Mübariz İbrahimov haqqında film çəkilir - VİDEO

Mübariz İbrahimov haqqında film çəkilir - VİDEOMədəniyyət və Turizm nazirliyi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında çəkilən filmə dəstək olmur.

Xəbər verdiyimiz kimi, Türkiyə və Azərbaycan rejissorların birgə əməyi sayəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı film hazırlanıb. Filmdə Mübariz İbrahimovun keçdiyi döyüş yolu əks olunub. Türkiyənin "İST Film" yapım şirkətinin maliyyə dəstəyi ilə çəkilən filmdə Azərbaycandan olan rejissor Samir Kərimoğlu, ssenarist Rəşad Süleymanoğlu da iştirak edəcək.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan rejissor Samir Kərəmoğlu sözügedən layihənin ötən ilin yay ayından başladığını bildirib:

"Bu layihə ilə bağlı ötən ilin yayından danışıqlar gedir. Biz öz növbəmizdə filmlə bağlı təkliflərimizi vermişik. Çəkilişlər Azərbaycanda və Türkiyədə paralel şəkildə aparılacaq. Təbii ki, hələlik konkret bir şey demək üçün tezdir. Çünki çəkilişlərə tam başlanılmayıb. Ancaq filmdə böyük bir komanda çalışacaq".

Rejissor filmin kim tərəfindən maliyyələşməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, hələlik bütün xərci Türkiyənin "İst Film" şirkəti üzərinə götürüb:

"Hazırda xərclərin qarşılanmasını bu şirkət həyata keçirir. Ancaq sonra nələr ola bilər, bunu demək üçün çətindir. Mən inanıram ki, Azərbaycan tərəfi də bu filmin çəkilməsi üçün maliyyə vəsaiti ayıracaq".

S.Kərəmoğlu aktyor heyəti arasında hər iki ölkədən dəvət olunan aktyorların olacağını bildirib. Ancaq Mübariz obrazının kim tərəfindən canlandırılacağı məlum deyil.

Bəs Mədəniyyət və Turizm nazirliyi filmin çəkilişi üçün niyə maliyyə ayırmayıb? Hər il milyonlarca manat dövlət büdcəsindən yeni filmlərin çəkilməsi üçün nazirliyə ayrılsa da, "Mübariz" filminə heç bir dəstəyin olmaması sual doğurur. Sualımıza cavab tapmaq üçün nazirliyin mətbuat xidməti ilə əlaqə saxlasaq da, zənglərimiz cavabsız qaldı.

Qeyd edək ki, "İST Film" şirkəti "Mübariz" filminin qısa teaserini rəsmi "Youtube" kanalında yayımlayıb. Sözügedən tanıtım çarxı sosial şəbəkələrdə böyük marağa səbəb olub.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 3766   Tarix: 11 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Neçə dəfə ürək əməliyyatı keçirtdi"

Aparıcı Zaur Baxşəliyev ötən gün dünyasını dəyişən Əməkdar artist Vahid Əliyevin səhhətindəki problemlərdən danışıb. Axşam.az xəbər verir ki, aparıcı proqramında aktyorun ürək problemi olduğunu deyib:. "Səhhətində problem yaranmışdı. Ürəyinə bir neçə stend qoyulmuşdu. Bir neçə dəfə ürək əməliyyat

7 noyabr
.

Əməliyyat olunan Afaq Bəşirqızıdan səhhəti ilə bağlı AÇIQLAMA

Xalq artisti Afaq Bəşirqızı görmə funksiyasında olan problemə görə əməliyyat olunub. xəbər verir ki, o, əməliyyatdan sonra Azxəbər.com-a səhhətindən danışıb. Xalq artisti bildirib ki, artıq görməsi tam bərpa olub:. "Gözlərimdə problemlər var idi, demək olar ki, görmürdüm. Çox sağ olsun Azərbaycanımı

4 dekabr
.

Xalq artisti: "Özümü ev dustaqlığında hiss edirəm"

"Hazırda həyatım həbs kimidir. Özümü ev dustaqlığında hiss edirəm. İndi bu cəzanın nə qədər çəkəcəyini yaradan bilir". Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Valeh Kərimov deyib. Aktyor ona heç bir teatrdan dəvət gəlmədiyini xatırladıb: . "Yaşla əlaqədar teatrdan, səhnədən ayrılmışam

15 noyabr
.

Şahnaz Haşımovanın vəziyyəti açıqlandı

Xalq artisti Şahnaz Haşımovanın son vəziyyəti açıqlanıb. Onun nəvəsi Eldar Abdullayev "Qafqazinfo"ya açıqlamasında Xalq artistinin bu gün əməliyyat olunduğunu bildirib. "Şahnaz Haşımovanın bu gün Gəncə Beynəlxalq Xəstəxanasında baş tutan əməliyyatı uğurla bitdi. Hazırda palata şəraitind

25 oktyabr
.

Tamara Fətullayeva vəfat etdi - 40 il direktor işləmişdi

Lənkəran rayonunda muzey direktoru vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ev-muzeyinin direktoru Tamara Fətullayevadır. Qeyd edək ki, muzeyə daha əvvəl Həzi Aslanovun həyat yoldaşı Xavər xanım rəhbərlik edib

8 dekabr
.

Əməkdar artistə ağır itki

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Nofəl Vəliyevə ağır itki üz verib. Qaynarinfo xəbər verir ki, bu barədə sənətşünas Turan Etibaroğlu məlumat verib. O bildirib ki, aktyorun anası Rəfiqə xanım vəfat edib. Allah rəhmət eləsin!

27 noyabr
.

Ceyhun Mirzəyevin yeganə qızı niyə küçədə acınacaqlı vəziyyətdə yaşayır?

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı "Ögey ana" və "Fəryad" filmlərindəki İsmayıl obrazı ilə yaddaşlarda dərin iz buraxan əvəzedilməz aktyor və rejissor Ceyhun Mirzəyevə həsr olunub. Mərhum aktyorun sənət dostları onunla bağlı unudulmaz xatirələrini bölüşüblər

24 noyabr
.

Rəşad İlyasovdan Zeynəb Xanlarova ilə bağlı paylaşım

Xalq artisti Zeynəb Xanlarovanın yeni fotosu yayılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Əməkdar artist Rəşad İlyasov sosial şəbəkə hesabında paylaşım edib. Sənətçi fotoya "Dünyanın Zeynəbi" sözlərini yazıb. Onun bu paylaşımı izlıyiciləri tərəfindən maraqlaq qarşılanıb. Xatırladaq ki, Xal

6 dekabr
.

Əməkdar artist Yadigar Muradov dəfn olundu

Əməkdar artist Yadigar Muradov dəfn olunub. xəbər verir ki, onun nəşi Badamdar qəbiristanlığında torpağa tapşırılıb

18 noyabr