Von der Lyayen: Rusiya enerji atəşkəsinə əməl etməyib, yeni sanksiyalar hazırlanır
Avropa Komissiyasının sədri Ursula von der Lyayen Rusiyanın enerji obyektlərinə hücumların dayandırılmasını nəzərdə tutan atəşkəs təşəbbüsünə əməl etmədiyini və Avropa İttifaqının Moskvaya qarşı yeni sanksiyalar paketi hazırladığını bildirib.
Bizimyol.info xəbər verir ki, o, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa Şurasının Prezidenti Antonio Koşta ilə birgə jurnalistlərə açıqlamasında danışıb.
Von der Lyayen ABŞ Prezidenti Donald Trampın enerji atəşkəsi təşəbbüsünü dəstəklədiklərini, lakin Rusiyanın əksinə, hücumlarını gücləndirdiyini bildirib.
"Biz Rusiyaya təzyiqi artırmalıyıq. Yeni sanksiyalar paketi üzərində işləyirik. Rusiya müharibəni dayandırmayana qədər heç bir sanksiyanı ləğv etməyəcəyik", - deyə Avropa Komissiyasının sədri vurğulayıb.
Zelenski isə Ukraynanın müharibəni mümkün qədər tez başa çatdırmaq istədiyini, lakin Rusiyanın dialoqa hazır olduğuna dair əlamətlər göstərmədiyini bildirib.
Ukrayna Prezidenti qışa hazırlığın vacibliyini bildirərək, Avropa İttifaqının dəstəyinin enerji təminatı, hava hücumundan müdafiə və maliyyələşdirməni əhatə etdiyini deyib.
Oktyabrın 12-də Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini tətbiq edib. Məlumata görə, yeni məhdudiyyətlər Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli təxminən 1 600 nümayəndəni əhatə edib.
Zelenski daha əvvəl Avropa sanksiyalarının Rusiyaya ciddi təsir göstərdiyini, lakin müharibəni dayandırmağa kifayət etmədiyini bildirib və ABŞ-ın Moskvaya təzyiqinin artırılmasının vacibliyini vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 108 Tarix: 16 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1
15 oktyabrABŞ-da təyyarə qəzası: ölənlər var
ABŞ-ın Viskonsin ştatının Ridsburq şəhəri yaxınlığındakı meşəlik ərazidə kiçik təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "ABC Nyus" məlumat yayıb. Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onların hamısı ölüb. Məlumata görə, qəzadan əvvəl pilot 7300 metr hündürlükdə buzlanm
15 oktyabrCNN: Ukrayna Patriot raketlərisiz qalıb
Ukraynanın ABŞ-ın Patriot hava hücumundan müdafiə sistemləri üçün tutucu raketləri tükənib və bu da ölkəni Rusiyanın ballistik raketlərinə qarşı daha həssas edir. xəbər verir ki, bu, ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasında kəskinləşən ictimai münaqişə fonunda baş verib
16 oktyabrRusiya Kiyevi vurdu: ölən və yaralananlar var
Rusiya ordusu Ukraynanın bir neçə şəhərinə, o cümlədən Kiyev, Xarkov və Dneprə raket zərbələri endirib. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, paytaxtın bir neçə enerji obyektinə zərbə vurulub, nəticədə şəhərin sol sahili qismən elektrikdən məhrum olub:. "Qoloseyevsk
14 oktyabrİstanbulda leysandan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb
Türkiyənin İstanbul şəhərində aramsız yağışlardan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunub ki, iki gündür axtarışları davam edən 4 itkin şəxsdən daha birinin nəşi sel sularından çıxarılıb və bununla da ölənləri
16 oktyabrİsrail ordusu Qəzzada 1,5 kilometr uzunluqda gizli tuneli məhv edib
İsrail hərbçiləri Qəzza zolağının cənubunda Fələstinin HƏMAS hərəkatının döyüşçüləri tərəfindən qazılmış 1,5 kilometr uzunluğunda tuneli məhv ediblər. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. "Qəzza zolağının cənubunda mühəndis-istehkam bölmələri "Yahalom"
15 oktyabr