Əlillik pensiyası almaq istəyənlərin nəzərinə
"Forma 88" almaq lazımdır?
Əlilliklə bağlı "forma 88" almağa ehtiyac yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, islahat tədbiri ilə əlaqədar nazirlik tərəfindən müvafiq məlumatlandırma işlərinin aparılmasına baxmayaraq, bir sıra hallarda əlilliyi olan şəxslərin məlumatsızlıq səbəbindən yenə də, əvvəlki illərdə olduğu kimi, əlilliklərinin hər il təkrar müayinəsinin aparılmasından ötrü səhiyyə müəsissələrinə müraciət edərək göndəriş (forma 88) almaq istəmələri barədə nazirliyə məlumatlar daxil olur.
"Bir daha əlilliyi olan şəxslərin diqqətinə çatdırırıq ki, həmin vətəndaşların hər il təkrar müayinə üçün göndəriş (forma 88) alınması məqsədilə müraciət etmələrinə heç bir lüzum yoxdur. Əlilliyin hər il təkrar müayinəsi aparılmır və qanunvericilikdə nəzərə tutulmuş əlillik müddəti başa çatana qədər təkrar əlillik müayinəsi üçün onlara hər hansı müraciət edilməsi də əsassızdır".
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə əsasən, 1 yanvar 2016-cı il tarixinədək əlilliyi müəyyən edilmiş və həmin vaxtadək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) tərəfindən 5 (beş) il müddətinə uzadılıb.
Qeyd olunan vaxtadək əlilliyi müəyyən edilmiş və əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən müddətsiz olaraq müəyyən edilib.
1 yanvar 2016-cı il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müddəti başa çatmamış 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə TSERAS tərəfindən (18 yaşından yuxarı olmamaqla) üç il müddətinə uzadılıb.
2016-cı ilin 01 yanvarından etibarən 18 yaşına çatmamış şəxslərin Əsasnamənin 3.1.1- 3.1.22-ci yarımbəndlərində göstərilən səbəblərdən sağlamlıq imkanlarının məhdudluğu 3 il müddətinə, ikinci və üçüncü dərəcə əlillik 5 il müddətinə, birinci dərəcə əlillik isə müddətsiz müəyyən edilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4882 Tarix: 30 mart 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021