Qarabağla bağlı Putinin 2018-ci il PLANI: Sarkisyanın dirənişi və varis oyunu

Qarabağla bağlı Putinin 2018-ci il PLANI: Sarkisyanın dirənişi və varis oyunuErmənistanın xarici işlər naziri Edvard Nalbandyan 2018-ci ildə postundan gedəcək. Onun yerinə isə hazırkı müdafiə naziri Viqen Sarkisyan gələcək.

Bu barədə "Jamanak" qəzeti yazıb.

Qəzet mənbələrə istinadən qeyd edir ki, müdafiə naziri postunda Viqen Sarkisyanı Ermənistanın polis rəisi Vladimir Qasparyan əvəz edəcək.

Bu, təsdiqlənməmiş məlumatlar olsa da, Erməniastanda, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən siyasi prosesər fonunda diqqət çəkir.

Viqen Sarkisyan Serj Sarkisyanın varisi hesab olunur. Təsadüfi deyil ki, parlament seçkilərində hakim Respublika partiyasının namizədlər siyahısına məhz o, rəhbərlik edirdi. Aprel döyüşlərində məğlubiyyətdən sonra Rusiyaya yaxın Seyran Ohanyanı istefaya göndərdi, əvəzində Viqen Sarkisyanı gətirdi. Lakin bu təyinat Rusiyanın adamı olan, "Qazprom"un əməkdaşı Karen Karapetyanın baş nazir postuna gətirilməsindən sonra həyata keçirilmişdi. Sarkisyan bununla Rusiyanın İrəvanda kadrlarını yerləşdirmək gedişinə qarşı əks-həmlə etdi.

Viqen Sarkisyanın xarici siyasətə təsiri ehtimalı ilk dəfə fevralın 20-də gündəmə gəldi. 21-22 fevral tarixində Moskvaya səfər edən xarici işlər naziri Edvard Nalbandyan fevralın 20-də Müdafiə Nazirliyində ordu rəhbərliyi ilə görüşmüşdü. Bu, fevralın 25-də erməni hərbi birləşmələrinin cəbhədə təxribat hücumuna hazırlığı hesab olunurdu.

Lakin həm də Sarkisyanın varisinin xarici siyasətə təsirinin ilk həmləsi idi.

Viqen Sarkisyanın xarici siyasət idarəsinə rəhbərlik edəcəyinə dair informasiyalar Ermənistanda parlament seçkiləri ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) "kölgəsi" hesab olunan "Stratfor" beyin mərkəzinin məlumatı yada düşür.

"Moskva İrəvanda təsir dairəsini gücləndirmək üçün Sarkisyanın aparatında müxtəlif gücləri ələ alır. İnformasiyalar var ki, xarici işlər naziri Edvard Nalbandyan Rusiya ilə ailə əlaqələrinə malikdir. Lakin Moskva üçün yeni müdafiə naziri Viqen Sarkisyan əlverişli görünmür. Çünki o, Dağlıq Qarabağ məsələsində Ermənistan siyasətini tətbiq edir və Kremlin Ermənistan daxilindəki hansısa adamının danışıqlara rəhbərlik etməsinə imkan verməyi düşünmür", - deyə "Stratfor" yazırdı.

Hesab etmək olar ki: Sarkisyan Rusiya ilə qohumluq əlaqələrinə malik olan Edvard Nalbanydanı göndərir, yerinə isə "Qarabağ məsələsində Ermənistan siyasətini tətbiq edən" Viqen Sarkisyanı gətirir; beləliklə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı planlarının qarşısını almaq gedişi edir.

Bu, İrəvanda Qarabağ üçün rus planının tətbiq olunacağı qorxusunun qaldığını göstərir. Hansı ki, ruslar ilkin mərhələdə işğal altındakı 5 rayonun qaytarılmasını, ardınca qaçqınların qayıdışını, sonra iki rayonun qaytarılmasını nəzərdə tuturdular. Moskvanın əsas istəyi isə rus ordusunu sülhməramlı adı altında Qarabağa yeritməkdir. Ən son mərhələdə isə Qarabağın yekun statusu müzakirəyə çıxarılır.

Sülhməramlıların Qarabağa yerləşdirilməsi əlverişli olmasa da, Bakı münaqişənin "ölü nöqtə"dən tərpənməsi üçün bu planı müzakirə etməyə hazırdır. Lakin Sarkisyan hakimiyyəti üçün bircə rayonun belə qaytarılması siyasi iqtidarın əldən getməsi ilə nəticələnə bilər.

Burada daha bir ehtimal ön plana çıxır: Ermənistan seçkidən sonra de-yure olaraq, parlament üsul-idarəsinə keçdi, bu keçidin de-fakto reallaşması isə 2018-ci ildə, Sarkisyanın səlahiyyət müddəti başa çatandan sonra olacaq. Rusiya 2018-ci ildə baş nazir Karen Karapetyanın timsalında İrəvanda hakimiyyəti tam olaraq ələ keçirəndən sonra Qarabağ planının həyata keçirilməsinə start verəcək. Sarkisyan da Viqeni xarici siyasət idarəsinin başına gətirməklə, rusların gələcək həmlələrinə qarşı "barrikada"lar qurur.

Mənbə:publika.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2856   Tarix: 11 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevdən amnistiya təşəbbüsü - 20 min nəfərə şamil olunması gözlənilir

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənmiş, ulu öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb. Ulu öndərin siyasi kursunu

15 dekabr
.

Heydər Əliyevin nəvələri ilə səmimi anları - Video

Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev babası, Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, Ümummilli Liderin nəvələri ilə birgə 1990-cı ildə lentə alınmış səmimi görüntülərini paylaşıb. A. Əliyev videoya bu sözləri yazıb: "Alla

12 dekabr
.

Abbas Abbasov axtarışa verildi - Ramiz Mehdiyev işi böyüyür

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində "dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər" ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub. "Qafqazinfo" xəbər verir ki, cinayət işi üzrə toplanmı

16 dekabr
.

Azərbaycanda keçiriləcək U-20 dünya çempionatı ilə bağlı SƏRƏNCAM

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. "Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurasının 2025-c

15 dekabr
.

Prezident yeddi ölkə ilə imzalanmış sazişləri TƏSDİQLƏDİ

Prezident İlham Əliyev Qvineya-Bisau, Surinam, Bəhreyn Krallığı, Anqola Respublikası, Cibuti Respublikası, Maldiv Respublikası və Dominikan Respublikası hökumətləri ilə Azərbaycan Hökuməti arasında imzalanmış sazişləri təsdiqləyib. -a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunlar

15 dekabr
.

"Azərbaycanın əfv və amnistiya təcrübəsi zəngin tarixi ənənəyə malikdir" - DEPUTAT

"Azərbaycan Respublikasının müasir siyasi inkişaf mərhələsi hüquqi dövlət quruculuğu və tam suverenliyin bərpası ilə səciyyələnir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması bu mərhələnin ideoloji və hüquqi mahiyyətini dolğun şəkildə ifadə edir. Bu kontekstdə Preziden

18 dekabr
.

Prezidentdən 1,4 milyonluq - Sərəncam

Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,4 milyon manatı ayrılıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Maliyyə Nazirliyin

19 dekabr
.

"Heydər Əliyev Azərbaycançılıq ideyasını siyasi konsepsiyaya çevirərək xalqın kimliyini modern dövrə daşıdı" - AÇIQLAMA

"12 dekabr Azərbaycan tarixində Ulu Öndər Heydər Əliyevin anım günü kimi həm ehtiram, həm də dərin düşüncə ilə xatırlanan bir gündür. Bu gün yalnız bir lideri deyil, bütöv bir dövlətçilik fəlsəfəsini formalaşdırmış böyük bir şəxsiyyəti yad edirik". Bunu -a politoloq Tural İsmayılov danışıb

12 dekabr
.

"Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı" - Bəhruz Quliyev

Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı. İlham Əliyev - bu irsin qalib varisi və yeni dövrün fateh Sərkərdəsi. Azərbaycan tarixinin ən çətin və məsuliyyətli dövrlərində meydana çıxmış böyük şəxsiyyətlər var. Onlar yalnız yaşadıqları dövrün deyil, bütöv bir millətin taleyini dəyişən liderlə

12 dekabr