Bakı qırğınlarına görə Qorbaçovu öldürmək istəyən çilingər – baş tutmayan sui-qəsd cəhdi...

Bakı qırğınlarına görə Qorbaçovu öldürmək istəyən çilingər – baş tutmayan sui-qəsd cəhdi...Əslində, onun nə Azərbaycanla, nə də bir nəfər olsun belə azərbaycanlı ilə heç bir əlaqəsi olmayıb. Sadəcə o, bir sovet vətəndaşı olaraq Mixail Qorbaçovun günahsız insanları qırğına verməsini qəbul edə bilməyib. Məhz elə bu səbəbdən də Aleksandr Şmonov Qorbaçovu fiziki cəhətdən məhv etməyi qərarlaşdırıb.

Yəqin ki, 1990-cı ilin noyabrın 7-də Şmonovun Qorbaçova qarşı sui-qəsd cəhdi baş tutsaydı, SSRİ-nin taleyi də başqa səmtə yönəlcəkdi.

Bəs Qorbaçovun həyatına son qoymaqla tarixi öz axarından çıxarmaq istəyən Aleksandr Şmonov kim olub?

1952-ci ildə Leninqradda anadan olan Aleksandr Şmonov ordu sıralarından tərxis olunduqdan sonra Leninqrad vilayətinin tabeliyində olan Kolpino şəhərindəki "İjor" zavodunda çilingər işləyib. 1980-ci illərin ikinci yarısından Şmonov Rusiya Sosial-demokrat Partiyasının sıralarına daxil olub. Elə həmin dövrdən də Qorbaçov siyasətinə qarşı tənqidi fikirləri ilə təbliğat aparıb. Artıq 1990-cı ilin əvvəllərindən o, gizli şəkildə Qorbaçovun məhv edilməsinin labüd olmağı ilə bağlı vərəqələrin paylanmasına nail olub. Nəhayət siyasi mübarizənin sonuncu addımı kimi ölkənin birinci şəxsini öldürməyə qərar verib.

Şmonov sui-qəsdi reallaşdırmaq üçün həmin dövrdə SSRİ-də çətin tapılan alman istehsalı olan qoşa lüləli tüfəng alıb. O, bu silahın alınmasına 900 rubl xərcləyib. Silahla rahat hərəkət etmək üçün Şmonov tüfəngin lüləsini kəsərək onu qısaldıb. Sui-qəsdi həyata keçirmək üçün ən münasib vaxtın noyabrın 7-də, Qırmızı meydanda keçirilən nümayiş olduğunu müəyyənləşdirən Şmonov öz xarici görünüşünü dəyişmək haqda da düşünüb. O, bu məqsədlə parik və süni bığ əldə edib.

Noyabrın 5-də Aleksandr Şmonov Moskvaya gəlib. Noyabrın 7-də səhər hazır vəziyyətdə nümayiş iştirakçılarının arasında özünə mövqe seçib.

Saat 11:09-da Şmonov nümayişçilərlə birlikdə başda Qorbaçov olmaqla SSRİ rəhbərliyinin dayandığı mavzoley tribunasına yaxınlaşıb. Tribunaya 45-50 metr qalmış o, silahı çıxararaq atəş açıb. Ancaq elə həmin andaca milis serjantı Mılnikov cəld hərəkəti ilə silahın səmtini dəyişə bilib. Açılan atəşdən biri havaya uçub, digəri isə univermaq binasının divarına dəyib.

Ekspertlərin verdikləri rəyə görə bu sui-qəsdə cəhdlə Qorbaçovun öldürülməsi mümkünsüz sayılıb. Çünki Qorbaçovun altdan zirehli geyimi olub. Digər bir tərəfdən isə silahın lülələri həddindən artıq çox kəsilib.

Aleksandr Şmonov törətdiyi hadisədən əvvəl kiçik bir yazı qoyub: "Əgər bu hadisə zamanı ölərəmsə, əvvəlcədən məlumat üçün bildirirəm ki, mən SSRİ prezidenti Mixail Qorbaçovu öldürmək istəyirdim".

Şmonov sonrakı ifadələrində qeyd edib ki, Qorbaçovu öldürməyə nail olsaydı elə həmin andaca ikinci hədəfi SSRİ Ali Sovetinin sədri Anatoli Lukyanov olacaqdı.

Qorbaçova qarşı hansı səbəbdən sui-qəsd törətmək istədiyi ilə bağlı suala isə Şmonov belə cavab verib:

"Mən Qorbaçovun SSRİ-də yaratdığı totalitar rejiminə qarşı mübarizə aparırdım. 1989-cu ilin aprelin 9-da Tbilisidə, 1990-cı ilin yanvarın 20-də Bakıda törədilmiş qırğınlar zamanı günahsız insanların ölümü məni bu addımı atmağa vadar etdi. Bütün bu hadisələrin günahkarı məhz Qorbaçovdur. Bunlara görə mən Qorbaçovu fiziki cəhətdən məhv etmək istəyirdim. Törətdiyim əmələ görə isə heç bir peşmançılıq hissi keçirmirəm".

Həbs olunan Aleksandr Şmonov bir ilə yaxın həbsxanada qaldıqdan sonra onu ruhi xəstə kimi psixiatriya xəstəxanasına göndəriblər. Bu Qorbaçovun təşəbbüsü ilə edilib. Belə ki, Qorbaçov Şmonovu xəstəxanaya göndərməklə onun ruhi xəstə olduğunu və ona qarşı sağlam düşüncəli insanın sui-qəsd edəcəyinin mümkünsüz olduğunu bildirmək istəyib. Ömrünün 4 ilini xəstəxanada keçirdikdən sonra Şmonov xəstəxanadan buraxılıb.

Aleksandr Şmonov azadlığa çıxdıqdan sonra çilingər işləyib, daha sonra şəxsi təmir-tikinti şirkəti yaradıb. Bir neçə ildən sonra isə yenidən ictimai fəaliyyətə başlayıb. 1999-cu ildə Dövlət Dumasına seçkilərə qatılmaq istəyib. Ancaq yerli seçki dairəsindən qeydiyyata alınmağında problemlər yaranıb. Bundan sonra o, insan hüquqlarının müdafiəsi ilə məşğul olub və bir neçə ictimai-siyasi təşkilat yaradıb.

Qeyd edək ki, 1990-cı il noyabrın 7-də Mixail Qorbaçova qarşı sui-qəsd cəhdi ilə bağlı ictimaiyyətə geniş məlumat verilməyib. Elə həmin günün axşamı "Vremya" xəbərlər proqramında qısa bir informasiya səsləndirilib:

"Bayram nümayişi zamanı Qırmızı meydanın univermaq ərazisində atəş səsləri eşidilib. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin mətbuat xidmətinin məlumatına görə ov tüfəngindən havaya iki dəfə atəş açan Leninqrad şəhər sakini saxlanılıb. Zərərçəkən olmayıb. Araşdırma aparılır".

Halbuki, bu hadisənin qurbanı SSRİ-nin ilk və son prezidenti, Bakı qırğınının müəllifi Mixail Qorbaçov olmalıydı...

Mənbə: musavat.com


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1804   Tarix: 20 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

Avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəş

8 avqust 2021
.

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır

31 iyul 2021
.

ACCA aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə müraciət ediblər. Diaspora Komitəsindən APA-ya verilən məlumata görə, "US

6 iyun 2021
.

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunu

23 avqust 2021
.

Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd

28 avqust 2021
.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021
.

"Bayraktar"ın 44 günlük müharibədəki sirri AÇILDI

Türkiyənin "Baykar" holdinqinə daxil olan "Baykar Teknik" şirkətinin direktoru Səlcuk Bayraktar "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb. xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsu

22 avqust 2021
.

Şuşa şəhəri necə alındı? - VİDEO

Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə

11 iyul 2021
.

Azərbaycan MN ermənilərin iddialarını təkzib etdi

"Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır". Bu barədə -a Müdafiə Nazirliyindən bildirilib. "Bi

5 sentyabr 2021