Son dəqiqə! ANS-lə bağlı xəbər yayıldı - "ANS rəhbərliyi..."
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ötən il lisenziyası dayandırılan "ANS" telekanalı rəhbərliyinin Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etməsi məsələsinə münasibət bildirib.
MTRŞ sədri "Ölkə.Az"-ın sualına cavabında deyib ki, bu məsələ "ANS" rəhbərliyinin şəxsi işidir:
"Bu məsələnin bizə aidiyyəti yoxdur. Hər bir fiziki və hüquqi şəxs öz hüquqlarını müdafiə etməlidir. Bu məsələ də onların öz işidir".
N. Məhərrəmli həmçinin qeyd edib ki, Azərbaycanda kabel televiziya yayımı ilə bağlı lazımı işlər aparılır: "Bilirsiz ki, yaxın vaxtlarda "Kabel televiziyası haqqında" qanun layihəsinə baxılacaq. Daha sonar isə kabel televiziyası ilə bağlı müəyyən müddəalar sərtləşdiriləcək. Nəticədə isə bu məsələ daha ciddi şəkildə öz həllini tapacaq".
MTRŞ sədri vurğulayıb ki, hazırda Azərbaycanda kabel telelviziyaları lisenziyalar əsasında fəaliyyət göstərir:
"Ancaq "İP" televiziya kanalları da eyni formada olmalıdır. Çünki "İP TV"-lər də kabel televiziyasının bir növüdür. Onlar da lisenziyalar əsasında fəaliyyət göstərəcək".
Azərbaycanda milli teleserialların çəkilməsi məsələsinə də toxunan N.Məhərrəmli bildirib ki, teleserialların çəkilməsi üçün dövlət tərəfindən iki dəfə birdəfəlik maliyyə yardımı həyata keçirilib:
"Ancaq bu sektor çalışmalıdır ki, özü özünü maliyyə vəsaiti ilə təmin etsin. Bunun üçün də filmlər maraqlı çəkilməlidir. Açığı deyim ki, bu sahədə müəyyən irəliləyiş var. Hazırda "ATV", "Xəzər TV" və digər televiziya kanallarında yerli teleseriallar çəkilir. Mənə də deyirlər ki, həmin teleseriallara baxanların sayı artır. Ancaq hələ də görüləsi işlər çoxdur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2586 Tarix: 17 aprel 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto
Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda
20 dekabrKarantin rejiminin müddəti uzadıldı
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus
20 dekabrBakcell lotereyasının 11-ci qalibi bəlli oldu!
Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin
19 dekabrBakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı
Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə
20 dekabrBu qadağa fevralın 1-dək ləğv olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. Qaynarinfo xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elm
20 dekabrElektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi
Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin
19 dekabrSabah hava necə olacaq?
Dekabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimal
19 dekabr