BMT məhkəməsi Argentinanın Folklend adaları yaxınlığındakı neft layihəsi ilə bağlı sorğusunu rədd edib

BMT məhkəməsi Argentinanın Folklend adaları yaxınlığındakı neft layihəsi ilə bağlı sorğusunu rədd edibBMT-nin Beynəlxalq Dəniz Hüququ Tribunalı Argentinanın Folklend adaları yaxınlığında Britaniya-İsrail birgə "Sea Lion" neft layihəsinin dayandırılması üçün müvəqqəti tədbirlərin tətbiqi barədə sorğusunu rədd edib.

"Report" xəbər verir ki, bu barədə tribunalın press-relizində bildirilib.

Qərar noyabrın 28-də 18 səs lehinə, 3 səs əleyhinə olmaqla qəbul edilib.

Tribunal belə qənaətə gəlib ki, Argentinanın istinad etdiyi BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasının müddəaları hazırkı mərhələdə mübahisənin arbitraj məhkəməsində baxılması üçün kifayət qədər əsas vermir. Bununla əlaqədar hakimlər müvəqqəti tədbirlərin tətbiqi üçün digər şərtləri nəzərdən keçirməyə ehtiyac olmadığı qənaətinə gəliblər.

Argentina Atlantik okeanının cənub-qərb hissəsində karbohidrogen ehtiyatlarının mənimsənilməsi ilə əlaqədar 2026-cı il sentyabrın 28-də Böyük Britaniyaya qarşı arbitraj prosesinə başlayıb. Oktyabrın 13-də Buenos-Ayres tribunala müraciət edərək Londonu "Sea Lion" layihəsi çərçivəsində qazma işlərini və hasilat infrastrukturunun quraşdırılmasını dayandırmağa, habelə kəşfiyyat zamanı əldə edilmiş məlumatlardan istifadə etməkdən çəkinməyə məcbur etməyi xahiş edib.

"Sea Lion" layihəsi müvafiq olaraq 65 % və 35 % paya sahib olan "Navitas Petroleum Development and Production Ltd" və "Rockhopper Exploration Plc" şirkətləri tərəfindən həyata keçirilir.

Araşdırma zamanı Böyük Britaniya qazma işlərinin 2027-ci il martın 21-dək, neft hasilatının isə 2028-ci ilin martınadək başlamayacağını bəyan edib. Tribunal bu təminatları nəzərə alıb.

Qeyd edək ki, Folklend adaları ətrafındakı mübahisə Böyük Britaniya ilə Argentina arasında onların suverenliyi ilə bağlı fikir ayrılıqları ilə əlaqədardır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 118   Tarix: 29 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyanın ən qədim fortepiano istehsalçısı müflisliklə bağlı müraciət edib

Şpayxinqen şəhərindəki (Almaniyanın Baden-Vürtemberq federal əyaləti) dünyanın ən qədim fortepiano manufakturası "Carl Sauter Pianofortemanufaktur" müflisliklə bağlı müraciət edib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb. Tarixi 1819-c

29 noyabr
.

Uzun fasilədən sonra Günəşdə partlayış qeydə alındı

Günəşdə partlayışlar arasındakı beş illik maksimum fasilə müddəti qeydə alınıb. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat verib. Məlumata görə, Günəş partlayışı aktivliyindək

28 noyabr
.

"Qadınsan, bacarmazsan" deyənlərə meydan oxudu: 45 yaşlı qadın kabab ustasıdır

Türkiyənin Adana şəhərində yaşayan 45 yaşlı Tuğba Ökten üç nəsildir davam edən ailə peşəsini yaşadır. Babası və atasından kabab bişirməyin sirlərini öyrənən qadın illər ərzində qarşılaşdığı çətinliklərə baxmayaraq, yenidən manqalın arxasına qayıdıb. xəbər verir ki, bu barədə "Haber Global"

27 noyabr
.

Avstriyada məhkəmə Ukrayna kəşfiyyatının 2 əməkdaşını yenidən həbs edib

Avstriyada məhkəmə xarici kəşfiyyatın xeyrinə casusluqda şübhəli bilinən 2 ukraynalını yenidən həbs edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu ölkənin hərbi kəşfiyyat idarəsinin həmin 2 əməkdaşı cəmi iki həftə əvvəl həbsdən azad edilmişdi. Vyana prokurorluğu hər iki təqsirləndirilə

28 noyabr
.

Welt: Almaniya Ukrayna ilə hərbi-texniki əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcək

Almaniya hökuməti Ukrayna ilə hərbi-texniki əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirmək və döyüş şəraitində sınaqdan keçirilmiş Ukrayna hərbi texnologiyalarını Bundesverdə tətbiq etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti Almaniya Müdafi

29 noyabr
.

"Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı

Gürcüstanda oynanılan "Beşiktaş"Hapoel Beer-Şeva" matçı zamanı baş verən iğtişaşlardan sonra Türkiyənin Rize şəhərindəki bir çox turizm şirkətlərinin Gürcüstan turları ləğv olunub, həmçinin iş adamları Batumidəki ticarət sərgisində iştirakdan imtina ediblər. bu barədə "Türkiye"

28 noyabr
.

Putin G20 sammitinə gələ bilər - Tramp

Rusiya Prezidenti Vladimir Putin G20 sammitində iştirak etmək üçün Mayamiyə səfər edə bilər. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Bu, bəzilərinin xoşuna gəlməyəcək", - Tramp bildirib. Qeyd edək ki, G20 sammiti dekabrın 14-15-də Mayamidə keçiriləcək. ABŞ artıq Rusiya Prezident

27 noyabr
.

Ermənistanın keçmiş baş prokuroru müdafiə nazirinin müavininin qətlində ittiham olunur

Ermənistanın keçmiş baş prokuroru Boris Nazaryana qarşı 1998-ci ildə müdafiə nazirinin müavini Vaqram Xorxoruninin qətli ilə bağlı iş çərçivəsində ittiham irəli sürülüb. -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin İstintaq Komitəsindən məlumat verilib. Komitənin versiyasına görə

28 noyabr
.

Moskvaya 8 saat ərzində 462 PUA göndərilib

Rusiyanın paytaxtı Moskva istiqamətində səkkiz saat ərzində 462 pilotsuz uçuş aparatı göndərilib. Onların böyük əksəriyyətinin şəhərin uzaq ətraflarında vurulduğu bildirilir. xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin "Max" platformasında məlumat yayıb. Onun sözlərinə görə, noyabrı

28 noyabr