Metroda öpüşən qızla oğlanı təpikləyən azərbaycanlı şəxs bu kişi imiş..."Bir-birilərinin boynunu öpürdülər!"

Metroda öpüşən qızla oğlanı təpikləyən azərbaycanlı şəxs bu kişi imiş..."Bir-birilərinin boynunu öpürdülər!"Tanınmış jurnalist Xaqani Səfəroğlunun sosial şəbəkədə metroda öpüşən gənclərlə bağlı yazdığı status ölkədə böyük bir rezonansa səbəb olub.

İctimai fəallar, xüsusilə gənclər onun öpüşən gənclərə qarşı sərt reaksiyasını, onları təpikləməsini tənqid ediblər. Hətta müzakirələr təhqir səviyyəsinə də çevrilib.

Sonxeber.az bildirir ki, qafqazinfo.az ölkədə gündəm olan tanınmış jurnalistin məlum statusuna ondan reaksiya öyrənib. X. Səfəroğlu bildirib ki, sözügedən statusu öz formatına uyğun yazıb: "Bu rəsmi səhifə deyil. Gördüyüm hadisə xoşuma gəlmədiyi üçün mən buna səhifəmdə reaksiya verdim. Hesab edirəm ki, ictimai yerlərdə belə münasibətlər düzgün deyil. Onlar ikisi də ayaqlarını mənə tərəf uzatmışdılar. Ayağımla təpindim ki, "ay uşaq ehtiyatlı ol, gör ki qabağında uşaq oturub". Normal oturmağa nə mane olur ki? Orada xüsusi dava-dalaş da olmayıb. Təpindim, özlərinə gəldilər, üzr də istədilər, məsələ bağlandı. Mən hesab etmirəm ki, Azərbaycan gənclərinin hamısı elədir, qətiyyən elə deyil. İlk dəfə idi ki, metroda belə bir situasiya ilə rastlaşırdım. Cinsəl münasibətləri ictimai yerlərdə göstərən gənclərə rast gəlməmişəm. Azərbaycanda metroda, avtobusda öpüşmək xüsusi bir trend deyil. İstəmirəm belə olsun. Onlar bir- birini qucaqlamışdılar, öpürdülər bir-birinin boyunlarından, əllərindən. Bir iki dəfə qəzəbli baxdım ki, bəlkə nəticə çıxararlar, amma o fikirdə deyildilər. Əgər balacalar yanımda olmasaydı da, bu cür reaksiya bildirərdim. Bu ölçülüb-biçilən reaksiya deyildi".

Jurnalist onunla bağlı yazılan statuslardan da xəbərdar olduğunu vurğulayıb: "İndi mən statuslara baxıram, özümə də çox təəccüblü gəlir. Böyük bir ictimai rezonansa çevrilib. Müzakirələr mənə bir qədər qəribə də gəldi. Açıq tipli cəmiyyətlərdə belə müzakirələrin olması vacibdir. Bunu münasibərləri öyrənmək baxımından barometr kimi də göstərə bilərəm. Mənim üçün çox gözlənilməz oldu. Təəssüf etdim ki, mənə qarşı təhqirlər də oldu. O təhqirləri ümumiyyətlə anlamıram. Kimə mane olurdu ki, məsələni sivil yolla müzakirə etməyə?

Bura Azərbaycandır və bizim ölkənin öz mental dəyərləri var. Özümü 1980-90-ci illərin nəslindən hesab edirəm. O nəslin dəyərlərinin daşıyıcısıyam. Mənim bu cür məsələlər xoşuma gəlmir, hesab edirəm ki, mənim övladlarıma mənfi nümunə ola bilər. Kimsə bunu normal qəbul edirsə də qoy etsin".

Baş vermiş hadisə ilə bağlı X. Səfəroğlunun qalmaqala səbəb olan statusunu da təqdim edirik: "Metro qatarında övladlarımla gedirdik. İki nəfər gənc qarşı oturacaqda oturmuşdu. Qız və oğlan. Ayağını ayağının üstünə aşrımış 16 -17 yaşlı qız az qala oğlanın ağzına girəcəkdi. Oğlan onun başını sığallayır, qız onun üzünü sığıllayradı. Dedim bəlkə qanacaqları olar, balaca uşaqları görüb özlərini yığıdırarlar... Gördüm yox e, uje öpüşmək istəyirlər. Qışqırıb bir təpik vurdum, dedim "ay bala, ay eşşək, heç olmasa qarşındakı balacalara bax da...Utanmırsız?" Qışqırmağımdan elə bil ayıldılar: "Bağışlayn, bağşlayn..." deyə üzrxahlıq etməyə çalışdılar.... Hirsimdən bilmədim nə deyim. Qatar da "28 May"a çatdı artıq. "Çıxın qatardan" dedim.. Balacalar üzümə baxırdılar.

Açıq cəmiyyətin tərəfdarıyam, amma tərbiyəsiz cəmiyyətin YOX!".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 13169   Tarix: 30 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH

Ermənistanın ikinci prezidenti Robert Koçaryanla baş nazir Nikol Paşinyanın "ulduzları", deyəsən, heç vaxt barışmayacaq. 2018-ci ildə Sorosun dəstəyi ilə hakimiyyətə yiyələnən Nikol hər vəchlə 2008-ci ilin mart hadisələrinin acığını çıxmaq üçün və siyasi opponentini zərərsizləşdirmək üçün müxtəli

28 aprel
.

Əhaliyə CİDDİ XƏBƏRDARLIQ! Sabah axşamdan may ayının 3-dək...

Sabah Bakıda geomaqnit qasırğası olacaq. Axşam saat 21:00-dan etibarən başlayan qasırğa zəif kimi təsnifləndirilib. Geomaqnit qasırğası may ayının 3-dək davam edəcək. Maqnit qasırğaları insanlara müxtəlif yollarla təsir edir. Bu zaman meteohəssas və xroniki xəstəliyi olan insanlar, eləcə də yaşlıla

28 aprel
.

İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə gör

27 aprel
.

"Qaraca qız": "Ən çox qonorarı mən aldım" - FOTO

"Qaraca qız" filmində "Tutu" obrazını iki uşaq oynayıb. Biri Sevildir, digəri isə başqa bir qız. Filmi diqqətlə izləsəniz, ilk 5 dəqiqəyə qədər olan bir neçə epizodda "Tutu" obrazının körpəliyini görmək mümkündür. Mən o qızı çəkilişlərdə də görmüşəm. Bir neçə il bundan önc

27 aprel
.

Dövlət orqanlarına girib hamını güllələmək istəyib - Fazil Mustafaya sui-qəsd edənlərin İŞİ

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi il

27 aprel
.

Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: "Hər ikisinin təhsili yoxdur" - VİDEO

Bakıda qaçırılan 16 yaşlı qızın atası danışıb. -ın məlumatına görə, hadisə aprelin 17-si Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində baş verib. 16 yaşlı qız kredit ödənişi üçün evdən çıxıb və geri qayıtmayıb. Məlumata görə, o, özündən bir yaş böyük oğlana qoşulub qaçıb. Yeniyetmə qızın atası bildiri

27 aprel
.

Bakının bu ərazisi plana düşdü: söküləcək

Xətai rayonu Abbas Abad, Mirzə Davud küçələri, Kənd Əhmədli adlı ərazinin bir hissəsi, "Elektrotop" qəsəbəsi kimi tanınan ərazilərin dövlət planına düşərək köçürülməsi gözlənilir. -a istinadla xəbər verir ki, Kənd Əhmədli ərazisi istisna olmaqla, sözügedən küçələr dövlət planına daxil edilib

27 aprel
.

Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur - TƏHLİL

Cənubi Qafqazda Fransanın sülh və sabitliyə əngəl olan destruktiv fəaliyyəti fonunda vəziyyəti daha da qəlizləşdirən yeni təzyiq dalğasını müşahidə etməkdəyik. Bu dəfə baş rolda Vaşinqtondur. Hansı ki, bir müddət əvvələ qədər Vaşinqtonun Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarınd

28 aprel
.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

28 aprel