Artıq 6 ildir ki, Kəlbəcər azaddır

Artıq 6 ildir ki, Kəlbəcər azaddır"44 günlük Vətən müharibəsinin hər günü müzəffər ordumuz böyük şücaət göstərərək, qarış-qarış torpaqlarımızı azad edərək şanlı tarix yazdılar. Bununla belə, Ağdam, Kəlbəcər və Laçının bir güllə belə atılmadan işğaldan azad edilməsi Azərbaycanın həm də böyük siyasi-diplomatik qələbəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük məharətlə hazırlanmış hərbi əməliyyatlar planı və son dərəcə yüksək dəqiqliklə, vaxtında edilən siyasi-diplomatik gedişlər hadisələrin gedişini məhz bu məcraya yönəltdi. Beləliklə 10 noyabr bəyanatına əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu Azərbaycana təhvil verildi".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında YAP üzvü Aysel Mənsimova bildirib.

"1993-cü il 2 aprel tarixində ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər rayonu ərazisinə görə işğal altında olmuş ən böyük rayonumuz idi. Sadəcə ərazisinin böyüklüyünə görə deyil, möhtəşəm təbiəti və yerləşdiyi mövqeyinə görədə digər rayonlardan seçilir. "Çay üstündə qala" mənasını verən Kəlbəcər sözü rayonun təbiəti haqqında təsəvvür yaradır. Rayon ərazisində yerləşən tarixi abidələr bütün dünya mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edir. Bizim bir neçə böyük çayımızın mənbəyi Kəlbəcər rayonundadır. Onlardan ən böyüyü uzunluğu 200 kilometr olan Tərtər çayıdır. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi var. Sovet dönəmində bütün sovet respublikalarında məşhur olan İstisu müalicəvi suyunun mənbəyi də məhz Kəlbəcərdədir. Kəlbəcər, həmçinin yeraltı təbii sərvətlərlə zəngin ərazilərdən biridir.

Lakin 30 illik işğal ərzində erməni vandalları bütün bu sərvətlərimizi vəhşicəsinə talayıblar. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı bu Vətən müharibəsində qazandığı tarixi Qələbəsi ilə, əslində, bütün dünyaya erməni faşizminin bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli olduğunu göstərdi. Həmçinin Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Ölkə başçısının 2023-cü ildə imzaladığı sərəncama əsasən Kəlbəcərin azad edildiyi gün - noyabr ayının 25-i Kəlbəcər Şəhər Günü elan edilib, bu il artlq 4-cü dəfə bu gün təntənəli şəkildə qeyd ediləcəkdir.

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 44   Tarix: 23 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

To Lam: "Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"

"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Vyetnam Prezidenti To Lam Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi nahard

21 noyabr
.

Prezidentlər Birgə Bəyanat qəbul etdilər - Fotolar

Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı"nı qəbul ediblər. "Qafqazinfo"

21 noyabr
.

Prezidentin Vyetnam səfərindən - Görüntülər

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:

21 noyabr
.

Prezident ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul etdi - Fotolar

Prezident İlham Əliyev bu gün ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu ilin yanvarında Markveyn Mullinin ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator kimi ölkəmizə səfərini v

22 noyabr
.

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. AZƏRTAC xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetna

20 noyabr
.

Kəlbəcərdə həyat yenidən başlayır

Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayon

23 noyabr
.

Mehriban Əliyeva və qızlarına ənənəvi Vyetnam qəhvəsinin hazırlanma üsulu göstərildi - Fotolar

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bir neçə onillik tarixi olan dostluğuna əsaslanaraq inkişaf etdiy

20 noyabr
.

İlham Əliyev İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqınd

23 noyabr
.

Kəlbəcərin döyüşsüz azad edilməsi şanlı Qələbəmizin nəticəsidir

"Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində Qarabağ savaşı uğurla başa çatdı. 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələr

23 noyabr