Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMAKirayə münasibətlərində ev sahibi ilə kirayəçi arasında yaranan mübahisələrdən biri də mənzilin boşaldılması tələbi ilə bağlıdır. Bəzi hallarda ev sahibləri kirayə haqqının gecikdirilməsini, müqavilə müddətinin başa çatmasını və ya mənzilə özlərinin ehtiyac duymasını əsas gətirərək kirayəçidən evi qısa müddətdə tərk etməsini tələb edirlər. Lakin ev sahibinin mənzil üzərində mülkiyyət hüququnun olması ona kirayəçini istənilən vaxt özbaşına evdən çıxarmaq səlahiyyəti vermir.

Qanunvericilikdə kirayə müqaviləsinə xitam verilməsinin əsasları və mənzilin məcburi qaydada boşaldılması proseduru müəyyən edilib. Bəs ev sahibi məhkəmə qərarı olmadan kirayəçini evdən çıxara bilərmi? Qapının kilidini dəyişmək, kirayəçinin əşyalarını çölə çıxarmaq və kommunal xidmətləri dayandırmaq qanunidirmi?
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı əmlak eksperti Fərid Cəfərli Sonxeber.az-a açıqlamasında bildirdi ki, hüquqi mövqe: Xeyr. Ev sahibinin mülkiyyət hüququ ona kirayəçini özbaşına və zorakı üsullarla yaşayış sahəsindən çıxarmaq səlahiyyəti vermir. Bu məsələni hüquqi baxımdan qiymətləndirərkən ilk növbədə mülkiyyət hüququ ilə yaşayış sahəsindən qanuni istifadə hüququnun fərqini nəzərə almaq lazımdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, mənzilin mülkiyyətçisi həmin əmlaka sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək hüququna malikdir. Lakin bu hüquqlar mütləq və məhdudiyyətsiz xarakter daşımır. Mülkiyyətçi öz hüquqlarını həyata keçirərkən qanunvericiliyin tələblərinə, müqavilə öhdəliklərinə və digər şəxslərin hüquqlarına hörmət etməlidir.

Burada vacib bir hüquqi məqam var: mənzilin sahibi olmaq həmin mənzildə yaşayan şəxsi istənilən vaxt, istənilən üsulla oradan çıxarmaq hüququ demək deyil. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla xitam verildikdə, həmin şəxs yaşayış sahəsini boşaltmalıdır. Lakin şəxs mülkiyyətçinin müəyyən etdiyi müddətdə mənzili boşaltmadıqda, onun məcburi qaydada yaşayış sahəsindən çıxarılması məhkəmə qərarı əsasında həyata keçirilməlidir.

Bu norma hüquqi baxımdan olduqca mühüm əhəmiyyət daşıyır. Çünki qanun mülkiyyətçinin tələb irəli sürmək hüququnu tanısa da, həmin tələbin zorla və özbaşına icrasına yol vermir. Digər tərəfdən, ev sahibi ilə kirayəçi arasında bağlanmış müqavilənin müddətinin başa çatması, kirayə haqqının ödənilməməsi, müqavilə şərtlərinin pozulması və ya digər qanuni əsasların mövcudluğu kirayə münasibətlərinə xitam verilməsi üçün hüquqi əsas yarada bilər. Lakin bu hallar belə mülkiyyətçiyə məhkəmə və qanuni icra mexanizmlərini kənara qoyaraq kirayəçini fiziki müdaxilə ilə çıxarmaq səlahiyyəti vermir.

Xüsusilə vurğulamaq lazımdır ki, müqaviləyə xitam verilməsi ilə şəxsin yaşayış sahəsindən məcburi çıxarılması eyni hüquqi anlayışlar deyil. Müqaviləyə qanuni əsaslarla xitam verilə bilər, lakin kirayəçi mənzili könüllü tərk etmədikdə məcburi çıxarılma məhkəmə qaydasında həll olunmalıdır. Məsələn, ev sahibi kirayəçinin qapısının kilidini dəyişdirirsə, onun mənzilə daxil olmasına mane olursa, şəxsi əşyalarını qanunsuz şəkildə evdən çıxarırsa və ya kommunal xidmətlərin dayandırılması vasitəsilə kirayəçini mənzili tərk etməyə məcbur edirsə, bu davranışlar konkret hallardan asılı olaraq hüquqazidd müdaxilə kimi qiymətləndirilə bilər və müvafiq hüquqi məsuliyyət məsələsi yarada bilər.

Burada bir prinsipial məsələni də qeyd etmək lazımdır: qanunvericilik ev sahibinin hüquqlarını da müdafiə edir. Kirayəçi müqavilə üzrə öhdəliklərini yerinə yetirmirsə, kirayə haqqını ödəmirsə, yaşayış sahəsinə zərər vurursa və ya müqavilə şərtlərini pozursa, mülkiyyətçi hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Yəni hüquqi yanaşma yalnız kirayəçinin deyil, hər iki tərəfin qanuni mənafelərinin qorunmasına əsaslanır.

Mənim fikrimcə, bu məsələdə cəmiyyətə çatdırılmalı olan əsas mesaj ondan ibarətdir ki, mülkiyyət hüququ özbaşınalığa, kirayə münasibətləri isə hüquqi məsuliyyətsizliyə əsas verə bilməz. Mənzil münasibətlərində tərəflər arasında müqavilə intizamı, hüquqi məsuliyyət və qanunun aliliyi əsas prinsip olmalıdır. Ev sahibi öz mülkiyyət hüququnu, kirayəçi isə qanuni istifadə hüququnu bilməli və müdafiə etməlidir. Nəticə etibarilə, ev sahibi kirayəçidən mənzili boşaltmağı tələb edə bilər, qanuni əsaslarla müqaviləyə xitam verə bilər. Lakin kirayəçi könüllü şəkildə mənzili tərk etmədikdə onun məcburi çıxarılması özbaşına deyil, məhkəmə qərarı və qanuni icra prosedurları əsasında həyata keçirilməlidir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 269   Tarix: 17 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullarda bahalaşm

15 noyabr
.

10° şaxta olacaq

Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

16 noyabr
.

Milli teleradio: Dövlətçilik ənənələrinin, milli kimliyin və Azərbaycan həqiqətlərinin təbliğində strateji vasitə

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə ünvanladığı müraciət ölkəmizin informasiya siyasətinin əsas istiqamətlərini, milli medianın cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini, eləcə də müasir dövrdə informasiya təhlükəsizliyini

16 noyabr
.

Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi

17 noyabr
.

Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir

Prezident İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə ünvanladığı müraciət Azərbaycanın informasiya siyasətinin prioritetləri, milli-mənəvi dəyərlərin qorunması və müasir media qarşısında dayanan vəzifələr baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciəti bi

16 noyabr
.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

15 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Məktəblərdə payız tətili başladı

Bu gündən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb. xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Belə ki, şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrind

16 noyabr
.

Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video

Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama

16 noyabr