"Çovdarov qayıtması üçün üzr istəməlidir" - Zaur Axundov

"Çovdarov qayıtması üçün üzr istəməlidir" - Zaur AxundovAzərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov jurnalistlərə müsahibə verib.

Axundov Prosport.Az saytının da suallarını cavablandırıb. O millidən kənar qalan oyunçu Ramiz Çovdarovun məsələsinə də toxunub:

"Səbəblərini yəqin ki daha dəqiq mən sizə deyə bilərəm. Mən neçə ildir ki, federasiya rəhbəriyəm və həmişə demişəm ki, nəticədən də vacib olan nizam-intizamdır. Şəxsən Ramiz Çovdarovu milliyə mən dəvət etmişəm. Adlarını açıqlamayacağam, ancaq elə məşqçilər var idi ki, onun komandaya gəlməsini istəmirdilər. Onu "Araz"a da mən dəvət etmişəm, klub rəhbərinə onun cəlb olunmasını demişdim. Tino Peres, Miltinyo və Biro Jadenin vaxtında mən onun yığmada oynamasını istəmişəm. Amma bu insan dəfələrlə komanda daxilində nizam-intizamı pozub. Bizim oyunlara 2 həftə qalmış baş məşqçinin müraciəti əsasında onu komandadan xaric etmişik. Halbuki bizim ona ehtiyacımız var. O, yaxşı futzalçıdır, perspektivli, bacarıqlıdır. Ancaq əsas məsələ nizam-intizamdır. O birinci dəfə deyil bunu pozur. Biz heç kimin üstündən xətt çəkmirik. Özümüzünküdür, azərbaycanlıdır, millimizdə oynayıb. Ancaq şəxsən onunla dəfələrlə danışmışam və demişəm ki, nizam-intizam komandada qorunmalıdır. Baş məşqçi nə deyirsə, odur. Onun 1 sözünü oyunçular 2 edə bilməz. Seçmə mərhələdə oynamamağı bəlkə ona dərs olar. Gələcəkdə səhvlərini başa düşsə, təbii ki, milliyə qayıdacaq.

O Çovdarovun milliyə qayıtması üçün üzr istəməli olduğunu söyləyib: "Özü yaxşı bilir ki, kimin qabağında nizam-intizamı pozub. O, bütün komandanın qarşısında üzr istəmələdir. Şəxsən mən federasiya prezidenti kimi istəyirəm ki, o, millidə oynasın. Amma hər şey yenə özündən asılıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1705   Tarix: 13 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Barselona"nın yeni baş məşqçisi o olacaq

Birminqemin "Aston Villa" klubunun baş məşqçisi Unai Emeri tezliklə Kataloniya "Barselona"sına rəhbərlik edə bilər. xəbər verir ki, bu barədə "Teamtalk" portalı məlumat yayıb. Mənbənin məlumatına görə, "Blauqrana" rəhbərliyi ispan mütəxəssislə əməkdaşlıqda maraqlıdı

20 aprel
.

Azərbaycanlı qızla evlənən İlhan Mansız ilk dəfə övladını göstərdi - FOTO

Türkiyə millisinin keçmiş futbolçusu İlhan Mansız şəxsi həyatı ilə diqqət çəkib. xəbər verir ki, ötən il Lela Leyla adlı azərbaycanlı xanımla ailə quran Mansız yeni doğuln övladının fotolarını paylaşıb. Görüntülər keçmiş futbolçunun ailə fotosessiyasındandır. O övladına Imre Leon adını verib

27 aprel
.

"Mançester Yunayted" Çempionlar Liqasında oynamayacaq - SƏBƏB

"Mançester Yunayted" növbəti mövsüm Çempionlar Liqasında oynamaq üçün riyazi şansını itirib. Belə ki, komanda İngiltərə Premyer Liqasının 35-ci turunda "Börnli" ilə heç-heçə edib - 1:1. İngiltərə çempionatının 34 oyunundan sonra Erik ten Haqın rəhbərliyi altında "Mançester Yunayted"

28 aprel
.

"Real"ın gələcək futbolçusu sevgilisi ilə qəribə müqavilə imzaladı

Braziliyalı hücumçu Endrik sevdiyi qızla bir neçə qəribə bəndin yer aldığı müqavilə bağladığını bildirib. xarici mediaya istinadla bildirir ki, futbolçunun 17 yaşı olsa da, onu böyük gələcəyin gözlədiyi aydındır. 16 yaşında "Palmeiras"da debüt edib və 2022-ci ilin dekabrında "Real"

24 aprel
.

Futbolçu meydanda yıxıldı, köməksiz qalıb öldü - dəhşətli FAKT

İtaliyalı futbolçu meydanda yıxılıb və səhlənkarlıq səbəbilə ölüb. xarici mediaya istinadla bildirir ki, hadisə İtaliya çempionatının 5-ci turunun bazar günü "Castelfiorentino United" və "Lanciotto Campa" komandaları arasında keçirilən matçda baş verib. Meydan sahiblərinin futbolçus

20 aprel
.

Acun yeni klub alır

Türkiyəli iş adamı Acun Ilıcalı daha bir futbol klubu alır. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Sloveniyanın "Maribor" klubu ilə danışıqlar aparır. A.Ilıcalı klub haqqında fikirlərini bildirib: "Sloveniyada hansı klubun bizə daha uyğun olduğunu araşdırdırdıq

30 aprel
.

Ən sürətli futbolçuların adları açıqlandı - SİYAHI

Müasir futbolda hansı mövqedə çıxış etməsindən asılı olmayaraq, futbolçu üçün vazkeçilməz sayılan ən mühüm xüsusiyyət sürətdir. xarici mediaya istinadən xəbər verir ki, 2024-cü ildə dünyanın bütün zamanlarının ən sürətli futbolçuları açıqlanıb. Ulduz futbolçu Kriştiano Ronaldo bu siyahıda sonuncu yer

25 aprel
.

Azərbaycanlı baş məşqçi Xavi ilə görüşəcək - FOTO

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub. "Report" xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb. Mütəxəssisi

24 aprel
.

"Real"ın futbolçuları mənə abi deyir" - Video

"Modriç mənə abi deyəndə təəccüblənirəm". "Qafqazinfo" xəbər verir ki, bunu "Real"ın türkiyəli oyunçusu Arda Gülər "Kafa Sports"a müsahibəsində deyib. Sözügedən müsahibənin anonsu verilib. O, "Real"ın futbolçularının ona münasibətindən danışıb: "Hamıs

29 aprel