Ermənilər qondarma respublikanın qondarma qurumu barədə elə xəyallara qapılıb ki...

Ermənilər qondarma respublikanın qondarma qurumu barədə elə xəyallara qapılıb ki...Tanınmamış "Dağlıq Qarabağ Respublikası" Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə danışıqlara başlayıb. Məqsəd "Artsax Respublikası" futbolunun tanıdılması və beynəlxalq yarışlara vəsiqə alınmasına nail olmaqdır.

Sonxeber.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Britaniyanın "Independent" qəzeti xəbər yayıb. Xəbərdən məlum olur ki, nəşrin müxbiri Robert O`Konnor DQR-də olub və orada özünü "Artsax Futbol Assosiasiyasının (ingilis abreviaturası - AFA) başçısı adlandıran Samvel Karapetyanla söhbət edib.

Karapetyanın sözlərinə görə, separatçılar UEFA-dan tanınmaya nail olmaq üçün kommunikasiyaya başlayıblar.

"Bütün bu müharibə və münaqişə müvəqqəti xarakter daşıyır. Haçansa, yaxın gələcəkdə, "Artsax" yığması dünya və ya Avropa çempionatında iştirak edəcək. Biz əminik ki, tanınma tezliklə gələcək, çünki bütün dünya bu regionda sülhün əldə olunmasında maraqlıdır. Gec-tez Azərbaycan "Artsax"ı tanıyacaq və biz yalnız futbolda deyil, həm də beynəlxalq həyatın bütün aspektlərində iştirak edəcəyik", - deyə Karapetyan xəyallarını dilə gətirib.

"Independent" bildirir ki, AFA və UEFA arasında ilkin danışıqlar 2016-cı ilin noyabrında başlanmışdı, amma embrion səviyyəsində qaldı. Karapetyan isə hesab edir ki, ən əhəmiyyətlisi ilk addımı atmaq idi.

Müəllif Xankəndidəki stadionun acınacaqlı vəziyyətindən də yazıb: "Stadiondakı toz və palçıq onu göstərir ki, bu arenadan praktik olaraq istifadə etmirlər".

"Independent" xatırladır ki, 2000-ci illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) FİFA-ya müraciət edib ki, o DQR-dən olan komandanın Ermənistan çempionatında iştirak etməsinə qadağa qoysun. Buna görə yerli komanda yalnız Yerevandan Xankəndinə gəlmək üçün 6 saatlıq yola səbri çatan təsadüfi kollektivlərə qarşı yoldaşlıq matçları keçirir.

Slava Qabrilyan, hansına ki, DQR-in yığmasına rəhbərlik etmək tapşırılıb, oyun təcrübəsinin yoxluğundan şikayətlənib.

Samvel Karapetyan isə xarici məşqçilərin DQR-ə dəvət planları haqqında danışıb: "Biz qüvvədə olan məşqçiləri dəvət etməyəcəyik ki, onların milli assosiasiyaları problemlərlə üzləşməsinlər".

Bildirilir ki, bu il "Artsax" komandası Kataloniyaya yarışa yola düşəcək. Amma onun ən məşhur çıxışı İsveçdə tanınmamış ərazi vahidləri arasında 2014-cü ildə keçirilən dünya çempionatında olub və o orada iki matçı uduzaraq birinci raundda mübarizədən çıxıb.

"Independent" onu da yazır ki, DQR-də futbol yazıq mövcudluğunu sürdürdüyü və həyat üçün mübarizə apardığı halda, Bakıda "işğal edilmiş Ağdamın "Qarabağ" komandası Avropada Azərbaycanı müvəffəqiyyətlə təmsiul edir və Çempionlar Liqasının qrup mərhələsinin qapılarını döyür".

Biz isə virtualaz.org olaraq əlavə edirik ki, separatçıların UEFA tərəfindən tanınma haqqında xəyalları elə xəyal olaraq da qalacaq. UEFA heç vaxt BMT-nin heç bir üzvü, həmçinin Ermənistanın özü tərəfindən tanınmamış ərazi vahidinin komandasını öz sıralarına qəbul etməyəcək. Dağlıq Qarabağdan komanda UEFA yarışlarında yalnız o halda çıxış edə biləcək ki, Azərbaycan çempionatında oynayacaq və özünə avrokuboklarda iştirak hüququ təmin edəcək. Bunun üçün isə işğal edilmiş ərazilər tamamilə Azərbaycana qaytarılmalıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1028   Tarix: 24 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Messinin oğlu bir oyunda 5 qol vurdu - VİDEO

Səkkiz qat "Qızıl top"un sahibi Lionel Messinin ortancıl oğlu "İnter Mayami" uşaq komandası ilə oyunda komandasına beş qol vurub. xarici KİV-ə istinadla bildirir ki, qollardan birini cərimə zərbəsindən qapıya göndərən Mateo, sevincini atası kimi öpüş göndərməklə qeyd edib. Qeyd edə

17 aprel
.

"Barselona" iki futbolçusu ilə bağlı qərar verib

İspaniyanın "Barselona" klubunda icarə əsasında çıxış edən Joau Kanselu və Joau Feliks in taleyinə aydınlıq gəlib. "Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "Barsa" rəhbərliyi Kanselonun xidmətində maraqlıdır və müdafiəçi ilə yeni mövsümün əvvəli müqavil

27 aprel
.

Azərbaycanda cüdo ilə məşğul olanların sayı 18 min nəfəri ötüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib. "Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himnini

21 aprel
.

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər: Namizədliyi irəli sürüldü

"Bakının 2026-cı il üçün dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülüb". "Report" xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Bakı şəhərinin dünyanın idman paytaxtına namizədliyi ilə bağlı keçirilən mətbuat konfransınd

21 aprel
.

Məşhur futbolçu İtaliya klubunun baş məşqçisi oldu

İtaliya A Seriyasında çıxış edən "Udineze" klubu Fabio Kannavaro ilə müqavilə imzalayıb. Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 50 yaşlı italiyalı mütəxəssis yeni klubu ilə mövsümün sonuna qədər razılığa gəlib. O, son olaraq İtaliyanın digər təmsilçisi "Benevento"n

23 aprel
.

"Fənərbağça"nın penaltilərini çıxaran qapıçının SİRRİ: Atası oyundan əvvəl…

"Fənərbağça" - "Olimpiakos" matçına damğasını vuran və 3 penalti vuruşunu qurtaran Konstantinos Tzolakislə bağlı çox danışılan fakt üzə çıxıb. bu barədə xarici mətbuata istinadən xəbər verir. Tzolakis matçdan sonra verdiyi açıqlamada məşqçilərlə analiz apardıqlarını və penaltilərdə

19 aprel
.

Qurban Qurbanovdan yeni "Beşiktaş" açıqlaması

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov adının Türkiyənin "Beşiktaş" klubu ilə birgə hallanmasına münasibət bildirib. Qaaynarinfo xəbər verir ki, təcrübəli mütəxəssis bununla bağlı suala belə cavab verib:. "Bu suallar çox olur. Fikir bildirmək düzgün olmaz. Fikrimin yayınmasın

25 aprel
.

"Barselona"nın yeni baş məşqçisi o olacaq

Birminqemin "Aston Villa" klubunun baş məşqçisi Unai Emeri tezliklə Kataloniya "Barselona"sına rəhbərlik edə bilər. xəbər verir ki, bu barədə "Teamtalk" portalı məlumat yayıb. Mənbənin məlumatına görə, "Blauqrana" rəhbərliyi ispan mütəxəssislə əməkdaşlıqda maraqlıdı

20 aprel
.

Kriştiano Ronaldo iki oyunluq cəza alacaq

Portuqaliya millisinin və "Əl-Nəsr"in klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında "Əl-Hilal"la oyunda (1:2) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün iki oyunluq cəzalandırılacaq. -in xəbərinə görə, bu barədə "Asharq Al-Awsat"

16 aprel