Ayrılmaq istəyən sevgilisini maşında döydü
Bakıda 20 yaşlı oğlan sevgilisini avtomobilinin içərisində döyüb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisindəki restoranlardan birinin parklanma məntəqəsində baş verib. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Cavid Mirzəyev (ad və soyad-şərtidir - red.) sevgilisi ilə birlikdə parklanma sahəsində olarkən aralarında mübahisə yaranıb. Qız Caviddən ayrılmaq qərarı verib və özünə məxsus BMW markalı avtomobilinə əyləşib. Cavid əsəbiləşərək qadını maşından düşürmək istəsə də alınmayıb. O, xanımın avtomobilinə əyləşərək onu döyüb. Qadın müxtəlif bədən xəsarətləri alıb və hadisə yerinə hüquq-mühafizə orqanlarını çağırıb. Polis əməkdaşları Cavidi saxlayıblar.
Faktla bağlı cinayət işi məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 488 Tarix: 26 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tovuzda avtomobil piyadanı vuraraq öldürüb
Tovuzda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Asif Ələsgərovu rayonun Əyublu kəndində avtomobil vurub. O, ağır halda xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb
25 oktyabrYağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, şimal-şərq küləyi əsəcəyi ehtimalı var
25 oktyabrBakıda kişi sirkə turşusundan zəhərlənib öldü
Bakıda kişi sirkə turşusundan zəhərlənib. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 62 yaşlı N. İslamov yaşadığı evdə sirkə turşusundan zəhərlənib. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, N. İslamov sərxoş halda bilmədə
23 oktyabrGəncədə avtomobil qəzası: Bir nəfər ölüb
Gəncədə "Niva" avtomobilinin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, oktyabrın 16-da Gəncə şəhər, Nəriman Nərimanov prospektində avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəs
24 oktyabrXəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
24 oktyabr