Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlət müstəqilliyinin qorunmasının və milli həmrəyliyin möhkəmləndirilməsinin əsas dayaqlarından biridir. Müasir dövrdə Azərbaycançılığın təbliği xüsusi əhəmiyyət daşıyır. Çünki qloballaşma proseslərinin sürətləndiyi, informasiya məkanında müxtəlif ideoloji təsirlərin artdığı bir şəraitdə milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi dövlət və cəmiyyət qarşısında mühüm vəzifə kimi dayanır".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki,Azərbaycançılıq ideologiyasının formalaşması və inkişafı Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti, dili, adət-ənənələri və dövlətçilik təcrübəsi ilə sıx bağlıdır:

"Bu ideyanın müasir siyasi və ictimai məzmununun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. Heydər Əliyev Azərbaycançılığı milli birliyin, dövlət müstəqilliyinin və cəmiyyətin bütövlüyünün əsas ideoloji platformasına çevirdi. Onun müəyyən etdiyi siyasi xətt müxtəlif etnik və dini mənsubiyyətə malik insanların vahid Azərbaycan dövləti vətəndaşları kimi birləşməsini, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşamasını nəzərdə tuturdu.

Bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycançılıq ideologiyasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi inkişaf etdirilməsi milli həmrəyliyin daha da güclənməsinə xidmət edir. Prezidentin həyata keçirdiyi siyasətdə dövlətçilik maraqları, milli birlik, suverenlik, ərazi bütövlüyü və tarixi ədalətin təmin olunması prioritet istiqamətlər kimi çıxış edir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Azərbaycançılıq ideyasına yeni məzmun və tarixi əhəmiyyət qazandırıb. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri Azərbaycan xalqının milli iradəsinin, dövlətə sədaqətinin və həmrəyliyinin parlaq təzahürü oldu".

Deputat vurğulayıb ki, Azərbaycançılıq ideyasının təbliği yalnız tarixi hadisələrin xatırladılması və milli bayramların qeyd olunması ilə məhdudlaşmamalıdır:

"Bu ideya gündəlik ictimai münasibətlərdə, təhsil sistemində, mədəniyyət sahəsində, informasiya siyasətində və gənclərin vətəndaşlıq tərbiyəsində öz real ifadəsini tapmalıdır. Vətənə sevgi, dövlət rəmzlərinə hörmət, Azərbaycan dilinin qorunması, milli-mənəvi dəyərlərə bağlılıq və qanunlara riayət etmək Azərbaycançılığın praktik göstəriciləridir.

Xüsusilə gənc nəslin Azərbaycançılıq ruhunda yetişdirilməsi strateji əhəmiyyət daşıyır. Gənclər yalnız ölkənin gələcək inkişafının təminatçısı deyil, həm də milli kimliyin və dövlətçilik ənənələrinin daşıyıcılarıdır. Buna görə də təhsil müəssisələrində Azərbaycan tarixinin, ədəbiyyatının, mədəni irsinin və dövlətçilik ənənələrinin daha dərindən tədrisi vacibdir. Eyni zamanda gənclərdə milli qürur hissi ilə yanaşı, müasir dünyagörüşü, tənqidi düşüncə, vətəndaş məsuliyyəti və informasiya savadlılığı formalaşdırılmalıdır.

Azərbaycançılığın təbliğində Azərbaycan dili xüsusi yer tutur. Dil milli kimliyin ən mühüm atributlarından biri olmaqla yanaşı, xalqın tarixi yaddaşını və mənəvi dünyasını yaşadan əsas vasitədir. Azərbaycan dilinin qorunması, saflığının təmin edilməsi, elmi, texnoloji və rəqəmsal mühitdə istifadəsinin genişləndirilməsi milli ideologiyanın inkişafına xidmət edir. Bu istiqamətdə ailənin, məktəbin, medianın və ictimai institutların üzərinə mühüm məsuliyyət düşür".

Deputat söyləyib ki, digər mühüm məsələ Azərbaycanın multikulturalizm ənənələrinin qorunması və təbliğidir. Azərbaycan tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin birgə yaşadığı məkan olub:

"Bu gün də ölkəmizdə etnik və dini müxtəliflik milli birliyin qarşısında maneə deyil, əksinə, cəmiyyətimizin zənginliyini nümayiş etdirən mühüm xüsusiyyətdir. Azərbaycançılıq ideologiyası məhz bu müxtəlifliyi vahid dövlətçilik mənafeyi ətrafında birləşdirir. Burada əsas prinsip hər kəsin öz milli və dini dəyərlərini qorumaqla yanaşı, Azərbaycan dövlətinə və ümumi Vətənə bağlılıq nümayiş etdirməsidir.

Müasir informasiya müharibələri və ideoloji rəqabət şəraitində Azərbaycançılığın təbliğində medianın rolu da xüsusi diqqət tələb edir. Kütləvi informasiya vasitələri milli maraqların müdafiəsi, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, dezinformasiyalara qarşı mübarizə və cəmiyyətdə sağlam vətəndaş mövqeyinin formalaşdırılması istiqamətində fəal olmalıdır. Xüsusilə sosial şəbəkələrdə milli dəyərlərə, dövlətçilik ənənələrinə və cəmiyyətin birliyinə zərər vuran manipulyativ məlumatlara qarşı maarifləndirici fəaliyyət gücləndirilməlidir. Bununla yanaşı, Azərbaycançılığın təbliği sağlam ictimai müzakirələri, fərqli fikirlərə hörməti və informasiya məsuliyyətini də özündə ehtiva etməlidir".

P.S. Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği" mövzusuna uyğun olaraq dərc edilir

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməliAysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 166   Tarix: 02 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad

1 noyabr
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr