Kriştiano Ronaldo iki oyunluq cəza alacaq

Kriştiano Ronaldo iki oyunluq cəza alacaqPortuqaliya milllisinin və "Əl-Nəsr"in klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında "Əl-Hilal"la oyunda (1:2) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün iki oyunluq cəzalandırılacaq.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Asharq Al-Awsat" məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının nizam-intizam komitəsi Ronaldonun iki oyunluq diskvalifikasiyası ilə bağlı qərar verəcək.

Eyni zamanda komitə portuqaliyalını matçdakı insidentlə bağlı sorğu-sual edib və futbolçu haqsız yerə qırmızı vərəqə aldığını bildirib.
Xatırladaq ki, görüşün 86-cı dəqiqəsində Ronaldo rəqibinə dirsək vurduğuna görə birbaşa qırmızı vərəqə alıb. Portuqaliyalı meydandan qovulduqdan sonra kapitan sarğısını partnyoruna tərəf atıb, arxasını çevirərək hakimə tərəf yelləyib.

Bu mövsüm Ronaldo bütün turnirlərdə 37 matçda iştirak edib, 36 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 731   Tarix: 16 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

Misli Premyer Liqasında XX turun daha bir oyunu bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, "Qarabağ" "Turan Tovuz"la münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:30-da start götürəcək. Görüşün baş hakimi Rəşad Əhmədov olacaq

4 may
.

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olacaq. "Qafqazinfo" xəbər verir ki, "Bavariya" PSJ-ni qəbul edəcək. Münhendə keçiriləcək matçda qarşılaşmaya 23:00-da start veriləcək. Cütün qalibi finalda "Arsenal"la qarşılaşacaq. UEFA Çempionlar Liqası. Yarımfina

6 may
.

"Neftçi" son 15 mövsümün rekorduna imza atdı

Misli Premyer Liqasının XXIX turunda keçirilmiş "Neftçi" - "Qarabağ" oyununu stadiondan 9500 tamaşaçı izləyib. Qaynarinfo xəbər verir ki, bu, Bakı klubunun Premyer Liqadakı ev matçlarında son 15 mövsümün ən yüksək göstəricisidir. "Ağ-qaralar"ın meydanında daha çox izləyic

28 aprel
.

Çempionlar Liqası: PSJ - "Bavariya" oyununda 9 qol vuruldu

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. Qaynarinfo xəbər verir ki, raundun ilk matçında "PSJ" Fransada Almaniyanın "Bavariya" komandasını qəbul edib. İsveçrəli baş hakim Sandro Şererin idarə etdiyi qarşılaşma "Park de Prens" stadionunda baş tutub

29 aprel
.

Finiş xəttini birinci keçən idmançı Əhməd Alkanoğlu: "Bakı Marafonu"nda qalib olmaq böyük xoşbəxtlikdir"

"Daha əvvəl Bakıda yarı marafonu qazanmış idmançı kimi yenidən burada - "Bakı Marafonu"nda qalib olmaq mənim üçün böyük xoşbəxtlikdir". xəbər verir ki, bu sözləri "Bakı Marafonu 2026"da kişilər arasında finiş xəttini birinci keçən türkiyəli idmançı Əhməd Alkanoğlu jurnalistlər

3 may
.

"Barselona" "Real"ı udub çempion oldu - Yenilənib

İspaniya çempionatının 35-ci turunda "El Klasiko" baş tutacaq. "Qafqazinfo" xəbər verir ki, "Barselona" və "Real" "Nou Kamp"da üz-üzə gələcək. Matçın start fiti saat 23:00-da veriləcək. "Barselona" bu matçda qalib gələrsə, çempionluğunu rəsmiləşdirəcək

11 may
.

Galatasarayın keçmiş hücumçusu 6 dəqiqədə 3 penalti qaçırdı

Qalatasarayın keçmiş futbolçusu Karlos Vinisius formasını geyindiyi Qremio klubunda unudulmaz bir gecə yaşayıb. xəbər verir ki, Copa Sudamericana çərçivəsində keçirilən Palestino matçında braziliyalı hücumçu qısa müddət ərzində ardıcıl şəkildə 3 penalti şansını qaçırıb. Cəmi bir neçə dəqiqəyə baş verə

30 aprel
.

Premyer Liqa: "Neftçi" və "Qarabağ" yenidən üz-üzə

Misli Premyer Liqasının XXI turunda təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, matç "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq. Ağdam təmsilçisi çempionatd

30 aprel
.

İdman zalında risk hesab edilən 3 məşq növü

İdman zalına gedən həvəskarlar peşəkarlarla müqayisədə daha tez-tez zədələnir. Mütəxəssislər bunu zəifliklə deyil, tələskənlik və düzgün texnikanın olmaması ilə izah edir. xəbər verir ki, peşəkarlar illərlə texnika üzərində işləyir və yükü mərhələli artırır. Həvəskarlar isə çox vaxt başqalarını təqli

29 aprel