Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - VİDEO
2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb.
11 ildən sonra, 2022-ci ildə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Anar Mansurovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun tanışı Əhəd Salahovun NZS qəsəbəsində adam öldürməsi üzə çıxıb.
İstintaqla müəyyən edilib ki, Əhəd Salahov Bakı İslam Universitetində şəriət fakültəsinin dekanı vəzifəsində işləmiş Firudin Məmmədovla 2011-ci ilin oktyabr ayında görüşüb və onun tanışı İlkin Qurbanovu öldürmək lazım olduğunu bildirib. Buna razılıq verən Əhəd Salahova Firudin Məmmədov İlkin Qurbanovun fotoşəklini və mobil nömrə verib. Onu NZS qəsəbəsinə aparıb, öldürəcəyi adamın yaşadığı küçəni göstərib.
Bundan sonra Əhəd Salahov "20 yanvar" stansiyasının yaxınlığından bıçaq alıb. Plana əsasən, bıçağı gödəkçəsinin cibinə qoyub, evdən çıxıb və dostu Anar Mansurovla görüşərək ondan sadə modelli mobil telefonunu alıb.
Oktyabrın 31-i saat saat 23:02-də Firudin Məmmədovdan aldığı məlumat əsasında evinə gedən İlkin Qurbanovu təqib edib. Sovxoz küçəsində yerləşən 19 nömrəli yaşayış binası ilə üzbəüz qaranlıq ara yolda ona arxadan hücum edib, İlkin Qurbanovun kürəyinə, sonra isə sinəsinə bıçaqla çoxsaylı zərbələr endirərək onu qətlə yetirib. Evə çatandan sonra Firudin Məmmədovla telefonla danışaraq ona üstüörtülü şəkildə "tapşırdığınız işi həll etdim" deyib. Hadisədən bir müddət sonra Əhəd Salahov Anar Mansurova NZS qəsəbəsində bir adamı öldürdüyünü deyib. Dörd gün sonra, yəni noyabrın 4-də qətlin sifarişçisi Firudin Məmmədov Xocalı prospektində maşında intihar edib. Məhkəmə iclasında Əhəd Salahov ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, İlkin Qurbanovu Firudin Məmmədov qətlə yetirib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhəd Salahov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunub.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1167 Tarix: 13 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Göygöldə 83 yaşlı kişi intihar edib
Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 1938-ci il təvəllüdlü Göygöl rayonu Xəqani kənd sakini Famil Musayev yaşadığı evdə özünü asaraq intihar edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmi
25 avqust 2021Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR
Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd
9 sentyabr 2021Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı
Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə
1 sentyabr 2021Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı
Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu
23 avqust 2021Daşkəsəndə 72 yaşlı kişi güllələnib
Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə
31 avqust 2021Qaxda baş verən yanğın məhdudlaşdırılıb
Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat
25 avqust 2021Qaxda meşəlik ərazidə yanğın BAŞLADI
Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri
25 avqust 2021