ŞƏMKİRDƏ QANDONDURAN HADİSƏ: İki qız atası 8 yaşlı uşağı zorladı

ŞƏMKİRDƏ QANDONDURAN HADİSƏ: İki qız atası 8 yaşlı uşağı zorladıQonşusunun azyaşlı qızına qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Vasif Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Vasif Vəliyev 2016-cı il mayın əvvəllərində saat 13 radələrində yaşadığı Şəmkir rayonu Zəym-Cırdaxan kəndində spirtli içki qəbul edib.
Seksual hərəkət
O, sərxoş vəziyyətdə qonşusu, 2008-ci il təvəllüdlü Nərminə Babayevanın (ad və soyad şərti verilib - red.) küçədə oynadığını görüb. Vasif ona qarşı seksual xarakterli hərəkətlər etmək qərarına gəlib.
Bu məqsədlə Vasif Vəliyev azyaşlı qıza siqaret aldırmaq üçün pul verəcəyini deyərək, onu aldadıb və yaşadığı evə aparıb. Sonra o, azyaşlı qızı yataq otağında çarpayıya uzadıb.
Vasif Vəliyev həmin vaxt Nərminə Babayevaya seksual xarakterli hərəkətlər edib və daha sonra azyaşlı qızı soyunduraraq onunla zorla cinsi əlaqədə olub.
Daha sonra azyaşlı qız evlərinə gəlib və baş verənləri valideynlərinə danışıb. Azyaşlının valideynləri baş verən olayla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciət əsasında Vasif Vəliyev həbs edilib.
İttiham
Vasif Vəliyev Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilib.
Onun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Dadaş İmanovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Təqsirləndirilən şəxs qismində ifadə verən Vasif Vəliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, 2016-cı il mayın əvvəllərində həyat yoldaşı və iki qızı ilə qayınatasıgilə gedib: "Sonra mən işə getdim. İş vaxtı bitəndən sonra evə qayıtdım. Evimin yaxınlığındakı boş sahədə yerləşən mağazadan aldığım kolbasa, çörək və pomidoru yedim, üstündən də araq içdim. Həmin vaxt sərxoş oldum".
Təqsirləndirilən şəxsin sözlərinə görə, ev gələrkən anasının həyətyanı torpaq sahəsində işlədiyini görüb: "Ancaq həmin vaxt anam mənim gəldiyimi görmədi. Anama gəlməyimi hiss etdirmədən evin alt mərtəbəsində olan zirzəmiyə girdim. Orada masturbasiya ilə məşğul oldum. Həmin vaxt arxaya baxanda zirzəminin qapısının açıq olduğunu, qapının ağzında qonşumuzun qızı Nərminəni gördüm".
"Dedim ki, köpək qızı, burda nə gəzirsən"
Vasif Vəliyev bildirib ki, həmin vaxt qonşusunun qızının ora gəlməsinə hirslənib: "Ona dedim ki, köpək qızı burda nə gəzirsən. Sonra onun üzündən sillə vurdum. Bu zaman Nərminə də oradan getdi. Həmin gün Nərminəyə toxunmamışam, ona qarşı heç bir əxlaqsız hərəkət, seksual xarakterli zorakılıq hərəkətləri etməmişəm. Həmin vaxt özüm ehtirasımı oyatmışam və sonra da boşalmışam".
Zərərçəkmiş şəxs qismində ifadə verən Nərminə Babayeva bildirib ki, Zəyəm-Cırdaxan kəndində yaşayıb və kənd orta məktəbin 2-ci sinfində oxuyur: "Vasif Vəliyev bizim qonşumuz olub. 2016-cı ilin may ayında, dəqiq tarixi yadımda olmadığı bir gün, saat 13 radələrində qardaşım ilə küçədə oynayırdıq. Az sonra qardaşım evə getdi. Həmin vaxt qonşumuz Vasif küçəyə çıxaraq, onunla evlərinə getməyimi, siqaret almaq üçün mənə pul vercəyini dedi".
Zərərçəkmiş qız daha sonra ifadəsində qeyd edib: "Vasif dedi ki, sözümə qulaq asmadığını telefona çəkib atama göstərəcək. Buna görə də onunla getdim. Vasif məni otağa apardı və oradakı çarpayının üstünə çıxardı. Vasif mənə qarşı seksual hərəkətlər etməyə başladı. Bu zaman ağlayaraq evimizə getmək istədim. Lakin Vasif əmi getməyə qoymadı".
"Mənə qarşı əxlaqsız hərəkətlər etdi"
Nərminə Babayevanın sözlərinə görə, həmin vaxt qışqırmaq istəyib: "Amma Vasif qışqırdığım halda məni döyəcəyini bildirdi. Buna görə də qorxdum. Həm tək idim, həm də Vasif sərxoş idi. Qorxduğumdan ona müqavimət göstərə bilmədim. Həmin vaxt Vasif həm özü soyundu, həm də məni soyundurdu. O, mənə qarşı əxlaqsız hərəkətlər etməyə başladı. (zərərçəkmiş ifadəsinin bu hissəsində Vasif Vəliyevin ona qarşı hərəkətlərini çılpaqlığı ilə danışıb. Həmin hissədə zərərçəkmişin ifadəsini dərc etmirik - red.).
Zərərçəkmiş qeyd edib ki, Vasif Vəliyev ona qarşı əxlaqsız hərəkətlər edəndən sonra zorla cinsi əlaqədə olub: "Vasif mənimlə cinsi əlaqədə olandan sonra ayaq səsi gəldi. Vasif tez mənim şalvarımı yuxarı çəkdi, düyməsini bağlayandan sonra özünün də şalvarını yuxarı çəkdi. Sonra Vasif məni başqa otağa apardı və orada dedi ki, səsini çıxarma, anam gəldi. Mən də qorxduğum üçün səsimi çıxarmadım. Bir qədər sonra Vasif anasının tualetə getdiyini dedi. Sonra məni evdən çıxardı, məhəllə ilə həyətlərinin arasından keçən setkadan keçirdi və evimizə yola saldı".
"Mənə qarşı etdiyi hərəkətləri danışdım"
Nərminə Babayeva bildirib ki, evlərində onu birinci anası qarşılayıb: "Anam məni döyərək harada olduğumu soruşdu. Həmin vaxt ağlayaraq Vasifin mənə qarşı etdiyi hərəkətini danışdım. Bu zaman Vasif də həmin yerə gəldi. O, anama dedi ki, uşağı niyə döyürsən? Anam isə onu söydü. Vasif də getdi. Sonra anam paltarlarıma, bədənimə baxdı. Daha sonra anam və nənəm Vasifgilə getdi. Anamla nənəm Vasifin anası və həyat yoldaşı ilə dalaşdı. Bir müddət sonra atam evə gəldi. Atam da anam və nənəmlə Vasifgilə getdi. Onlar yenə də dalaşdılar. Sonra mənim özümü də Vasifgilə apardılar. Vasifin mənə qarşı hansı hərəkətləri etdiyini soruşdular. Vasifin mənə qarşı etdiyi hərəkətləri danışdım. Sonra evimizə gəldim".
Ciddi rejim: 14 il cəza
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vasif Vəliyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə Vasif Vəliyev cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli olacaq.
Məhkəmədə həmçinin zərərçəkmiş şəxsin barəsində məhkəmə-tibbi еkspеrtizаsının rəyi araşdırılıb. 31 may 2016-cı il tarixli ekspert rəyindən görünür ki, 2008-ci ildə anadan olan Nərminə Babayevanın bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib. Ekspert rəyinə görə, Nərminə Babayevanın qızlıq pərdəsinin tamlığı pozulmayıb.
Məhkəmə hesab edib ki, Vasif Vəliyev azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. Buna görə də məhkəmə Vasif Vəliyevi təqsirli hesab edib.
Hökmdən narazı qalan Vasif Vəliyev apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib.
Vasif Vəliyevin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Rəşid Məhərrəmlinin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Vasif Vəliyevin şikayəti təmin edilməyib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 6326   Tarix: 04 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Göygöldə 83 yaşlı kişi intihar edib

Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 1938-ci il təvəllüdlü Göygöl rayonu Xəqani kənd sakini Famil Musayev yaşadığı evdə özünü asaraq intihar edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmi

25 avqust 2021
.

Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: "Oğlanı zorlamışdı..."

Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb. həmin cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə ötən il dekabrın 5-də saa

30 avqust 2021
.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021
.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

Qubadakı dəhşətli qəzada ölənlərdən ikisinin kimliyi bilindi - YENİLƏNİB + FOTO/VİDEO

Səhər saatlarında Quba rayonunun Alekseyevka kəndində baş verən qəza nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub. -ın əldə etdiyi məlumata görə, bunlar sürücü Nurlan Süleymanov və sərnişin Məmmədhəsən Əkbərovdur. Avtomobildə olan şəxslər N. Süleymanovun 24 avqustda təşkil etdiyi ad günü mərasimində

25 avqust 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın

29 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021