İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH

İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRHErmənistanın ikinci prezidenti Robert Koçaryanla baş nazir Nikol Paşinyanın "ulduzları", deyəsən, heç vaxt barışmayacaq. 2018-ci ildə Sorosun dəstəyi ilə hakimiyyətə yiyələnən Nikol hər vəchlə 2008-ci ilin mart hadisələrinin acığını çıxmaq üçün və siyasi opponentini zərərsizləşdirmək üçün müxtəlif üsullara əl atıb. Koçaryan da öz növbəsində ölkədəki qarışıqlıqdan, xaosdan istifadə etmək, xalqı küçələrə tökmək, hakimiyyəti devirmək üçün dəfələrlə şansını sınasa da, atdığı ox daşa dəyib.

Elə 2021-ci ildə keçirilən parlament seçkisində ciddi məğlubiyyətə uğradıqdan sonra bir müddət öz "qınına" çəkilən eks-prezident sadəcə sərsəm bəyanatlarla kifayətlənməli oldu. Son günlər isə yenidən Koçaryan cəbhəsində fəallaşma müşahidə edilib. Bu dəfə də baş verən qarışıqlıqdan öz xeyrinə istifadə etməyə çalışan siyasətçi növbəti uğursuzluğu ilə barışmaq məcburiyyətində qalacaq. Bunu hadisələrin gedişatı da göstərir.

Belə ki, dörd kəndin Azərbaycana qaytarılması ilə bağlı qərarın açıqlanmasından sonra "5-ci kolon" və Tavuş yeparxiyası rəhbəri Baqratın təşkil etdiyi uğursuz aksiyalar gözlənilən nəticəni vermədikdən sonra Koçaryan texnoloqları "dahiyanə" üsula əl atmaq qərarına gəliblər.

"Hayastan" bloku və Daşnaksütyun fəalları ilə gizli razılaşmadan sonra kiçik qruplarla yolları bağlamaq, ölkədə xaos yaratmaq ideyası ortaya atılıb. Maraqlıdır ki, hər qruplaşmaya müxalifətin iki deputatı rəhbərlik edib və sayı 10-20 nəfər arası olan şəxslər müxtəlif üsullarla yolları bağlamağa cəhd göstəriblər. Hədəf isə İrəvanın mərkəzi küçələri ilə yanaşı, dövlətlərarası şose yolları olub. Bununla da şəbəkə və təşkilatlanmış görünən etiraz aksiyası görüntüsü yaradılmağa çalışılıb. Maraqlıdır ki, bütün xəbərlər əsasən müxalifətin KİV-də yayımlanıb və küçələrə cəmi 10-20 nəfər çıxsa da, sayı izdiham kimi qələmə vermək siyasəti güdülüb. Bunun isə səbəbi evində oturan sadə erməni vətəndaşını təxribatlara cəlb etmək, aksiyanın miqyasını böyütmək olub. Amma bütün bu plan əks effekt verib.

İndi, gəlin, məsələyə başqa prizmadan yanaşaq. Koçaryan və texnoloqlarının bağlamağa cəhd etdiyi yollar beynəlxalq şose yollarıdır və hazırda iqtisadiyyatı can verən Ermənistanın arteriya damarları sayılır. Bu isə iqtisadi kollapsa yol aça bilər. Digər ölkələrə mal daşıyan erməni iş adamlarını çətin vəziyyətdə qoymaq, onsuz da cana yığılan əhalini daha da bezdirmək əslində bu aksiyaların əsas məqsədlərindən biridir. Ermənistana giriş-çıxışı əngəlləmək, ixrac olunan malları ölkədən buraxmamaq və bir neçə gün yolda olan və taqətdən düşmüş insanları Ermənistana buraxmamaq kimin ağlına gələ bilərdi? Belə "fövqəlqüdrətli" strategiyanı ancaq "parlaq" layihələri rus kuratorlarının ciddi nəzarəti altında doğulan və bu səbəbdən erməni xalqı tərəfindən rədd edilən Koçaryanın siyasi strateqləri ağlına gələ bilərdi. Strategiyasının uğursuzluğu nəticəsində "siyasi strateqlər" artıq xalqın özlərinə qarşı aqressivlik nümayiş etdirməyə başlayırlar, heç olmasa, bu cür üsullarla toqquşmalara, iğtişaşlara səbəb olmağa çalışırlar ki, hansısa yolla sahibinə hesabat versinlər.

Bununla belə, KİV-də yayılan fotoların analizi zamanı məlum olur ki, yolları bağlayan avtomobillərin yanında Koçaryan dəstəsinin 5-10 nəfərindən başqa, yəni bu aksiyaları dəstəkləyən sadə xalq nümayəndələri gözə dəymir. Həm də nəzərə almaq lazımdır ki, müxalifətə yaxın və müxalifətin idarə etdiyi mətbuatda aksiyalarla bağlı dərc edilən xəbərlərin 90 faizdən çoxu saxtadır və şişirdilib. Bunu elə erməni sosial şəbəkə istifadəçiləri ifşa ediblər. Məlum olub ki, bir neçə yolun bağlı olduğu deyilsə də, Robertin partiyasının deputatları bu yolu bağlamağa çalışsalar da, buna nail ola bilməyiblər. Kiçik dəstələrə rəhbərlik edən deputatlar müxtəlif yolları bloklamağa çalışaraq bunu xalqın üsyanı kimi qələmə verməyə çalışıblar.

Faktlara müraciət edək. Mqer Melkonyan kiçik dəstə ilə Alagöz bölgəsində Aparan-Vanadzor yolunu tutmağa cəhd edib. Qarnik Danielyan, Aspram Krpyean və Qeqam Manukyan isə Kirants-Voskepar şosesində görünüblər. Artur Sarqsyan, Aqvan Vardanyan isə Tiqranaşendə aksiyaya cəhd ediblər.
Fraksiyanın təşkil etdiyi aksiyalarda Karen Koçaryan da gözə dəyib. Bu şəxs 2021-ci il parlament seçkisində Robert tərəfindən işə götürülüb və seçkiöncəsi kampaniyanı idarə edib. Nəticə isə məlumdur, eks-prezident biabırçı şəkildə məğlub olmuşdu. Bu dəfə isə Karen sifarişçisini məmnun etmək üçün şəxsən qollarını çırmalayıb və küçələri bağlamağa cəhd göstərib. Onun yanında isə David Saakyants olub. Bu şəxs Koçaryan komandası üçün hökumət əleyhinə kampaniyaya rəhbərlik edir və bu işdən külli miqdarda pul qazanır.

İkigünlük aksiya isə nəticə vermədi. Bütün yollar açıqdır və Ermənistan vətəndaşları Koçaryanın tərəfdarlarının və digər müxalifətçilərin fürsətçi davranışlarını bir daha rədd etdi və qondarma aksiyalara qoşulmadı.

Başqa faktlara da diqqət edək. Məlum olub ki, Noyemberyan-Baqratşen yolunda təxribata cəhd edən və polis tərəfindən saxlanılan şəxsin axtarışda olan cinayətkar olduğu üzə çıxıb. İki istiqamətdə aksiyaçılara qoşulan, özünü general kimi təqdim edən şəxsin hərbçi olmadığı məlum olub. Bəlkə də elə bu səbəbdən Ermənistanın Müdafiə Nazirliyi açıqlama yayaraq hərbi paltarda aksiyalara qoşulanların şəxsiyyətinin araşdırıldığını, onlarla bağlı ölçü götürüləcəyini bildirib. Başqa bir fakt - İrəvan küçələrinin birində yolu bloklamağa çalışan kiçik qrupun fotoları növbəti gün başqa rakursdan fərqli bir aksiya kimi müxalif KİV-də təqdim edilib. Müxalifət bu cür yalan və saxtakarlıqlar yaymaqla süni fon yaratmağa çalışır ki, guya ictimai üsyan baş verir, açıq-aşkar müəyyən qüvvələrin nəzarətində olan qruplaşmaların isə sayı 30-40 nəfərdən o yana keçmir.

Dünən Ermənistan parlamentinin qarşısında baş verən kiçik aksiya isə elə Ermənistan KİV tərəfindən ifşa edilib və lağa qoyulub. Məlum olub ki, etiraza rəhbərlik edən Ovanes Şaqinyan İrəvanın Ərəbkir rayonunun keçmiş icra başçısı, eyni rayonun keçmiş polis rəisi və Milli Olimpiya Komitəsinin keçmiş üzvüdür. Bu şəxs bu vəzifələrdə Koçaryanın hakimiyyəti illərində çalışıb.

Bütün bu hadisələr onu göstərir ki, siyasi meyit sayılan Robert Koçaryan artıq sadə erməni vətəndaşının etimadını qazana bilmir. Müxtəlif aksiya və texnoloqlara tökdüyü pullar isə əks-effekt verir. Bir neçə günlük "etiraz" aksiyaları isə nəticə vermir və kütləni bu işlərə alət etmək arzusu puç olub. Hər zaman eks-prezidenti dəstəkləyən erməni kilsəsi isə susur. Bu susqunluq ikinci prezident üçün heç də xeyirli əlamət sayılmır...

"Report" İnformasiya Agentliyi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 983   Tarix: 28 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə

5 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr