ATV-dən efirlərində yayımlanan RÜSVAYÇILIĞA reaksiya - " Hamı bilir ki... "

ATV-dən efirlərində yayımlanan RÜSVAYÇILIĞA reaksiya - " Hamı bilir ki... ""ATV-nin "İdeya Qazandı" verilişinə qatılan gənclə bağlı mətbuatda yayılan video verilişin əsas kontekstindən çıxarılıb"

Bu barədə bakıpost-a açıqlamasında kanalın İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov deyib.

O bildirib ki, bu video ümumi verilişin içərisindən, yəni kontekstdən çıxarılmış kiçik bir hissədir: "Hamı bilir ki, ümumi verilişin içərisindəki müəyyən zarafatlar, anlar və jestlər bir cür təəssürat bağışlayır. Amma müəyyən məsələni kontekstdən, ümumi verilişin içərisindən çıxaranda, naqqaşla qopardıb təqdim edəndə tamam başqa cür təəssürat yaradır.

Bunu nəzərə almaqla yenə də vurğulamaq lazımdır ki, düzdür, gənclər oraya böyük ümidlərlə gəlirlər, özləri üçün ciddi əhəmiyyət kəsb edən məsələləri orada təqdim edirlər. Ona görə də onlara daha həssas və ciddi davranmaq lazımdır. Bu baxımdan kontekstdən çıxarılan hissəyə baxanda doğrudan da ikrah və müəyyən mənada qıcıq doğuran məqamlar var. Amma yenə də bir məqamı xüsusi vurğulamaq istərdim ki, bu video kontekstdən çıxarılıb".

Qeyd edək ki, ATV-nin "İdeya Qazandı" verilişində kənd təsərrüfatı sahəsinə aid layihəsi ilə münsiflərin diqqətini cəlb etməyə çalışan gəncin ideyası onların gülüşünə səbəb olub.

onlardan biri layihə haqqında məlumat yazılan vərəqi yerə atıb, digərləri isə özlərini gülməkdən saxlaya bilməyiblər.

Münsiflərin gülüşünün ən böyük səbəbi layihə təqdimatçısının danışığındakı qüsurlar olub. Belə ki, o layihəsi haqqında məlumat verərkən çətinlik çəkib. Bundan başqa onun təqdim etdiyi layihə münsiflər tərəfindən tamamilə mənasız hesab olunub. Nə edəcəyini bilməyən iştirakçı, onu lağa qoyan münsiflərin verdiyi sualları cavablandırmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyi, Paşa Bank ASC və Youth İNC proqramı tərəfindən dəstəklənən "İdeya Qazandı" verilişi ATV-nin efirində yayımlanır. Layihənin məqsədi 16-35 yaş arası gənclərin ideyalarına dəstək olmaqdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2891   Tarix: 21 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"DİM məntiq fənnindən olan test tapşırıqlarının çətinliyini bir qədər azaltmalıdır" - Ekspert

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini ötən günlərdə elan edib. Bir çox namizənd bu imtahanın çətin olduğundan şikayətlənib. Məsəl

2 may
.

""Bakı Prosesi" mədəniyyətlərarası dialoqu təşviq edir" - Əhliman Əmiraslanov

"Ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bildiyimiz kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan "Bakı Prosesi"nin tərkib hissəsidir

2 may
.

Kəlbəcərin Baş planı təsdiqləndi

"Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiqlənib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarda göstərilib ki, Baş planın hazırlanmasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınıb

2 may
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

2 may
.

"Qaçqınkom"da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişiklik edilib. Bunu -ın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmisi İbrahim Mirzəyev deyib. O, qeyd edib ki, Azərbaycan Respublikası Prezidentini

2 may
.

Neftçilər prospekti bağlandı

Bakının Səbail rayonu, Neftçilər prospekti istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, buna səbəb Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində su xəttində yaranan proble

2 may
.

Sumqayıtda 15 yaşlı qız itkin düşüb

Sumqayıtda 15 yaşlı qız itkin düşüb. "Report" xəbər verir ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Aylin Müşviq qızı Hüseynova Kimyaçılar qəsəbəsində yaşadığı evdən çıxıb gedib və geri qayıtmayıb. Faktla bağlı polisə məlumat verilib

2 may
.

Ailə üzvlərinə işgəncə verdi, atasını döyərək öldürdü – AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində əzab vermədə və qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Namiq Səfərovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın əldə etdiyi məlumata görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökm

2 may
.

Hazırda paytaxtda sıxlıq olan yolların SİYAHISI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Aeroport şosesi, metronun "Koroğlu" stansiyası istiqamətində;. 2. Ziya Bünyadov prospekti, Bakı Olimpiy

2 may