"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc
Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbul edib.
Məhkəmə sənədinə əsasən, "HZR Group" MMC-nin dövlət büdcəsinə 235 355,70 manat, İcbari Tibbi Sığorta Fonduna isə 5 910,52 manat borcu var. Beləliklə, ümumi borc 241 266,22 manat təşkil edir.
Vergi orqanı tərəfindən borcun ödənilməsi üçün şirkətə bildirişlər göndərilsə də, müəyyən edilmiş beş günlük müddətdə ödəniş edilməyib.
Məhkəmə ərizəni təmin edərək Kalaycı Ceyhanın ölkədən getmək hüququnu vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırıb. Bundan əlavə, ondan 100 manat dövlət rüsumunun tutulmasına qərar verilib.
Qeyd edək ki, Kalaycı Ceyhan 1983-cü ildə Türkiyədə anadan olub və Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə əsasında qeydiyyatdadır.
"HZR Group" MMC elektromexanika, zəif axın sistemləri, yanğın siqnalizasiyası, CCTV təhlükəsizlik sistemləri, mexaniki işlər və layihələrin təşkili sahələrində fəaliyyət göstərir.
Şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu var.
Məhkəmə sənədində internet vergi idarəsindən əldə edilən çıxarışa əsasən, şirkətin dövlət büdcəsinə borcunun 525 843,96 manat olduğu da göstərilib. Bununla belə, məhkəmənin yekun qərarında dövlət büdcəsinə 235 355,70 manat və İcbari Tibbi Sığorta Fonduna 5 910,52 manat borc əsas götürülüb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Anamla atam ailə qurmağımı istəyir"
Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Qızılın qiyməti rekorda çatdı
Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
"Banu" Günel illər sonra - Foto
Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ