BİABIRÇILIQ böyüyür - "AMAY Abdulla"nın adı yeni QALMAQALDA: "Aygünlə intim əlaqədə olmamışam"

BİABIRÇILIQ böyüyür - "AMAY Abdulla"nın adı yeni QALMAQALDA: "Aygünlə intim əlaqədə olmamışam"2014-cü ildə saxlanılan və sonradan barəsində həbs qətimkan tədbiri seçilərək 13 il müddətinə azadlıqdan məhrum edilən iş adamı, "AMAY" MMC-nin rəhbəri Abdullyev Abdulla Fərəc oğlunun adı növbəti dəfə qalmaqalda hallanır.
Cəzasının iki ilə yaxınını çəkdikdən sonra 2015-ci ildə azadlığa buraxılan A.Abdullayev dələduzluqda təqsirləndirilərək həbs edilən qadının işində şahid kimi dindirilib. Söhbət Aygün Akimovanın bir neçə nəfərə qarşı müxtəlif bəhanələrlə dələduzluq etməsi işindən gedir.
Aygün Akimova 6 nəfərə qarşı külli miqdarda dələduzluq edib. İttihama görə A.Akimovadan ən çox zərərçəkmiş şəxs Afət Hüseynovadır. Mağazasının, evinin, maşınının ələ keçirildiyini deyən A.hüseynova ümumilikdə Akimova tərəfindən 800 min manata yaxın ziyana düşdüyünü deyir.
Akimova digər dələduzluq əməllərini yerinə yetirərkən özünü Azərbaycanın ən gənc qadın polkovniki kimi təqdim edib, vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu deyib. O, həmçinin naxçıvanlı biznesmen "AMAY Abdulla"nın həyat yoldaşı olduğunu söyləyib. Maddi imkanlarının çox yaxşı olduğunu deyən Akimova zərərçəkmişlərin etibarını qazana bilib.
Zərərçəkmiş şəxslər də istintaqa ifadələrində Aygün Akimovanın "AMAY Abdulla" ilə münasibətinin olduğunu, iş adamının ona ev, maşın aldığını, maddi ehtiyaclarını qarşıladıqlarını deyiblər. Həmçinin zərərçəkmişlər iddi ediblər ki, Aygün Akimovanın iki övladının atası "AMAY Abdulla"dır.
Elə bu suallara aydınlıq gətirmək üçün istintaq orqanı da naxçıvanlı iş adamını dindirib.
Hazırda Aygün Akimovanın dələduzluq əməlləri ilə bağlı açılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Abdulla Abdullayev də iş üzrə şahiddir. Onun məhkəmə prosesinnə də gələrək ifadə verməsi gözlənilir. Ancaq məhkəmə prosesi hələ ki, zərərçəkmişlərin dindirilməsi ilə davam edir.
Musavat.com Abdulla Abdullayevin istintaq orqanına ifadəsini əldə edib. Naxçıvanlı biznesmen həmin ifadəsində Aygün Akimova ilə münasibətləri haqda ilginc açıqlamalar verib.
Abdulla Abdullyev ifadəsində bildirib ki, AMAY şirkətinin rəhbəri olduğu vaxt təxminən 2004-cü ildə əvvəllər tanımadığı Dilarə adlı qadın onun iş yerinə gələrək seyid nəslindən olduğunu, işçisi Əliyeva Dünyaxanım Yunis qızına pul borcu olduğunu deyib. Dilarə adlı qadın həmin borcunu qaytarması üçün ondan kömək istəyib. A.Abdullayev deyib ki, bundan sonra Dilarə adlı qadına maddi yardım göstərib.
Abdulla Abdullayev ifadəsinin davamında deyib ki, həmin Dilarə adlı qadın növbəti dəfə onun yanına gələrək Aygün adlı qızının kiminsə tərəfindən aldadıldığını və cinsi əlaqədə olduğunu deyib. İş adamının dediyinə görə, Dilarə adlı qadın ondan xahiş edib ki, həmin şəxsə təzyiq edərək qızı ilə evlənməsinə kömək etsin. Ancaq iş adamının bu təklifi qəbul etmədiyini deyib.
Daha sonra Aygün Akimovanı tanımasından danışan A.Abdullayev bunları əlavə edib: "Bir gün Dilarə məndən xahiş etdi ki, bu işin üstü açılmasın deyə qızı Aygünü xaricdə olan zavodlarımdan birində işləməsinə kömək edim. Mən isə xaricdə olan zavodlarımın fəaliyyətini dayandırdığını dedim. Bir müddət sonra Aygün özü mənim qəbuluma gəldi və onu işə götürməyimi xahiş etdi. Bundan sonra Aygünü xadiməçi olaraq işə götürdüm. Aygünə 300 manat maaş verirdim. Bir müddət sonra işçilərimdən kimsə mənə Aygünün hamilə olduğunu dedi.
Aygün oğlan uşağı doğmuşdu. Əri olmadığından uşağın doğum haqqında şəhadətnaməsində uşağın atası kimi mənim adımı yazdırmaq istədiyini dedi. Mənim də Aygünə yazığım gəldiyi üçün buna razılıq verdim. Aygünün uşağının atası isə başqası olub. Mən heç vaxt Aygünlə intim əlaqədə olmamışam".
A.Abdullayev əlavə edib ki, sonradan Aygünün qız övladı da dünyaya gəlib. İş adamı həmin uşağın doğum haqqında şəhadətnaməsində də ata kimi öz adının yazılmasına razılıq verdiyini istintaqa ifadəsində təsdiqləyib.
A.Abdullayev daha sonra Aygünün əxlaqsız hərəkətlər etməsindən xəbər tutduğunu deyib: "İşçilərdən biri Aygünün əxlaqsız hərəkətlərini nümayiş etdirən görüntüləri mənə göstərdi. Həmin görüntüləri Aygünün anasına və qardaşına göndərdim. Həmçinin həmin diskin bir nüsxəsini də Aygünün özünə verdim və daha sonra onu işdən çıxardım. Bundan sonra Aygünü görməmişəm və telefonla da danışmamışam".
Bundan sonra iş adamı 2012-ci ildə Aygün Akimovanın övladlarının atası kimi doğum haqqındakı şəhadətnamələrdə adının yazılmasından narahatlıq keçirib və rəsmi olaraq Nərimanov rayon Məhkəməsinə müraciət edib.
Ancaq A.Abdullayev bu istəyini yerinə yetirə bilməyib. Bir müddət xaricə gedən, daha sonra da həbs edildiyini deyən iş adamı bu işi sona çatdıra bilmədiyini söyləyib.
"AMAY Abdulla" Aygün Akimovanın törətdiyi cinayət əməllərindən xəbərsiz olduğunu da istintaqa deyib və bildirib ki, Akimovadan zərərçəkmiş Afət Hüseynovanı da tanımır: "Aygünün törətdiyi cinayətlər barədə məlumatım yoxdur. Nərgiz deyə müraciət olunan Afət Hüseynovanı da tanımıram".
Abdulla Abdullayev istintaqda sualları cavablandırarkən Aygün Akimovaya öz obyektlərinin nəzarətini tapşırmasını, şirkətinə Aygünün nəzarət etməsini, ona maşın, ev alması haqda deyilənləri də yalanlayıb: "Mən obyektlərimin işləməsini Aygünə həvalə etməmişəm. Rəhbərlik etdiyim şirkətin idarə heyəti olub və bütün vəzifəli şəxslər öz işlərini görüblər. Aygün də bir müddət xadimə olaraq işləyib. Aygünə heç vaxt 90 MD 003 dövlət nömrə nişanlı "Cadillac Escalade" markalı maşın alamamışam. Aygünə sadəcə şirkətdə işlədiyi vaxt 300 manat maaş vermişəm, atası və anasının müalicəsi üçün çox az-az məbləğdə pul vermişəm. Aygünə mənzil almağım haqda deyilənlər də yalandır. Bildiyimə görə Aygün ailəsi ilə Sumqayıtda kirayədə yaşayıb".
Qeyd edək ki, Aygün Akimova Cinayət məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) və 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3498   Tarix: 20 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021