Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMAQaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkən diqqətli olması vacibdir. Digər tərəfdən, göbələklərin bişirilməsinin zəhərli maddələri aradan qaldırıb-qaldırmaması, zəhərlənmənin ilkin əlamətləri və vaxtında tibbi müdaxilənin əhəmiyyəti barədə maarifləndirməyə ehtiyac var.

Bəs, zəhərli göbələkləri yeməli növlərdən etibarlı şəkildə ayırmaq mümkündürmü və insanlar göbələk seçərkən hansı təhlükəsizlik qaydalarına əməl etməlidirlər? Bişirmə zəhərli maddələri tam zərərsizləşdirirmi, zəhərlənmənin ilk əlamətləri hansılardır və belə vəziyyətdə hansı təcili tədbirlər görülməlidir?
Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, göbələk zəhərlənmələri ciddi sağlamlıq təhlükəsi yaradır. Xüsusilə təbiətdən toplanan göbələklərdə yeməli və zəhərli növləri bir-birindən ayırmaq hər zaman asan deyil.

"Bəzi zəhərli göbələklər xarici görünüşünə, rənginə və formasına görə yeməli növlərə çox bənzəyir. Hətta təcrübəli insanlar belə onları səhv sala bilərlər. Buna görə də yalnız görünüşə əsaslanaraq göbələyin təhlükəsiz olduğunu müəyyən etmək mümkün deyil. Göbələk alarkən etibarlı satış məntəqələrinə üstünlük verilməli, mənşəyi məlum olmayan, nəzarətsiz şəraitdə satılan və xarab olma əlamətləri olan məhsullar alınmamalıdır. Təbiətdən göbələk toplayarkən isə növün dəqiq müəyyənləşdirilməsinə əmin olunmadıqda onu qətiyyən istehlak etmək olmaz. Xüsusilə yol kənarlarından, sənaye və çirklənmiş ərazilərdən toplanan göbələklərdən də uzaq durmaq lazımdır. Göbələklərin bişirilməsi zəhərli maddələri tamamilə zərərsizləşdirmir. Bəzi göbələk toksinləri yüksək temperaturun təsirinə davamlıdır və qaynadılma, qızardılma, qurudulma və ya dondurulma nəticəsində parçalanmır. Buna görə də zəhərli göbələyi bişirməklə təhlükəsiz məhsula çevirmək mümkün deyil".

Ekspert bildirib ki, zəhərlənmənin ilkin əlamətləri ürəkbulanma, qusma, qarında ağrı və spazmlar, ishal, başgicəllənmə, halsızlıq və tərləmə ola bilər:

"Bəzi zəhərli göbələklər isə görmə pozğunluğu, şüur dəyişikliyi, qıcolma, qaraciyər və böyrək zədələnməsi kimi daha ağır fəsadlara səbəb ola bilər. Xüsusilə nəzərə alınmalıdır ki, bəzi təhlükəli göbələk zəhərlənmələrində əlamətlər bir neçə saat, hətta daha gec müddətdə üzə çıxa bilər. Buna görə də simptomların dərhal başlamaması təhlükənin olmadığı anlamına gəlmir. Belə hallarda ilk növbədə təcili tibbi yardım çağırılmalı və zərərçəkən vaxt itirmədən xəstəxanaya çatdırılmalıdır. Özbaşına qusdurmaq, süd, spirtli içki və ya müxtəlif xalq təbabəti vasitələri vermək olmaz. Həkim məsləhəti olmadan dərman qəbul etmək də təhlükəlidir. Mümkündürsə, yeyilmiş göbələyin qalıqları və ya onun fotosu saxlanılaraq həkimə təqdim edilməlidir. Eyni göbələkdən yemiş, lakin hələ heç bir əlaməti olmayan digər şəxslər də tibbi müayinədən keçməlidirlər. Təbiətdən toplanan hər göbələyin yeməli olduğunu düşünmək ciddi səhvdir. Göbələk zəhərlənmələrinin qarşısının alınmasında ən etibarlı üsul mənşəyi və növü məlum olmayan yabanı göbələkləri istehlak etməməkdir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 151   Tarix: 02 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

1 noyabr
.

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb

31 oktyabr
.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31 oktyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr