Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib

Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilibNoyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı" qəbul edilib.

Oxu.Az xəbər verir ki, bəyanatda tərəflər 1992-ci ildə diplomatik münasibətlərin təsis edilməsindən etibarən Azərbaycanın və Vyetnamın hər iki dövlətin rifahı naminə qarşılıqlı etimad, bərabərlik və qarşılıqlı hörmət əsasında güclü, ənənəvi dostluq və çoxşaxəli əməkdaşlıq qurduqlarını qeyd etdilər. Onlar qarşılıqlı etimadın, suverenliyin, ərazi bütövlüyünün, daxili işlərə qarışmamanın və beynəlxalq hüquqa və BMT Nizamnaməsinə ciddi riayət etmənin ikitərəfli əlaqələrin möhkəm təməli olduğunu vurğulayıblar.

Dövlət başçıları 2025-ci ilin 7 may tarixində qəbul edilmiş Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatda əks olunan prinsiplərə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Sənəddə tərəflər Azərbaycan Respublikası Prezidentinin rəsmi səfərinin Azərbaycan və Vyetnam arasında ənənəvi dostluğun daha da möhkəmləndirilməsinə və strateji tərəfdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, əməkdaşlığın aşağıdakı prioritet istiqamətləri barədə razılığa gəliblər.

Siyasi və diplomatik münasibətlər:

· Ali səviyyəli səfərlər də daxil olmaqla, qarşılıqlı yüksək səviyyəli səfərlərin davam etdirilməsi, bütün səviyyələrdə mübadilə və əlaqələrin gücləndirilməsi, həmçinin hər iki dövlətin müvafiq orqanları arasında yeni əməkdaşlıq mexanizmlərinin yaradılması imkanlarının araşdırılması;

· Strateji tərəfdaşlığın müddəalarının həyata keçirilməsində hər iki qanunverici orqanın rolunun artırılması üçün parlament əməkdaşlığının genişləndirilməsi, eyni zamanda Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələrin inkişaf etdirilməsi.

İqtisadi, ticarət, enerji, kənd təsərrüfatı və nəqliyyat sahələrində əməkdaşlıq:

· Prioritet sektorlarda, xüsusilə iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın təşviqi, ikitərəfli iqtisadi mexanizmlərin səmərəliliyinin artırılması;

· Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq məhsulları üçün bazara çıxışın asanlaşdırılması, kənd təsərrüfatında qabaqcıl texnologiyalar və tətbiqlərin dəstəklənməsi;

· İqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi və yaşıl inkişaf üzrə birgə proqramların həyata keçirilməsi;

· Mədənçıxarma və alüminium sənayeləri sahələrində əməkdaşlığın genişləndirilməsi;

· Neft və qaz sahəsində əlaqələrin gücləndirilməsi, eləcə də enerji məhsullarının təchizatında əməkdaşlığın genişləndirilməsi, xam neft və mayeləşdirilmiş təbii qaz (LNG) təchizatı üçün uzunmüddətli razılaşmaların əldə edilməsi;

· Nəqliyyat (dəmiryolu, quru yol, hava və dəniz) bağlantıları sahəsində təcrübə mübadiləsinin aparılması və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə etməklə əməkdaşlığın fəal təşviqi.

Müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq:

· Müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, hüquq-mühafizə orqanları arasında məlumat və təcrübə mübadiləsinin artırılması, mütəşəkkil və transmilli cinayətkarlığın, narkotiklərin qanunsuz dövriyyəsinin, insan alverinin, kibercinayətkarlığın və qarşılıqlı narahatlıq doğuran digər təhlükəsizlik təhdidlərinin və çağırışlarının qarşısının alınması və onlarla mübarizədə əlaqələndirmənin gücləndirilməsi.

Təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq:

· Turizm axınlarının, ticarət dövriyyəsinin və insanlararası mübadilənin artırılması məqsədilə Azərbaycan və Vyetnam arasında birbaşa uçuşların təşkilinin təşviqi;

· İncəsənət və turizm sahəsində əməkdaşlığın gücləndirilməsi, mədəni və tarixi mübadilələrin təşviqi, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, o cümlədən hər iki dövlətin əyalət və şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulmasının təşviqi;

· Təhsil sahəsində əməkdaşlığın səmərəli həyata keçirilməsi, qarşılıqlı tələbə təqaüdlərinin verilməsi, həmçinin birgə tədqiqat layihələrinin icrası və tələbələr və tədqiqatçılar üçün davamlı mübadilə mexanizmlərinin yaradılması.

Çoxtərəfli əməkdaşlıq:

· Beynəlxalq və regional təşkilatlar, xüsusən də BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əlaqələndirmənin genişləndirilməsi və qarşılıqlı dəstəyin təmin edilməsi, həmçinin Azərbaycan ilə ASEAN və onun üzv dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsi.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 131   Tarix: 21 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Hanoyda Vyetnamın Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Görüşdə çıxış edən Milli Assambleyanın sədri Çan Tan Man deyib:. - Sosial və iqtisadi sahələrd

20 noyabr
.

Rusiya-Ukrayna müharibəsində yeni gərginlik - Avropa Putinə qarşı hərəkətə keçir

Ukraynanın Krım körpüsünə endirdiyi zərbə Rusiya-Ukrayna müharibəsində hərbi əməliyyatlarla yanaşı, diplomatik mübarizənin də yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə hücumun ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin görüşü ərəfəsində həyata keçirilməs

18 noyabr
.

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Almaniya xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq, ilk növbədə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlət başçısın

17 noyabr
.

Azərbaycan və Vyetnam arasında əməkdaşlıq daha da genişlənəcəkdir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Azərbaycanla Vyetnamı min kilometrlərlə məsafə ayırır. Bun

20 noyabr
.

"Vyetnamın 2020-ci ildəki dəstəyinə görə minnətdarıq"

"Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezident

21 noyabr
.

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar - Foto

Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya Hanoyun Köhn

21 noyabr
.

İlham Əliyev Vyetnama gedəcək

"Dost Vyetnama səfərimi səbirsizliklə gözləyirəm". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsi zamanı bildirib. "Əminəm ki, bu, Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsind

19 noyabr
.

İlham Əliyev: "Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"

"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi naharda çıxışı zamanı deyib. Dövlətimizin başçısı vurğulayıb ki, keçən il Prezident To Lamın ölkəmizə dövlət səfəri zamanı qəbul edilən "Azərbayca

21 noyabr
.

Prezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb. Dövlət başçısı həmçinin "Azərbaycan Respublikas

17 noyabr