7 yaşlı övladını öldürən ərin arvadı: "Onun başı kəsilsin, ya da güllələnsin"

7 yaşlı övladını öldürən ərin arvadı: "Onun başı kəsilsin, ya da güllələnsin"Sabirabadın Ulucalı kəndində törədilmiş dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

kənd sakini, 30 yaşlı Röyal Şakir oğlu Məmmədov 7 yaşlı oğlunu xüsusi amansızlıqla qətlə yetirib. Qatil ata əvvəllər oğurluq üstə məhkum olub, iki il əvvəl həbsxanadan azadlığa çıxıb. Onun narkotik maddə aludəçisi olduğu bildirilir.

Röyal Məmmədovun həyat yoldaşı ilə daim münaqişəsi olurmuş. O arvadı və qayınanasından onlara məxsus pay torpaqları satmağı, pulu isə ona verməyi tələb edirmiş. Qayınanası deyir ki, qatil ata pul üstündə qızını öldürmək istəyib:

"Mənə dedi ki, çöl torpağı sat. Dedim ki, satmıram. Onda dedi, mən oturum evdə, sən təndirdə çörək bişir, mən aparım satım, oturum yeyim-içim evdə. Sən isə zülm çək. Həyətimin çardağını satıb. Həyətimdəki boruları satıb, damımın qapısını satıb. Oturub evdə işləmir, eləmir. Ancaq deyir, sən işlə, gətir, satım sovurum, yeyim. Elə şeylərin üstündə götürdü bıçağı, uşağımı qatdı qabağına. Uşağım getdi, girdi evin altına qorxusundan. Bax, bu uşaqlar onundur. Bunları sonradan gəldi apardı. O birisini keçirdi əlinə. Dedi, gedək ananı götürək gələk. Aldatdı apardı. Aparıb orada öldürüb, meyitini gətiriblər".

Röyal Məmmədov həyat yoldaşı ilə daim münaqişədə olub. Növbəti dəfə aralarında yaranan mübahisə zamanı bıçağa əl atan Röyal arvadının başını kəsməklə hədələyib. Günel Məmmədova qorxusundan qaçıb evin zirzəmisində gizlənib. Bu zaman Röyal 7 yaşlı oğlunu aldadaraq deyib ki, gedək səni ananın yanına aparıram.

Günel Məmmədova həyat yoldaşının həbsxanadan "aylığa" çıxdığını, pul vermədiyinə görə onun qisasını oğlundan aldığını deyib:

"Başqa adamın yanına gedirdi. Söz-söhbətlər ondan idi. Ondan bundan pul alıb bütün kəndin zibilinin dalınca gedirdi. Narkomandır. Dədəsi də narkomandır. Qardaşı da narkomandır. Dünən çıxarıblar azadlığa. Hər ay pul ödəyirlər. Dədəsinin, anasının, qardaşının, hamısının əli var. Dəfələrlə zəng edib məni döydürüblər. Uşağı götürüb qaçıb. O biri uşağımı qaçırıb gizlədib. Qonşu gətirib ki, uşaq yoldadır. İndi də böyüyü apardı. Məni bıçaqla qabağına qatdı. Mən qaçdım gizləndim. Bilmədim ki, balamı aparıb öldürəcək. Bilsəydim, özüm ölərdim. O insanın başının kəsilməyini istəyirəm. Ya da güllələnsin. Yoxsa əl çəkməyəcəyəm ondan. Qana qan! Uşağım ölüb, o da ölsün".

Qeyd edək ki, Röyal Məmmədov ona pul verməyən arvadının qisasını 7 yaşlı oğlu Röyamidən almaq istəyib, oğlunu fəaliyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və tikilinin zirzəmisində uşağın başına 6 çəkic zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib.

Bu, 30 yaşlı Röyal Məmmədovun ikinci evliliyidir. Onun ikinci nikahdan 3 uşağı olub. Öldürdüyü Röyami ailənin böyük oğludur və bu il birinci sinfə edirmiş.

Artıq qətli törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə: APATV


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2643   Tarix: 29 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel
.

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - VİDEO

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. 11 ildən sonra

13 aprel
.

Arvadını, qaynını, iki bacanağını avtomatla Bakıda qətl edən məşhur professor HƏBSXANADA DANIŞDI- VİDEO

Oruc Rəhimov 1960-cı ildə Şərur rayonunun Naxta kəndində anadan olub. 3 övlad atasıdır. Ali təhsillidir, Azərbaycan Texniki Universitetini bitirib. Bir müddət həmin ali məktəbdə müəllimlik edib, texnika üzrə fəlsəfə doktoru və professordur. 1992-ci ildə Milli Zadəgan Universitetini təsis edib və rektor

14 aprel
.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel
.

Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15 aprel
.

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay

20 aprel
.

Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində bacısını döyməkdə təqsirləndirilən Qamət Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətində

23 aprel
.

3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Üç ay əvvəl Bakı Hərbi Məhkəməsini

27 mart
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23 aprel