: 28 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021