Ordumuza tapşırıq verildi: Apreldə...

Ordumuza tapşırıq verildi: Apreldə...Hazırda Ermənistanda seçkiqabağı proseslər getdiyi üçün hər an qarşı tərəfin təxribatlarını gözləyirik. İndiki hakimiyyət uduzduğunu görən kimi cəbhədə təxribatlara əl atacaq.

Bu sözləri Bakipost.az-a açıqlamasında hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

O bildirib ki, Azərbaycan təxribatlara layiqli cavab vermək üçün laziımi tədbirlər görüb: "Hazırda Ermənistanda seçki ərəfəsidir. Buna cəmiyyət iki tərəfə parçalanıb. Müxalif tərəfinin nümayəndələri keçmiş məmurlardır. Həmin şəxslərin hər biri müəyyən vəzifələrdə olublar. Onlar artıq müxalif olaraq bir çox şeyi başa düşürlər. Hətta indiki hakimiyyəti Azərbaycanla konstruktiv olmağa çağırırlar. Çünki Ermənistan iqtisadi vəziyyətlərdən kənarda qalıb. Hər kəs onlardan vaz keçib. Həmçinin Rusiyadan alınan silahlar elə-belə verilmir. Müəyyən şərtlər qoyulur.

Sərkisyanın komandası da seçkilərdə heç vaxt bu qədər zəif olmamışdı. Nəticələr bunu göstərir, cəmiyyət də onların istefasını tələb edir. İndiki hakimiyyət uduzduğunu görsə, təxribata əl atacaq. Əsas da Qarabağ məsələsini ortaya atacaq. Bununla da daha geniş miqyaslı təxribat edib, cəmiyyətin fikrini problemlərdən yayındıraraq Qarabağ məsələsinə yönəltməyə çalışacaqlar. Biz bunu gözləyirik.

Müdafiə Nazirliyi və bizlər erməni tərəfdən hər bir təxribatı gözləyirik".

Polkovnik, Ali baş komandan İlham Əliyevin baş verə biləcək hər hansı təxribatların qarşısının alınması üçün tapşırıqlar verdiyini xatırladıb: "Ali baş komandan, prezident İlham Əliyev son zamanlar cəbhə bölgəsində olduğu zaman müəyyən tapşırıqlar verib. O tapşırıqları yerinə yetirmək üçün də müdafiə naziri və rəhbərliyi yerlərdə olaraq lazımi tədbirlər görürlər. Bunların hamısı istənilən zaman Ermənistandan hər hansı təxribatı gözlədiyimiz üçündür. O təxribatların qarşısını almaq üçün də lazım olar səylər və tədbirlər görülür".

Hərbi ekspert cəbhədə vəziyyətin ara-sıra gərginləşməsi məsələsidən də danışıb:

"Hazırda biz müharibə şəraitindəyik. Yəni atəşkəs var, amma bu demək deyil ki, müharibə bitib. Atəşkəs də müharibənin bir vəziyyətidir. Ona görə də bizim silahlı qüvvələrimiz və cəbhə xəttində yerləşən bölmələrimiz döyüş tapşırığını yerinə yetirirlər. Bu tapşırıq əldə olunan mövqeləri əldə saxlamaqdır".\

Mənbə:BakiPost.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 7880   Tarix: 30 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlind

26 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel