Bakıda 200-dən çox qadın karateçinin iştirakı ilə seminar keçirilib
Azərbaycan Karate Federasiyasının (AKF) təşkilatçılığı ilə Avropa çempionu Mədinə Sadıqovanın iştirakı ilə xanım idmançılar üçün seminar keçirilib.
AKF-dən Sonxeber.az-a verilən məlumata görə, tədbirdə yeniyetmə, gənc və böyüklər yaş qruplarını təmsil edən 200-dən çox karateçi iştirak edib.
Açılış mərasimində qurumun prezidenti Ülvi Quliyev, İdarə Heyətinin üzvləri, media nümayəndələri və idman ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Seminarın keçirilməsində əsas məqsəd Azərbaycanda qadın karatesinin inkişafına dəstək göstərmək, bu idman növünün xanımlar arasında kütləviliyini artırmaq, müxtəlif yaş qruplarından və idman klublarından olan karateçilər arasında birlik, həmrəylik və qarşılıqlı əməkdaşlıq mühitini gücləndirmək olub.
Tədbir, eyni zamanda, gənc idmançıların peşəkar təcrübələrinin artırılması, onların beynəlxalq nailiyyətlər qazanmış idmançılarla birbaşa ünsiyyət imkanlarının genişləndirilməsi və gələcək idman uğurlarına həvəsləndirilməsi baxımından əhəmiyyət daşıyıb.
Seminar müxtəlif yaş kateqoriyalarından olan xanım karateçilərin bir araya gəlməsinə, idman təcrübəsinin bölüşdürülməsinə və karate dəyərlərinin təbliğinə şərait yaradıb.
Azərbaycan Karate Federasiyası tərəfindən qadın karatesinin inkişafı, istedadlı idmançıların üzə çıxarılması, yeni nəslin idmana cəlb olunması və karatenin ölkə üzrə kütləviliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
200-dən çox xanım idmançının iştirak etdiyi seminar ölkədə qadın karatesinə artan marağın, idmançılar arasında birlik və həmrəyliyin gücləndirilməsinin, eləcə də karatenin kütləvi idman növü kimi inkişafının təşviqi baxımından əlamətdar tədbirlərdən biri olub.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 241 Tarix: 26 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Asif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb
"Qəbələ"nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekordunu qırıb. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. Bölgə təmsilçisinin kapitanı VII turda "Sabah"la ev matçının son anlarında meydana daxil olaraq mövsümdə ilk dəfə şans qazanıb
19 oktyabr"Qızıl top" qədər geyim tərzləri də diqqət çəkdi - Fotolar
Məlum olduğu kimi, ötən gün "Qızıl top" ("Ballon d'Or") mükafatlandırma mərasimi keçirilib. Mükafata isə "Bayern Münhen"in və İngiltərə milli komandasının ulduz hücumçusu Harri Keyn layiq görülüb. Londondakı məşhur "The London Palladium" zalında keçirilə
27 oktyabr"Gəncə" basketbol komandası yeni baş məşqçisini açıqlayıb
"Gəncə" basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Komanda türkiyəli Murad Dikmənə tapşırılıb. O, bu postda Martin Knejeviçi əvəzləyib. Türkiyəli mütəxəssis daha əvvəl "Xəzri" (indiki "Naxçıvan") klub
27 oktyabrBakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək
Bakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək. xəbər verir ki, bu barədə Azərbaycan Bilyard Federasiyasının mətbuat xidməti məlumat yayıb. Heydər Əliyev adına İdman-Konsert Kompleksində oktyabrın 31-dən noyabrın 2-dək baş tutacaq üçgünlük yarışın keçirilməsində məqsəd ölkənin ən güclü idmançıların
19 oktyabrHövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır
Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç
23 oktyabr"Qalatasaray" - "Fənərbağça" derbisinin baş hakimi bəlli oldu
Türkiyə Superliqasının IX turunda keçiriləcək İstanbul derbisinin baş hakimi müəyyənləşib. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, "Qalatasaray" və "Fənərbağça" arasında baş tutacaq qarşılaşmanı FIFA referisi Atilla Karaoğla
22 oktyabr"Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq
"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu
17 oktyabr