Azərbaycan ikili standartlarla mübarizədə nümunə göstərdi

Azərbaycan ikili standartlarla mübarizədə nümunə göstərdiPrezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı dünyadakı ikili standartlar siyasətinin yolverilməzliyini vurğuladı. Dövlətimizin başçısının mövcud xüsusda üzərində dayandığı başlıca məqam isə budur: ikili standartlar siyasətindən imtina müxtəlif müharibə və münaqişələrin həllində həlledici amildir. Ölkəmizin liderinin mövzuya dair səsləndirdiyi müstəsna fikirlər var və onlara nəzər salacağıq.
Əvvəla onu deyək ki, ikili standartlar beynəlxalq siyasətdən tam şəkildə aradan qaldırılacağı təqdirdə müharibələrin dayandırılmasında və münaqişələrin həllində mühüm vasitə olacaq. Prezident İlham Əliyevin vurğuladığı budur. Lakin indiki durumda problemlərin həllinin Azərbaycan nümunəsi var. Bu nümunə ədalətsizliklərlə barışmamağa əsaslandığı kimi, dövlətimizin başçısının təbirincə desək, ikili standartlar siyasətinə münasibətdə də sıfır tolerantlıq mövqeyini rəhbər tutur. Yəni, Prezident İlham Əliyev məhz bu mövqeni vacib sayır.
Xalqımız uzun illər imperiya boyunduğunda yaşamaq məcburiyyətində qalıb. Əvvəl Çarizmin müstəmləkəçiliyi, sonra rus imperializminin yenidən zühuru olan SSRİ totalitarizmi ilə baş-başa qalmışıq. 200 ildən çox davam etmiş bu mərhələdə faciələr, məşəqqət və məhrumiyyətlər görmüşük. Ana dilimizə, mədəniyyətimizə, milli mənlik şüurumuza, adət-ənənələrimizə yad münasibətin müxtəlif təzahür formalarına, bizi dəyərlərimizdən perik salmaq cəhdlərinə şahidlik etmişik. Üstəlik, ərazilərimizə açıq və qapalı qəsdlər reallaşdırılıb, əzəli yurd yerlərimizdən didərgin duruma salınmışıq.
Lakin bütün bunlar müstəqil dövlətə sahiblənmək arzularımızı sıradan çıxara bilməyib. Xalqımız özündə təpər taparaq, mənfi meyillərə sinə gərməyi bacarıb, özünün dövlət müstəqilliyinə qovuşub. Əlbəttə, Qarabağ münaqişəsinin timsalında, müstəqil yaşamaq əzmimizin, bir növ, cəzasını da çəkmişik. Havadarlarına arxalanan Ermənistanın otuz ildən çox davam etmiş işğalı ilə üzləşmiş, təcavüzün fəsadlarını aradan qaldırmaq istiqamətində çalışmışıq. Nəhayət, yenilməzliyimiz, iradəmiz sayəsində ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmiş, torpaq bütünlüyümüzə qovuşmağın sevincini yaşamışıq.
Azərbaycan xalqı bu böyük sevinci, onun verdiyi qürur və fəxarət hissini öz müdrikliyi sayəsində qazanıb. Xalqımız müdrik olub ki, 1993-cü ildə dövlət müstəqilliyini itirmək təhlükəsi yaşananda Ulu öndər Heydər Əliyevi rəhbərliyə qaytarıb. Heydər Əliyev yolu Azərbaycanı inkişafa və sabitliyə, insanlarımızı firavanlığa və rifaha aparıb. Məhz Ulu öndərin səriştəli idarəçiliyi itirilmiş dövlətçilik ənənələrimizin, sözün həqiqi mənasında, bərpasında həlledici əhəmiyyət daşıyıb. Heydər Əliyev şəxsiyyəti cəmiyyətə inam aşılayıb. Torpaqlarımızın işğaldan qurtulacağının inamını. İnamımız Ümummilli liderin çoxşaxəli, müfəssəl struktura malik daxili və xarici siyasət kursundan qaynaqlanıb.
Bu gün Azərbaycan cəmiyyəti ikili standartlar siyasətinə münasibətdə dözümsüzdür. Dözümsüzlük immunitet qazancımızdır. İmmunitetimiz isə dövlətçiliyimiz üçün gələcək yaşam təminatıdır. Söhbət əbədiyyat təminatından gedir. Azərbaycan dünyaya belə bir sarsılmazlığın nümunəsidir. Ədalətə öz gücü və qüdrəti ilə çatmanın, ikili standartlara meydan oxumanın nümunəsi.
Prezident İlham Əliyev bənzərsiz və təkrarsız Azərbaycan nümunəsini yaratdığı üçün dünyadakı ədalətsizlik meyillərinə qarşı cəbhə açmaq haqqına malikdir. Yəni, layiqli yaşamın Azərbaycan nümunəsi olduğu kimi, beynəlxalq miqyasda vüsət almış ikili standartlar siyasəti və onun təzahür formalarına qarşı dirənişin də Azərbaycan örnəyi var. O örnək ki, özündə hərbi güclə yanaşı, "yumşaq güc"ün elementlərini daşımaqdadır. Ölkəmizdə keçirilən mötəbər toplantılar, həmçinin Azərbaycan dövləti tərəfindən beynəxlalq miqyasda həyata keçirilən nəhəng təşəbbüslər fikrimizin sübutudur.
Müasir müstəqillik illərində üzərimizdə heç bir mənəvi haqqı olmayanları, öz gözlərində tiri görməyib gözümüzdə çöp axtaranları az görməmişik. Belələrinin minnət qoyurmuş kimi əndazəsizlikləri də diqqətimizdən yayınmayıb. Əlbəttə, onlar layiqli cavablarını alıblar. Amma Azərbaycan dövləti üçün prioritet heç də təkcə yerlərini bilməyənlərə yerlərinə göstərmək olmayıb. Prezident İlham Əliyevin təbirincə desək, öz işimizə, öz məsuliyyətlərimizə diqqət yetirirmişik: "Digər ölkələrdə baş verənlər həmin ölkələrin xalqlarına aid məsələdir. Bu, bizim işimiz deyil".
Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan beynəlxalq aləmdən özünə qarşı layiqli münasibəti gözləyir və istəyinə nail olur. "Bizə qarşı istənilən hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr müqavimətimizlə qarşılanıb və bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq", - deyən dövlətimizin başçısının bu fikirlərlə də diqqəti dünyanı cənginə almış ikili standartlar siyasətinin mühüm elementlərinə çəkdiyi aydındır. Qeyd edək ki, Prezident İlham Əliyevin beynəlxalq miqyasda müstəqil dövlətləri öz yollarından döndərmək üçün çeşidli siyasi texnologiyalardan istifadə olunduğuna dair çoxsaylı fikirləri var. O fikirlər ki, cəmiyyətimiz onlara yüksək həssaslıqla yanaşır və müstəqil dövlətçilik naminə mübarizə əzmini gücləndirir. Heç şübhəsiz, ölkəmizin liderinin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında dilə gətirdiyi fikirlər də bu mənada böyük əhəmiyyət daşıyacaq, müstəqil və suveren Azərbaycan naminə dirəniş tariximizə düşəcəkdir.

Həbib Məmmədov - müharibə veteranı, polkovnik


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 96   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb"

"Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilib. Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib. Dövlətimizin başçıs

27 oktyabr
.

Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququna əsaslanaraq illər boyu işğal altında qalmış ərazilərimiz

27 oktyabr
.

Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

"Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız özümüzün milli ideyaları - azəərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın bütün xalqlarını bir araya gətirir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev VI

27 oktyabr
.

Prezident Şeyxa Əl Nuveyslə bir arada - Video

Prezident İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirib. Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunlu

26 oktyabr
.

Azərbaycanın beynəlxalq nüfuzu tarixi sınaqlardan uğurla keçib

"Azərbaycanın beynəlxalq nüfuzu mürəkkəb tarixi sınaqlar, düşünülmüş siyasi qərarlar və milli maraqlara əsaslanan diplomatik fəaliyyət nəticəsində formalaşıb. Müstəqilliyin ilk illərində üzləşdiyi siyasi, iqtisadi və hərbi çətinliklər ölkənin güclü dövlətçilik təməlinin yaradılmasını zəruri edirdi

28 oktyabr
.

İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırlayıb, görüş əsnasınd

26 oktyabr
.

Penitensiar xidmətin yeni rəisi kimdir? - Dosye

Prezident İlham Əliyevin sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi təyin edilib. Sahib Rzayevin dosyesini təqdim edir:. Sahib Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-c

27 oktyabr
.

İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"

"Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatın

28 oktyabr
.

Azərbaycan Prezidenti: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

"Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib. "Beynəlxalq təmaslarımız göstərir ki, biz özümüzü beynəlxalq icmanın etibar, inam, hörmət qazana

27 oktyabr