Sarkisyan istefa verir: Baş nazirlik uğrunda mübarizə gərginləşir

Sarkisyan istefa verir: Baş nazirlik uğrunda mübarizə gərginləşirParlament seçkilərindən sonra Ermənistan hakimiyyətindəki aparıcı postlar uğrunda mübarizə dərinləşib.

Sonxeber.az cebhe.info-ya istinadən xəbər verir ki, rəqabətin əsasən prezident Serj Sarkiyanın rəhbərlik etdiyi köhnə qvardiya ilə cavan, texnokrat kadarlar arasında getdiyini məlumdur.

Ermənistan mediasının yazdığına görə, hazırda yeni seçilmiş parlamentin spikeri postu uğrunda mübarizə qarşıdurmaya çevrilib. Ermənistan prezidenti Serj Sarkisyan yeni parlamentdə aparıcı vəzifələrdə olacaq şəxslərlə bağlı qərar qəbul edib. "Jamanak" qəzetinin məlumatlarına görə, parlamentin sədri vəzifəsi "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın qardaşı, Ermənistan parlamentinin respublikaçı deputatı Karen Karapetyana həvalə olunacaq.

Onun qərarı Karapetyanlar ailəsindən, xüsusilə Samvel Karapetyan tərəfindən baş nazir Karen Karapetyana göstərilən dəstəkdən asılıdır.

Qeyd edək ki, sabiq baş nazir Karapetyan hazırda hakim elitada texnokratların lideri hesab olunur. Hətta o, siyasi reytinqinə görə Serj Sarkisyanı dəfələrlə üstələyir. Ermənistan parlamentar sistemə keçdiyindən baş nazir ali icra hakimiyyətinin rəhbəri hesab olunur. Onun səlahiyyətləri prezidentdən daha yüksəkdir. Hətta müharibə şəraitində baş nazir ali baş komandan səlahiyyətinə malik olur. Ona görə də K.Karapetyanın hökumətin başçısı iddiasından imtina edib spikerlik uğrunda rəqabətə girməsi bir qədər inandırıcı görünmür.

Halbuki, seçkidən öncə hakim Respublika Partiyası qələbə qazanacağı təqdirdə baş nazir vəzifəsinə Karen Karapetyanı irəli sürəcəyini bəyan etmişdi. Karapetyan Əsgəran rayonunda anadan olduğundan onun hakim Qarabağ klanı arasında nüfuzu yüksəkdir. Eyni zamanda sabiq prezident Robert Koçaryanın da onunla münasibətlərinin yaxın olduğu bildirilir. Karen Karapetyan baş nazir kürüsünü bir halda güzəştə gedə bilər. Serj Sarkisyanın prezident vəzifəsindən vaxtından əvvəl istefa verib baş nazirliyə namizədliyini irəli sürərsə, K.Karapetyan üçün ciddi maneəyə çevriləcək. Çünki gələn il prezidentlik müddəti başa çatan Serj Sarkisyanın baş nazir postuna iddiasını gerçəkləşdirmək üçün ən azı bir il gözləməsi lazımdır. Həmin vaxt onun bu planını reallaşdıra biləcəyinə isə təminat yoxdur.

Çünki hazırda cavan, texnokrat kadrların sayı hakimiyyət eşalonunda sürətlə artır. Bu da öz növbəsində Birinci Qarabağ Müharibəsindən sonra, yəni 1990-cı illərin ortalarında hakimiyyətə gəlmiş şəxslərin siyasi səhnədən sıxışdırılması ilə müşahidə olunur. Ona görə də Serj Sarkisyanın yaxın vaxtlarda prezident postundan istefa verib, baş nazirlik uğrunda mübarizəyə qoşulacağı istisna edilmir. Yəni S.Sarkisyan istefa verərsə, bu il Ermənistanda növbədənkənar prezident seçkiləri keçirilə bilər.

Baş nazirlik postuna əsas namizədlərdən biri kimi hakim partiya daxilində hazırki müdafiə naziri Viqen Sarkisyanın adı çəkilir. Lakin o, siyasi reytinqinə görə Karen Karapetyandan xeyli geridə qalır. Ona görə də Karapetyanın hökumət rəhbəri postunu V.Sarkisyana güzəştə gedəcəyi real görünmür. Viqen Sarkisyanın adı həm də parlamentin spikerliyinə əsas namizədlərdən biri kimi çəkilir. Ermənistan mediasının məlumatına görə, V.Sarkisyan spikerlik iddiasında olmadığını və müdafiə naziri kimi qalıb işləmək arzusunu dilə gətirib.

"Past" xəbər portalı isə yazır ki, Şirak vilayətindən deputat seçilmiş sabiq qubernator Feliks Salokyan böyük ehtimalla yaxın zamanlarda Ermənistan Milli Məclisinn sədri seçiləcək. Müxtəlif vəzifələrdə işləmiş Salokyan öz prinsipiallığı ilə tanınır.

"Jamanak" onu da xəbər veriri ki, Respublika Partiyasının vitse-spikeri Armen Aşotyan çox güman ki, Respublika fraksiyasının rəhbəri, Eduard Şarmazanov Ermənistan parlamentinin vitse-spikeri, Samvel Farmanyan AŞPA-da Ermənistan nümayəndəliyinin rəhbəri vəzifəsində olacaq.

Prezident Sarkisyanın isə parlament seçkilərində ikinci yeri tutmuş "Tsarukyan" blokunun lideri Qagik Tsarukyanla görüşərək ona koalision hökumətin formalaşdırmağı təklif etdiyi bildirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 3160   Tarix: 08 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ukraynada daha iki gürcü döyüşçü həlak olub

Ukraynada daha iki gürcü döyüşçü həlak olub. APA-ya istinadən bildirir ki, məlumatı "Gürcü Legionu" yayıb. Bildirilib ki, legionun döyüşçüləri Nodar Nasirov və Giorgi Qoqiaşvili ön xətdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olublar. Gürcüstan KİV-nin məlumatına görə, Ukraynada müharib

10 mart
.

İran İsraili ballistik raketlərlə VURMAĞA BAŞLADI - GƏRGİNLİK PİK HƏDDƏ

İran İsrailə ballistik raketlər atıb. "Report" xəbər verir ki, bu barədə İRNA agentliyi mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, zərbələr üçün hədəflər İsrail ərazisinin dərinliklərində yerləşir. Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənu

14 aprel
.

İLK DƏFƏ: İran hücum anının GÖRÜNTÜLƏRİNİ YAYDI - ŞOK VİDEO

SEPAH İranın "Nəbi Əkrəm" bazasından İsrail ərazilərinə ballistik raketlərin buraxılması anlarını yayıb. xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ord

14 aprel
.

"Qisas əməliyyatı" nəticəsində öldürülən erməni hərbçilərin sayı ARTDI

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən "Qisas əməliyyatı" nəticəsində məhv edilən erməni hərbçilərinin sayı dördə çatıb. Məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Hələlik Ermənistan tərəf

13 fevral
.

Peskov: "Rusiyaya diversantların hücumları dəf edilib, Ukrayna 550 döyüşçüsünü itirib"

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod və Kursk vilayətlərinə hücumları dəf edilib, Ukrayna tərəfi 550 döyüşçünü itirib. APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Putin son günlər Belqorod və Kursk vilayətlərində ərazilərimizə hücu

17 mart
.

İsrail ordusunun itkiləri 604 nəfərə çatıb

Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz

7 aprel
.

İsrail İranın hücumlarına cavab verəcək

İranın hücumlarına İsrailin cavabı ilə bağlı qərarı baş nazir, Müdafiə Nazirliyinin rəhbəri və dar çərçivəli hərbi kabinetin üzvü verəcəklər. Məlumata görə, İsrailin hərbi-siyasi kabineti baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və dar çərçivəli hərbi kabinetin üzvü Benni Qantsa İranı

14 aprel
.

SEPAH bəyanat yaydı: "Bu, iki generalın öldürülməsinə cavabdır"

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə, iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürülməsinə cavabdır. SEPAH İsraildək

14 aprel
.

Bakı qırğınlarına görə Qorbaçovu öldürmək istəyən çilingər – baş tutmayan sui-qəsd cəhdi...

Əslində, onun nə Azərbaycanla, nə də bir nəfər olsun belə azərbaycanlı ilə heç bir əlaqəsi olmayıb. Sadəcə o, bir sovet vətəndaşı olaraq Mixail Qorbaçovun günahsız insanları qırğına verməsini qəbul edə bilməyib. Məhz elə bu səbəbdən də Aleksandr Şmonov Qorbaçovu fiziki cəhətdən məhv etməyi qərarlaşdırıb

20 yanvar