Ekspertdən əhaliyə şad xəbər - "Valyutadəyişmə məntəqələri açılandan sonra dollar..."

Ekspertdən əhaliyə şad xəbər - "Valyutadəyişmə məntəqələri açılandan sonra dollar..."Valyutadəyişmə məntəqələri yenidən fəaliyyətə başlayacaq.

Artıq Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsində valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyətə başlaması barədə ümumi razılıq əldə olunub.

Valyutadəyişmə məntəqələri ləğv ediləndə hökumət qara bazarı aradan qaldırmağı planlasa da, bunun əksi baş verdi.

Valyutadəyişmə məntəqələrinin ləğvinin fəsadları və fəaliyyətə başlayacağının faydaları barədə iqtisadçı ekspert Vüqar Bayramov "Ölkə.Az"-a danışıb:

"Əslində valyutadəyişmə məntəqələrinin bağlanmasına ehtiyac yox idi. Valyutadəyişmə məntəqələri bağlanandan sonra dövlət orqanlarına müraciət etdik, valyutadəyişmə məntəqələrinin yenidən açılmasını təklif etdik. Valyutadəyişmə məntəqələrinin bağlanması əslində o zaman hədəflərə çatmağa imkan vermədi. Valyutadəyişmə məntəqələrinin qara bazar yaratdığı, manatın məzənnəsinə təsir göstərdiyi arqument kimi göstərilərək onların fəaliyyətinə xitam verildi. Əslində isə valyutadəyişmə məntəqələri bağlandıqdan sonra qara bazar yarandı və genişləndi. Qara bazar valyutadəyişmə məntəqələri fəaliyyət göstərən zaman daha kiçik idi, nəinki valyutadəyişmə məntəqələri ləğv ediləndən sonra. Valyutadəyişmə məntəqələrinin olmaması qara bazarın inkişafına gətirib çıxardı. Digər baxımdan, valyutadəyişmə məntəqələrinin işləməsi 6 000 iş yeri demək idi. 6 000 vətəndaşımız orada çalışırdı. 6 000 iş yerinin açılması kifayət qədər zaman və investisiya tələb edir. Sadəcə bir qərarla həmin 6 000 iş yeri praktiki baxımdan ləğv olundu. O baxımdan valyutadəyişmə məntəqələrinin bərpasına ehtiyac var idi".

Valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyətə başlamasının nəyə gətirib çıxaracağı barədə danışan iqtisadçı ekspert bildirdi ki, valyutadəyişmə məntəqələri rəqabət yaradacaq:

"Bankların alış və satış kursu arasında fərq var idi. Fevral ayının əvvəllərində manat möhkəmlənməyə başlayanda manatın və ya dolların alış kursu ilə satış kursu arasında hər 100 dollarda təxminən 20 manat fərq var idi. Bu ona görə baş verirdi ki, rəqabət yox idi. Banklar dolları ucuz qiymətə alıb, baha qiymətə satırdı. Burada itirən vətəndaş, qazanan isə banklar idi. Bu baxımdan valyutadəyişmə məntəqələrinin fəaliyyətinə ehtiyac var idi. Çünki valyutadəyişmə məntəqələrinin fəaliyyəti valyuta dəyişmə sahəsində rəqabətin yaranmasına imkan verəcək. Artıq alış və satış arasındakı fərq xeyli kiçiləcək. Nə qədər qəribə olsa da belə həmişə qara bazarın məzənnəsi bankların məzənnəsindən daha yaxşı olub. Qara bazarda alış-satış kursu arasında fərq banklara nisbətən daha az olub. Qara bazar qeyri-leqaldır, banklar isə leqal. Ancaq qeyri-leqal fəaliyyət göstərən bazar leqal fəaliyyət göstərən bazardan daha uyğun kurslar təklif edir. Bunun səbəbi də rəqabətin olmaması idi.

Valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyəti imkan verəcək ki, insanlar asan, sərbəst şəkildə - şənbə, bazar, bayram günlərinə baxmadan gedib pullarını dəyişə bilsinlər. Bundan əlavə, valyutadəyişmə məntəqələrinin bərpası iş yerləri deməkdir. Valyutadəyişmə məntəqələri ləğv edilən zaman orada işləyənlərin əksəriyyəti qara bazarda fəaliyyət göstərirdilər. Artıq onlar valyutadəyişmə məntəqələrinə qayıdacaqlar, leqal şəkildə fəaliyyət göstərəcəklər.

Həm məşğulluğu, həm bazarda rəqabəti, həm də vətəndaşların və turistlərin asan və sərbəst şəkildə öz valyutalarını dəyişə bilməsini nəzərə alsaq, valyutadəyişmə məntəqələrinin bərpasına ehtiyac var idi. Əslində bunu daha tez etmək lazım idi. Daha doğrusu isə ümumiyyətlə valyutadəyişmə məntəqələri ləğv edilməməli idi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3085   Tarix: 24 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda hotellər üzrə orta qiymət azalıb

Cari ilin aprel ayında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət öncəki ayla müqayisədə bir qədər azalaraq 131,67 manat təşkil edib. -ın xəbərinə görə, yanvarda Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət 87,50, fevralda 102,67, ötən ay isə 134,3

6 aprel
.

Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi zaman zaman gündəmə gəlir. Hazırda Azərbaycanda bir çox banklar yüksək faizlə kredit verir. Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı kredit faizlərinin yüksək olma səbəblərinə aydınlıq gətirib:

15 aprel
.

Balın qiymətinin artacağı gözlənilir - SƏBƏB - VİDEO

Bu il Astarada arıçılıq məhsullarının qiymətində artım gözlənilir. xəbər verir ki, buna səbəb olaraq məhsuldarlığın aşağı düşməsi və arıların xəstəliklərə yoluxaraq tələf olması göstərilir. Arıçılar bildiriblər ki, arı ailələrində 50 faizə yaxın itki var. "İtkilər balın qiymətinə təsir edəcək. Arıçıla

12 aprel
.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə xəbər verir. Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqind

7 mart
.

Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,5% və 241,3 milyon manat azdır. Bu ilin əvvəlində yerli bankların cəmi aktivləri 49 milyard 151,2 milyon manata bərabər olub. Bu dövrd

20 aprel
.

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad

22 mart
.

Azərbaycan Türkiyədən tütün alışını azaldıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 8 milyon 135 min ABŞ dolları dəyərində tütün ixrac edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 % azdır. Təkcə martda isə Azərbaycan Türkiyədən 4 milyon 156 min ABŞ dolları dəyərind

28 aprel
.

Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) dünya nəhəngi olan "Tesla" və "İntel" şirkətlərinin səhmlərinə investisiya yatırıb. Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Neft Fondundan bildirilib. Məlumata görə, Dövlət Neft Fondu öz yatırımlarını İnvestisiya Siyasət

27 aprel
.

Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,5

8 mart