Bakıda vəzifəli polislər işdən niyə çıxarılıb?

Bakıda vəzifəli polislər işdən niyə çıxarılıb?Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynovun işdən çıxarılmasının təfərrüatları ilə bağlı bu gün məlumat yayılıb.

"Report"un əldə etdiyi məlumata görə, onunla bərabər kapitan rütbəsində olan polis əməkdaşı da işdən çıxarılıb.

Belə ki, bölmə rəisi Ceyhun Hüseynov və adı açıqlanmayan polis kapitanı özlərini Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBA) əməkdaşı kimi təqdim edərək əxlaqsızlıq yuvasında qeyri-qanuni əməliyyat keçiriblər. Polislər fahişəliklə məşğul olan iki qadına özlərini İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək onları tutublar. Daha sonra rəis və polis kapitanı qadınları İAQMBA-nın yaxınlığına aparıblar. Qadınlar onlara yalvararaq rüşvət təklif ediblətr. C.Hüseynov qadınlardan 3 min manat alaraq onları sərbəst buraxıb.

Adları açıqlanmayan qadınlar polis əməkdaşlarının İAQMBA əməkdaş olmadığını və əslində əməliyyat keçirilmədiyindən sonradan xəbər tutublar. Onlar hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Bununla bağlı aparılan araşdırmalar zamanı C.Hüseynovun 20 Yanvar - Ümumxalq Hüzn Günü işdə olmadığı, xidmət yerini icazəsiz tərk etdiyi də məlum olub. Nəticədə o və polis kapitanı işdən çıxarılıb.

Bu arada Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynovun işdən çıxarılması məsələsinə aydınlıq gətirib.

"Report"a açıqlamasında Ceyhun Hüseynovun Bakı Şəhər Baş Polis İdarəsinin sərəncamına verildiyini bildirən E.Zahidov qeyd edib ki, o, xidməti fəaliyyətində yol verdiyi nöqsanlara və üzərinə düşən vəzifəni günün tələblərinə uyğun qurmadığına görə tutduğu vəzifədən azad olunub.

Belə ki, "İntizam Nizamnaməsi"nin 26 və 27-ci bəndlərinin tələblərini pozaraq rəhbərlik etdiyi polis bölməsində nəzarət və tələbkarlıq işini DİN-in müvafiq əmr, göstəriş və Kollegiya qərarlarının tələbləri səviyyəsində qurmaması, polis kapitanı R.Qasımovun funksional vəzifələrinin icrasından kənarlaşdırılması, 20 Yanvar - Ümumxalq Hüzn Günü gücləndirilmiş iş rejimində xidmət yerini özbaşına tərk edib insan hüquqlarının pozulması ilə müşayiət olunan ciddi qanun pozuntularına yol verməsi ilə nəticələndiyinə görə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Hüseynov Ceyhun Cəlal oğlu tutduğu vəzifədən azad edilib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3881   Tarix: 02 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara

18 sentyabr 2021
.

"Laçınım" mahnısıyla bağlı qalmaqal: Sənət çevrəsini təlatümə gətirəcək faktlar ilk dəfə

"Laçınım" mahnısı yaranan gündən onun ətrafında gəzən qalmaqal bitmək bilmir. Mərhum sənətkar Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra mahnının müəllifləri kimi bəstəkarlarının sayı çoxalmaqdadır. Uzun illər Məhəbbət Kazımovla səhnə bölüşən müğənni Könül Kərimova da "Laçınım"ı

7 sentyabr 2021
.

Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR - FOTO

Bu gün tanınmış şou-biznes nümayəndələri vaxtilə başqa peşə ilə məşğul olublar. Onlar arasında qabyuyan, tibb bacısı, idmançı, satıcı, fəhlə, mühafizəçi kimi çalışanlar da var. xəbər verir ki, "Mtv" kanalı bu haqda araşdırma apararaq tanınmışların keçmiş sənətini öyrənib. Vaxt var idi, onla

8 sentyabr 2021
.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021
.

Röya Ayxanın oğlu əməliyyat olundu

Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları

13 sentyabr 2021
.

Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı: "Kaş sağ olardın..." - FOTO

Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin anadan olmasının 70-ci ildönümüdür. xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə sevilən aktyorla bağlı paylaşım edib. F.Mütəllimova Xalq artistinin fotosunu yayımlayaraq bunları yazıb:. "Əvəzolunma

3 sentyabr 2021
.

Flora Kərimova: "Ona heç vaxt rəhmət oxumadım" - VİDEO

BAKU.TV-də yayımlanan "O Kimdir?" verilişinin növbəti qonağı Xalq artisti Flora Kərimovadır. Bağışlamağı bacarmadığını deyən Flora Kərimova mərhum Xalq artisti İlhamə Quliyeva ilə olan mübahisələrdən bəhs edib, ona ilk dəfə rəhmət diləyib. Xalq artisti söhbət zamanı həyatının ən ağır məqamlarından

14 sentyabr 2021
.

Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq

Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə

10 sentyabr 2021
.

Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub. Bu barədə -a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib. "Həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq və ağırlaşmasının qarşısını almaq məqsədilə süni tənəffüs aparatına qoşulduğunu bildiriblər", - dey

9 sentyabr 2021