Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMAJurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub. Hadisə yerindən çəkiliş aparan, məlumat toplayan və cəmiyyətə həqiqətləri çatdırmağa çalışan jurnalistlərin döyülməsi, təhqir edilməsi və fəaliyyətlərinə mane olunması təkcə media əməkdaşlarının təhlükəsizliyinə deyil, həm də ictimaiyyətin informasiya almaq hüququna toxunur. Bəs jurnalistlərə qarşı fiziki zorakılıq törədən şəxsləri hansı hüquqi məsuliyyət gözləyir?

Peşə fəaliyyətinə mane olmaq məqsədilə media nümayəndələrinə əl qaldıran şəxslər hansı cəzaya məhkum edilə bilər? Qanunvericilikdə nəzərdə tutulan cəzalar belə halların qarşısını almaq üçün yetərlidirmi və jurnalistlərə hücum edən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində hansı addımlar atılmalıdır?
Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMAMövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə Sonxeber.az-a açıqlamasında bildirdi ki, Real TV-nin müxbirinin məktəbdə döyülməsi, eləcə də jurnalist peşəfəaliyyətini yerinə yetirən şəxslərə qarşı törədilən bu cür qanunazid hərəkətlər qanunvericiliyimizlə qəti şəkildə qadağan olunur və sərt məsuliyyət nəzərdə tutur. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaq, onlara qarşı zor tətbiq etmək, hədə-qorxu gəlmək və ya əmlakını zədələmək birbaşa cinayət məsuliyyəti yaradır: "Konkret olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163-cü maddəsi jurnalistin qanuni peşə fəaliyyətinə mane olmağı, yəni məlumat yaymağa və ya yaymamağa məcbur etmək məqsədi ilə jurnalistə zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə təsir göstərməyi cinayət hesab edir. Bununla yanaşı, törədilən əməlin xarakterindən asılı olaraq həm də Cinayət Məcəlləsinin digər maddələri - xüsusilə qəsdən sağlamlığa zərər vurma, xuliqanlıq və ya özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə də hüquqi qiymət verilə bilər.

Jurnalistin döyülməsi və peşə fəaliyyətinə mane olunması halları üzrə təqsirli bilinən şəxslər əməlin ağırlıq dərəcəsindən asılı olaraq min manatdan az olmayan miqdarda cərimə, ictimai işlər, islah işləri və ya müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları ilə cəzalandırıla bilərlər. Xüsusilə zor tətbiq etməklə, qrup halında və ya xuliqanlıq niyyəti ilə törədildikdə cəzanın ağırlıq həddi daha da artır".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 220   Tarix: 02 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad

1 noyabr
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr