Eniş anında iki paraşüt toqquşdu - Ölənlər var - Fotolar
ABŞ-nin Kaliforniya ştatında yerləşən "Skydive Elsinore" mərkəzində dəhşətli aviasiya hadisəsi baş verib. Eniş zonasına yaxınlaşarkən havada toqquşan iki təcrübəli paraşütçü ağır xəsarətlər alaraq həyatını itirib.
"Qafqazinfo" xəbər verir ki, 56 yaşlı Corciya Cin və 29 yaşlı Levi Pimentel sərbəst düşmə və paraşütlərin açılması mərhələləri problemsiz başa vurublar.
Lakin yerdən təxminən 46 metr yüksəklikdə eniş manevri edərkən onlar havada toqquşublar.
Toqquşma nəticəsində paraşütlər bir-birinə dolaşıb və hər iki idmançı böyük sürətlə yerə çırpılıb. Xəstəxanaya çatdırılan zərərçəkənlərin həyatını xilas etmək mümkün olmayıb.
Xüsusi lisenziyaya malik təcrübəli paraşütçülərin ölümü ilə nəticələnən qəza barədə ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) məlumat verilib. Hüquq-mühafizə orqanları və mütəxəssislər faciənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün idmançıların istifadə etdiyi avadanlıqları ekspertizadan keçirirlər.
ABŞ Paraşüt Assosiasiyasının statistikasına əsasən, 2025-ci ildə ölkə üzrə həyata keçirilən 3,47 milyon paraşütlə tullanma halından 16-sı ölümcül qəza ilə nəticələnib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 270 Tarix: 10 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Quşların qışda donmamasının sirri: Bədən temperaturlarını aşağı salırlar
Quşların qış aylarında açıq havada, hətta sərt şaxtalarda belə gecəni donmadan keçirməsinin səbəbləri məlum olub. Məlum olub ki, bəzi quş növləri soyuqdan qorunmaq üçün həm davranışlarını dəyişir, həm də bədən temperaturunu aşağı salaraq enerjiyə qənaət edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə Norve
10 noyabrUkraynada müharibədə 400 mindən çox rusiyalı həlak olub
Ukraynaya qarşı tammiqyaslı müharibənin başlanmasından bəri 400 mindən çox rusiyalı hərbçi həlak olub. xəbər verir ki, bu barədə Rusiyanın dövlət statistika agentliyi Rosstatdan sızdırılmış məlumatda bildirilib. Məlumatlar Belarus müxalifəti ilə əlaqəli "Cyber Partisans" haker qrupu və Ukraynanı
10 noyabrABŞ, Ukrayna və Avropa ölkələrindən birgə bəyanat
ABŞ, Ukrayna və Avropa tərəfdaşlarının nümayəndələri Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması və davamlı sülhün təmin edilməsi şərtlərini müzakirə ediblər. Bizim.Media xəbər verir ki, bu barədə Əbu-Dabidə keçirilən məsləhətləşmə görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib. Bəyanatın mətnin
10 noyabrLavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq
Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn
9 noyabrHindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Hindistanın Bihar ştatının qanunverici məclisinin deputatı Anant Sinqh qızının toyuna 400 min nəfərədək qonaq dəvət etməyə hazırlaşır. Mərasim noyabrın 25-nə planlaşdırılıb. NDTV-yə istinadən xəbər verir ki, deputatın qızı Şivanqi Rişikeş Kumarla ailə quracaq. Toy Sinqhin doğma kəndində keçiriləcək v
10 noyabrTramp respublikaçı Tomas Massini "tam uğursuz" adlandırıb
ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetin öz impiçmenti təşəbbüsü ilə bağlı çıxışını şərh edərkən konqresmen Tomas Massini "tam uğursuz" adlandırıb. xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social"da yazıb. "Pit Heqset narazı, qəzəbli və məğlub olmuş, tam uğursu
10 noyabrRusiyada yanacaq satışına yenidən məhdudiyyətlər qoyuldu
Ukraynanın neft emalı zavodlarına pilotsuz uçuş aparatları (PUA) ilə hücumları davam edərkən Rusiyanın müxtəlif bölgələrində benzin və dizel yanacağının satışına yenidən məhdudiyyətlər qoyulub. Bizim.Media xəbər verir ki, Kareliya Respublikasının rəhbəri Artur Parfençikov sosial şəbəkə hesabında yaydığ
9 noyabr