Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Sonxeber.az-a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağı proqnozlaşdırılır.
Azərbaycan ərazisində Leonidləri müşahidə etmək üçün ən əlverişli dövr noyabrın 17-dən 18-nə keçən gecə saat 02:00-dan sübhədək olan müddətdir. Maksimuma yaxın saatlarda Ayın batması zəif meteorların görünməsi üçün də nisbətən əlverişli şərait yarada bilər.
Leonid meteor yağışı hər il Yer kürəsinin "55P/Tempel-Tuttle" kometinin öz orbiti boyunca buraxdığı toz və xırda hissəciklər axınından keçməsi nəticəsində yaranır. "55P/Tempel-Tuttle" kometi Günəş sisteminə daxil olan qısadövrlü periodik kometlərdən biridir. Komet Günəş ətrafında tam dövrünü təxminən 33,2 ilə başa vurur. O, 1865-ci ildə alman astronomu Vilhelm Tempel, 1866-cı ildə isə amerikalı astronom Horas Tattl tərəfindən müstəqil şəkildə kəşf edilib. Komet hər iki astronomun şərəfinə adlandırılıb.
Leonidlər yüksək sürətləri ilə seçilir. Onların Yer atmosferinə daxilolma sürəti təxminən 71 km/s, yaxud saatda 255 min kilometr təşkil edir. Bu göstərici Leonidləri ən sürətli meteor axınlarından birinə çevirir. Atmosferlə qarşılıqlı təsir nəticəsində meteor hissəcikləri qızır, parçalanır və onların hərəkət trayektoriyası boyunca işıqlanan qaz izləri əmələ gəlir. Yer səthindən bu hadisə səmada sürətlə hərəkət edən parlaq işıq zolaqları şəklində müşahidə edilir.
Leonidlərin radiantı, yəni meteorların səmada zahirən çıxdığı nöqtə Şir (Leo) bürcündə yerləşir. Meteor yağışının adı da məhz bu bürclə əlaqədardır. Bununla belə, meteorlar səmanın müxtəlif istiqamətlərində görünə bilər.
Leonidlər astronomiya tarixində güclü meteor fırtınaları ilə də tanınır. Xüsusilə 1833, 1866, 1966, 1999-2002-ci illərdə qeydə alınan intensiv hadisələr böyük elmi marağa səbəb olub. Meteor fırtınaları Yer kürəsinin kometin orbitindəki daha sıx maddə axınlarından keçməsi ilə əlaqədardır. Lakin 2026-cı ildə belə güclü meteor fırtınası gözlənilmir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 239 Tarix: 02 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabrBakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabrSükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad
1 noyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrMedia və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
1 noyabrQuru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
1 noyabrAzərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
1 noyabr