Azərbaycanın multikulturalizm modeli dünyanın diqqətindədir
Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı multikulturalizm anlayışına və onun müasir dünyada üzləşdiyi çağırışlara fərqli prizmadan baxmaq üçün mühüm fürsətdir.
XX əsrin ikinci yarısında, xüsusilə 1960-1980-ci illərdə multikulturalizm ideyası bir sıra Qərb ölkələrində dövlət siyasətinin mühüm istiqamətinə çevrildi. Müxtəlif mədəniyyətlərin, dinlərin və etnik qrupların dinc yanaşı yaşaması, tolerantlıq və qarşılıqlı hörmət həmin cəmiyyətlərin əsas dəyərləri kimi təqdim olunurdu. Lakin bu gün həmin ölkələrin bir qismində inteqrasiya, ictimai həmrəylik və müxtəlif icmalar arasında münasibətlərlə bağlı böhran yaşanır.
Azərbaycanın təcrübəsi bu baxımdan fərqli yanaşma təqdim edir. Ölkəmizdə multikulturalizm yalnız rəsmi bəyanatlar, dövlət proqramları tədbirlərlə məhdudlaşmır. O, müxtəlif etnik, dini və mədəni mənsubiyyətlərə malik insanların ortaq cəmiyyətin bir hissəsi kimi yaşaması ənənəsinə söykənir.
Prezident İlham Əliyevin Forumdakı çıxışında vurğuladığı kimi, Azərbaycanda həmrəyliyin, qarşılıqlı hörmətin və anlaşmanın yüksək səviyyəsi hiss olunur. Bu birliyin əsasını təşkil edən milli ideyalardan biri azərbaycançılıqdır. Azərbaycançılıq müxtəlif etnik və dini mənsubiyyətlərə malik insanları vahid dövlət və cəmiyyət ətrafında birləşdirən ortaq kimlikdir. Bu həmrəyliyin ən çətin sınaqlardan keçərək möhkəmləndiyini müstəqillik tariximiz də göstərir. Ermənistanın hərbi təcavüzü və işğalı, eləcə də İkinci Qarabağ müharibəsi zamanı müxtəlif etnik və dini qrupların nümayəndələri Azərbaycanın özünəməxsusluğunu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyünü bərpa etmək uğrunda birlik nümayiş etdirdilər. Prezidentin ifadə etdiyi "Dəmir yumruq" rəmzi məhz bu milli həmrəyliyin və ortaq məqsəd ətrafında birləşməyin təcəssümünə çevrildi.
Azərbaycan modelinin əsas xüsusiyyəti müxtəlifliyin vahid mədəni təməl üzərində birləşməsidir. Bu təməl müxtəlif xalqların, dini icmaların, regionların və mədəni ənənələrin töhfələri ilə formalaşmış Azərbaycan mədəniyyətidir. Başqa sözlə, fərqliliklər ümumi kimliyi zənginləşdirir.
Multikulturalizmin davamlılığı üçün yalnız müxtəlifliyi tanımaq kifayət deyil. "İnsanları birləşdirən ortaq dəyərlər, qarşılıqlı hörmət və mənsubiyyət hissi də vacibdir. Cəmiyyətin birliyini qorumaqla mədəni müxtəlifliyi yaşatmaq arasında tarazlığın yaradılması bu modelin əsas xüsusiyyətlərindəndir. Məhz buna görə Azərbaycanın multikulturalizm təcrübəsi beynəlxalq dialoq baxımından diqqətəlayiqdir. Onun əsas mesajı budur: müxtəliflik cəmiyyətin parçalanmasına deyil, ortaq mədəni irsin və gələcəyin formalaşmasına töhfə verə bilər.
İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi
Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Qızılın qiyməti rekorda çatdı
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı
Aylıq ödəniş gecikdi, mənzil satışa çıxarıldı? - SAKİNLƏRİN NƏZƏRİNƏ
Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Vətəndaş ABB-dən narazıdır
Salyanda ailə faciəsi: Bıçaqlanan ana öldü - Yaralanan ata və gəlinin son durumu
Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar