Zirvə toplantısı Azərbaycanın bölgədəki nüfuzunu bir daha təsdiq edir

Zirvə toplantısı Azərbaycanın bölgədəki nüfuzunu bir daha təsdiq edirBu gün Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısı öz işinə başlayacaq. Azərbaycanın 2024-cü ildən etibarən sədrlik etdiyi və 28 dövlətin təmsil olunduğu bu platformaya 10 ölkə müşahidəçi statusu ilə qoşulub. Platforma Asiyada əməkdaşlığa töhfə versə də söhbət sadəcə Asiya ilə məhdudlaşan tərəfdaşlıqdan getmir. Sözügedən platforma daha geniş coğrafiyanı əhatə edir. ABŞ, Ukrayna, Belarus kimi Asiya qitəsində yerləşməyən dövlətlər də paltformada müşahidəçi statusu ilə təmsil olunurlar. İqtisadi gücünə görə dünyanın dörd ən böyük ölkəsindən üçü bu platformada təmsil olunur. Söhbət bir üzv, iki müşahidəçi statusu ilə təmsil olunan dövlətlərdən gedir. Platformaya üzv olan dövlətlər qlobal ümumi daxili məhsulun 40 faizini formalaşdırırlar. Deməli, söhbət 47 trilyon dollardan çox iqtisadiyyatı olan dövlət rəsmilərinin Azərbaycan paytaxtında toplaşmasından gedir. Bununla yanaşı, ABŞ və Yaponiya kimi qlobal güclər də AQEM-də müşahidəçi statusu ilə təmsil olunurlar. Bu baxımdan, bütövlükdə daha böyük iqtisadi gücdən söhbət gedir.

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. Bildirilib ki, dövlətimizin başçısı bununla bağlı deyib: "30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfindən işğal olunub. Ermənistan 1 milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlarından qovaraq etnik təmizləmə həyata keçirib və Azərbaycana qarşı hərbi təcavüz edib. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı.
Qeyd edilib ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatları nəticəsində azərbaycanlı hərbçilər həlak olublar. Bununla da, Azərbaycan xalqının səbri tükənmişdir. 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad edib və 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzalayıb.
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib: BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq. "İşğalın, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər", - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycanın AQEM-ə üzv olan dövlətlər ilə iqtisadi əlaqələrinin daha da genişləndirilməsi daha da prioritetləşməkdədir. Prezident İlham Əliyev ilə Kambocanın Baş nazirinin və eləcə də Laosun Prezidentinin mətbuata bəyanatlarında da mövcud imkanların, iqtisadi və investisiya prioritetlərimizin daha yaxından tanıdılması, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməsi əsas tərəfdaşlıq istiqamətləri sırasındadır. Azərbaycan bölgədə sülh və stabilliyin əldə edilməsində və qorunub saxlanmasında maraqlı ölkədir. Böyük coğrafiyada yerləşən dövlətlər ilə əlaqələrin son illər daha da gücləndirən Azərbaycan bir sıra region ölkələri ilə birgə layihələri də reallaşdırır. Yeni qlobal və regional düzən fonunda Azərbaycanın geosiyasi mövqeyi daha da güclənməkdədir. Bu Zirvə toplantısının Bakıda təşkili Azərbaycanın gücünü və bölgədəki nüfuzunu bir daha təsdiq edir.

Tufan Məmmədov - iqtisadçı ekspert


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 399   Tarix: 16 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-Laos əlaqələrində yeni əməkdaşlıq imkanları

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında əməkdaşlığın yalnız siyasi və iqtisadi münasibətlərlə məhdudlaşmadığını, eyni zamanda, humanitar

15 oktyabr
.

AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Azərbaycanın sədrliyi ilə keçirilən Yeddinci Zirvə Görüşü ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, fəal diplomatik mövqeyinin və çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfənin növbəti təzahürüdür. Bi

16 oktyabr
.

Əliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirilib. Azərbaycan Prezidentinin Qazaxıstana

15 oktyabr
.

Ramiz Mehdiyev YAP-dan da çıxarıldı

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından (YAP) çıxarılıb. APA-ya istinadən xəbər verir ki, bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib. Qeyd edək ki, YAP İdarə Heyətinin qərarı ilə Ramiz Mehdiyev Veteranlar Şurasından da çıxarılıb

16 oktyabr
.

AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxal

16 oktyabr
.

AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqladı - Video

Bakıda baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmiş İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana uçuş marşrutu ilə bağlı bəzi xarici mətbuat orqanlarında və sosial şəbəkələrdə müxtəlif xəbərlər yayılıb. xəbər verir ki, Türkiyəni

16 oktyabr
.

Əli Həsənova yeni vəzifə verilir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənova hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə verilir. "Teleqraf"a istinadən xəbər verir ki, Ə.Həsənovun YAP-ın yeni seçilmiş idarə heyətinin bu gün keçiriləcək ilk iclasında Veteranlar Şurasının sədr

16 oktyabr
.

Azərbaycan-Türkiyə qardaşlığına qarşı informasiya savaşı: Səfirlik qarşısındakı aksiyalar kimə xidmət edir?

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və xalqlarımızın bir-birinə bəslədiyi səmimi qardaşlıq hissinə söykənir. Məhz buna görə də Türkiyənin sosial media məkanınd

15 oktyabr
.

Qardaşlığa qarşı informasiya savaşı: Türkiyədə Azərbaycana yönələn hücumların arxasında nə dayanır?

Türkiyənin sosial media məkanında Azərbaycana qarşı son günlər müşahidə olunan qərəzli paylaşımlar, ictimai nüfuza malik şəxslərin səsləndirdiyi ittihamlar, siyasi dairələrdən gələn mübahisəli açıqlamalar və Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyalar artıq sadəcə sosial şəbəkə mübahisəsi kim

15 oktyabr