Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsiVandal düşmənin torpaqlarımızı işğal etməsi nəticəsində Xudafərin körpüləri, Şıxlar və Xubyarlı kəndlərindəki türbələr, "Divlər Sarayı" mağarası, Sultan Məcid hamamı, Qız qalası, Şərifan abidələri və digər zəngin mədəni irsi, tarixi abidələri ilə tanınan Zəngilan rayonunun sakinlərinin həyatı alt-üst edildi. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçib, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşdı. Doğma yurdunu tərk edən minlərlə zəngilanlı bütün bu ağır sınaqlara baxmayaraq, doğma torpaqlara qayıdış arzusunu itirmədilər. Onlar gələcək qələbəyə inamla yaşadılar, övladlarını da bu amal ruhunda böyütdülər. Hər bir köçkün ailəsi üçün qayıdış ümidi milli kimliyə olan sadiqliyin, mədəni və tarixi yaddaşın qorunmasının təzahürü idi.
Zəngilan işğal olunan sonuncu rayon olsa da, 44 günlük Vətən müharibəsinin 23-cü günü - Cəbrayıl və Füzulidən sonra ilk azad edilən rayonlardandır. Azərbaycan xalqının yaddaşına əbədi yazılan 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri Müzəffər Azərbaycan Ordusunun əsgərlərinin qanları, canları bahasına düşməndən azad edildi. Zəngilanın azad olunması həm də 132 kilometr uzunluğunda Azərbaycan-İran sərhədinin bərpası demək idi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Ordusu tərəfindən rayon mərkəzi ilə birlikdə 4 qəsəbə və 49 kənd işğaldan azad olundu.
O tarixi gündə Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti edərək, bildirib ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik. Əziz zəngilanlılar, şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunmasını təmin edib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!
Bu gün Zəngilan yenidən inşa olunur, kəndlər, qəsəbələr müasir görkəm alır. Azərbaycanda ilk olaraq Zəngilanın Ağalı kəndində 200 evdən ibarət "ağıllı kənd" konsepsiyası yerinə yetirilib. Burada "ağıllı dövlət" idarəçiliyi, "ağıllı infrastruktur" və xidmətlər, eyni zamanda "ağıllı təsərrüfat" və biznes mühiti yaradılıb, Sonra isə genişləndirilərək əlavə 150 fərdi ev inşa edilib. Bu gün Ağalıda məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, "ASAN", "DOST", kiçik və orta biznesə dəstək xidmətləri fəaliyyət göstərir.
Dünyanın ən müasir kəndlərindən biri olan Ağalı ağıllı kəndində zəruri iqtisadi və sosial infrastruktur yaradılıb. Ağalı ağıllı kənd layihəsində yüksək keyfiyyətli ekoloji mühit əsas götürülmüş və enerjidən səmərəli istifadə edilməsi məqsədilə dayanıqlı enerji mənbələrinə üstünlük verilmişdir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyalar tətbiq edilmişdir. Kənddə yüksək sürətli (GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) internet şəbəkəsi mövcuddur. Bu texnologiya vasitəsilə sürətli internet, telefon və İP TV xidmətləri təmin edilir. Əlavə olaraq, ərazidə ağıllı video müşahidə kameraları, LCD məlumat lövhələri, audio məlumatlandırıcı anons sistemi, Wi-Fi və avtomatik meteo müşahidə stansiyası olan çox funksiyalı işıq dirəkləri quraşdırılmışdır. Əhalinin sosial rifahının rahat və yüksək səviyyədə təmin edilməsi üçün informasiya-kommunikasiya texnologiyalarından maksimum istifadə edilmiş və Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər üzrə innovativ həllər tətbiq edilib.
Qəhrəman Azərbaycan xalqının əzmi, gücü, qətiyyəti sayəsində füsunkar təbiətli, təbii ehtiyatlarının zənginliyi ilə də fərqlənən Zəngilanın azad olunduğu gün tarixə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi kimi yazıldı.

Ələddin Bəşirov - tarixçi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 234   Tarix: 17 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyasının növbəti uğurudur

Oktyabr ayının 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü öz işinə başlayıb. Qurum qitə dövlətlərini ortaq maraqlar ətrafında birləşdirən, dialoq üçün imkanlar yaradan və qarşılıqlı anlaşmanın təşviqinə xidmət edən mühüm regional platform

16 oktyabr
.

AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxal

16 oktyabr
.

17 oktyabr tarixi füzulililərin xatirəsində əbədi qalacaq

2020-ci il oktyabrın 17-si - Vətən müharibəsinin 21-ci günü hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzul

15 oktyabr
.

Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA

"Son vaxtlar Azərbaycana qarşı müşahidə etdiyimiz təpkilər, təkrarlanan yanaşmalar və yersiz tənqidlər, əlbəttə ki, boş yerdə meydana çıxan tendensiyalar deyil. Onların arxasında müəyyən siyasi qüvvələr dayanır. Bu qüvvələr iki qardaş xalqın və iki qardaş ölkənin arasını vurmağa, nifaq salmağa

16 oktyabr
.

Ramiz Mehdiyev YAP-dan da çıxarıldı

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından (YAP) çıxarılıb. APA-ya istinadən xəbər verir ki, bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib. Qeyd edək ki, YAP İdarə Heyətinin qərarı ilə Ramiz Mehdiyev Veteranlar Şurasından da çıxarılıb

16 oktyabr
.

Azad Füzuli sürətlə bərpa edilir

30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan, nəhayət ki, düşmənə öz yerini göstərdi. Hələ şanlı zəfər yürüşünədək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şərait

15 oktyabr
.

İlham Əliyev Hindistanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Abhay Kumar ikitərəfli münasibətləri

16 oktyabr
.

"ABŞ İrana qarşı daha dağıdıcı silahlardan istifadə etmək qərarına gəlsə, İsrailin də bu əməliyyatlara qoşulması mümkündür" - BƏHRUZ QULİYEV

"ABŞ-ın İrana qarşı daha ağır silahlardan istifadə etmək ehtimalının gündəmə gəlməsi Yaxın Şərqdə müharibənin növbəti mərhələsi ilə bağlı ciddi suallar yaradır. Burada əsas məsələlərdən biri ABŞ-la İsrailin İran istiqamətində hərbi əməliyyatları bundan sonra da birgə davam etdirib-etdirməyəcəyidir

16 oktyabr
.

İlham Əliyev: "Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb"

"Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantıları, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir". AZƏRTAC-a istinadən xəbər verir ki, b

15 oktyabr