İsraildə parlament seçkiləri: Netanyahu hakimiyyətdə qala biləcəkmi?
İsraildə keçirilən parlament seçkilərində əsas mübarizə Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyası ilə müxalifət qüvvələri arasında gedir. Seçkilərin nəticəsi ölkədə hakimiyyətin gələcəyini, yeni hökumətin formalaşmasını və İsrailin təhlükəsizlik siyasətinin istiqamətini müəyyənləşdirə bilər.
120 deputatdan ibarət Knessetdə hökumət formalaşdırmaq üçün ən azı 61 mandatın dəstəyi tələb olunur. Seçkiöncəsi sorğular siyasi düşərgələr arasında rəqabətin kəskin olduğunu göstərib. Buna görə də səsvermənin nəticələri ilə yanaşı, partiyaların koalisiya danışıqları da mühüm əhəmiyyət daşıyır.
İsrail üzrə 7 milyondan çox seçici səsvermədə iştirak etmək hüququna malikdir. Seçkilər 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra başlayan müharibələrdən bəri ölkədə keçirilən ilk ümumxalq səsverməsidir.
Sonxeber.az Associated Press-ə istinadən xəbər verir ki, səsvermənin ilk üç saatında seçicilərin təxminən 17 faizi səs verib. Seçkilərdə əsas müzakirə mövzuları təhlükəsizlik, hərbi xidmət, məhkəmə sisteminin müstəqilliyi və Qəzza müharibəsindən sonra ölkənin gələcək siyasətidir.
Müxalifətə keçmiş ordu rəhbəri Qadi Eyzenkotun rəhbərlik etdiyi qüvvələr daxildir. Ərəb partiyaları da heç bir düşərgənin parlamentdə çoxluq əldə edə bilmədiyi təqdirdə hökumətin formalaşdırılması prosesində mühüm rol oynaya bilər.
Qeyd edək ki, səsvermə məntəqələrinin əksəriyyətinin yerli vaxtla saat 22:00-da bağlanması nəzərdə tutulur. İlkin exit-poll nəticələrinin bundan sonra açıqlanması gözlənilir. Hələlik yekun seçki nəticəsi açıqlanmayıb.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 455 Tarix: 27 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ HDQ İran yaxınlığında döyüş qruplaşmalarını sayını artırıb
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) İran yaxınlığında yerləşən döyüş qruplaşmalarının sayını bir həftə ərzində 17-dən 21-ə qədər artıb. "Report"un "İnterfaks"a istinadən xəbərinə görə, bunu ABŞ Hərbi Dəniz İnstitutunun İnformasiya Xidmətinin məlumatları göstərir. Hazırda İranın cənub-şərqindək
27 oktyabrNiderlandda "Bulo" dəhşəti: ölən və itkin düşən var
Niderlandda "Bulo" fırtınası zamanı bir nəfər həlak olub, daha bir nəfər isə itkin düşüb. Bu barədə ANP agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Amsterdamda ağac güclü küləyin təsiri altında aşıb və velosipedçinin üzərinə düşüb. Oktyabrın 25-də, bazar günü, şəhərin cənub-qərb hissəsind
26 oktyabrFilippində bazarda yanğın nəticəsində beş nəfər ölüb
Filippinin cənubundakı Luson adasında yerləşən Sorsoqon şəhərində ictimai bazarda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerli mediaya istinadən xəbər yayıb. Məlumata görə, yanğın şənbə axşamı başlayıb və qısa zamand
25 oktyabrHusilər Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum elan etdilər
Yəmənin Ənsar Allah hərəkatının Husi üsyançıları Səudiyyə Ərəbistanının neft infrastrukturuna dronlarla hücum etdiklərini iddia edirlər. xəbər verir ki, hərəkatın hərbi sözçüsü Yəhya Səriya bildirib ki, "Şərq və qərb istiqamətlərində xam neft vuran nasos stansiyalarına pilotsuz təyyarələr zərbələr
26 oktyabrEynşteynin əlyazması hərracda gözləniləndən üç dəfə baha satıldı
Məşhur fizik Albert Eynşteynin təxminən 1929-cu ildə riyaziyyatçı həmkarına göndərdiyi, mürəkkəb riyazi hesablamalarla dolu məktub hərracda 71 811 dollara satılıb. Sənəd üçün ilkin olaraq 20 min dollar və daha yüksək məbləğ nəzərdə tutulsa da, yekun qiymət gözləntiləri xeyli üstələyib. Qaynarinfo xəbə
26 oktyabrHusilər Ər-Riyad hava limanını yenidən açdığı gün hücuma keçiblər
Yəməndəki Husilər Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, eləcə də Səudiyyə Ərəbistanının cənubundakı hava və dəniz bazalarına hücum elan ediblər. xəbər verir ki, bu barədə Ənsar Allah hərəkatının hərbi sözçüsü Yəhya Sari bildirib. Sarinin sözlərinə görə, husilər onlarla ballistik raketdə
26 oktyabr"People" jurnalı 2026-cı ilin ən cazibədar kişisini elan etdi
"People" jurnalı 2026-cı ilin ən seksual kişisinin adını açıqlayıb. Bu ada "Pitt xəstəxanası" serialının ulduzu, amerikalı aktyor Noa Uayli layiq görülüb. Qaynarinfo xəbər verir ki, aktyorla müsahibə nəşrin rəsmi saytında dərc olunub. Uayli bildirib ki, əvvəlcə bu xəbəri zarafat hesa
27 oktyabr