Vəssalam! Manatın bahalaşması ilə bağlı bütün müəmmalı suallara cavab

Vəssalam! Manatın bahalaşması ilə bağlı bütün müəmmalı suallara cavabAzərbaycanda son dövrdə depozit hərracları üzrə məbləğ azalıb. Belə ki, Mərkəzi Bank aprel ayının 12-də keçirdiyi not hərracında məbləği əvvəlki hərraclardan 2 dəfə azaldaraq 25 milyon manata qədər endirib. Bundan əlavə və bu gün keçirilən depozit hərracında məbləğ 50 milyon manat azaldılaraq 150 milyon manat təşkil edib. Fins.az-ın məlumatına görə, iqtisadçı-ekspertlər bildirirlər ki, depozit hərraclarına çıxarılan manat kütləsinin azalması prosesi depozit faizlərinin aşağı düşməsinə səbəb olacaq. Bu da dövriyyədə əlavə manatın qalmasını şərtləndirəcək.

Manat hazırki kursun ətrafında sabilləşə bilər
"AzFinance" İnvestisiya Şirkətinin direktor müavini, iqtisadçı-ekspert İntiqam Səfərəliyev fins.az-a bildirib ki, manatı investisiya etmək istəyən bankların qarşısında əsas iki yol var. Banklar bu vəsaiti ya kredit şəklində verə bilər. Yaxud da əlavə qazanc əldə etmək üçün valyuta bazarına yönləndirə bilərlər. Kreditə yönləndirilməsi iqtisadiyyatın artımına töhvə verə bilər. Valyuta bazarına yönləndirilməsi isə manatın güclənməsinin qarşısını alacaq və hazırkı kursun ətrafında stabil məzənnənin formalaşmasına təsir edəcək. Başqa sözlə, bu manatın məzənnəsinin stabilləşməsinə hesablanmış addımdır.

"Mərkəzi Bankın uçot dərəcəsini azaltmasına işarədir"
Ekspert hesab edir ki, Mərkəzi Bankın depozit hərracının həcminin azaldılması uçot dərəcəsinin azaldılmasına doğru atılan addımların ilk simptomlarıdır. 2017-ci ilin birinci rübünün nəticələrinə əsasən sonra Mərkəzi Bankın hərraclar vasitəsilə topladığı manatın həcmini azaltması bəzi nəticələri ortaya çıxarır. Birincisi, Mərkəzi Bankın birinci rübün nəticəsi barədə toplu məlumatı vardır və bu məlumatlar özündə tədiyyə balansı və iqtisadi artım barədə məlumatları əks etdirir: "Hesab edirik ki, tədiyyə balansı müsbət saldo göstərmiş olmalıdır ki, Mərkəzi Bank dövriyyədə manatın qalmasına doğru addım atmışdır. Bu sərt pul kredit siyasətinin cüzi yumşaldılması addımıdır".
İ.Səfərəliyevin sözlərinə görə, digər tərəfdən Mərkəzi Bank iqtisadi artıma meyl görmüşdür ki, dövrüyyədə manatın həcminin azaldılmasına doğru addım atmışdır.
Eyni zamanda Mərkəzi Bank bu addımı atmaqla manatın kursu üzərindəki təzyiqin nisbətən azaldığını hiss etdiyini düşünürük, yəni artıq kurs üzən məzənnə siyasətində stabillik göstərir, hətta deyərdim manat möhkəmlənir.

"Faizlərin aşağı salınması iqtisadi artıma meyl yarada bilər"
Ekspert əlavə edib ki, depozit hərracı üzrə faizlərin aşağı düşməsi isə bankların alternativ qazanc mənbələri axtarmasına və nəticə olaraq iqtisadiyyatı maliyyələşdirməsinə səbəb olacaq. Bu da öz növbəsində iqtisadi artıma meyl yarada bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3022   Tarix: 17 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021