Bu gecə Allahın bütün bağlı qapıları üzünüzə açılacaq!
İlahiyyatçı Südabə Həsənli Sonxeber.az-a bildirib ki, bu gecə Məbəs gecəsi niyyət axşamıdır. Məbəs gecəsi müstəhəbdir ki, qüsul alınsın. Gecə yarısından sonra on iki rükət namaz qılınır:(6 dəfə sübh namazı kimi iki rükətli namaz). Hər rükətdə `Fatihə` ilə yanaşı istənilən kiçik surələrdən biri oxunur. Hər iki rukətdən biri salamlardan sonra oturaq halda 7 dəfə `Fatihə`, 7 dəfə `Fələq`, 7 dəfə `Nas`, 7 dəfə `İxlas, 7 dəfə `Kafirun`, 7 dəfə `Qədr` surələri və 7 dəfə Ayətül-Kürsü oxunur. Namazdan sonra Allahdan hacət dilənilir, Nə müşkülünüz varsa inşalllah qəbul olar.
"Məbəs bağlı qapıları üzünə açan bir gündür. Məbəs günü sabah müsəlmanların bayram günüdür. Məbəs nədir? Yəni Peyğəmbərə Peyğəmbərlik verilən gün. Məbəs günü Peyğəmbərin əzəmətinin göstəricisidir. Peyğəmbər olmasa idi dünyada heç bir qəlb yox diki onun taqəti olsun Quranı qəbul etməyə. Allah buyurur: Bu Quranı biz dağa nazil eləsək dağı didilmiş görərsən dağ dözə bilməz, bu Quranın həqiqətləri qabağında amma Peyğəmbər qəlbi o həqiqətləri qəbul elədi. Peyğəmbər belə bir əzəmət sahibidi. Allah bizə nemət verib ki belə bir əzəmətli Peyğəmbər ümmətiyik. Həzrəti Peyğəmbər buyurur: "Allahı sizə verdiyi nemətlərinə görə sevin, məni isə ona görə sevin ki, Allah sevir.Əhli-beyti(ə) ona görə sevinki, mən onları sevirəm".
Həzrəti Peyğəmbər (s)başqa yerde buyurur: "Hər kim Allaha möhkəm bağlanmaq istəsə, gərək Əli ibni Əbutalibi(ə), Həsəni(ə) Hüseyni(ə) sevsin. Əhli-beyti sevmək ibadətdəndir. Əli məndən, mən də Əlidənəm. Məbəs gününün bir neçə əməlləri var. Onları siz dəyərli oxucuların diqqətinizə çatdırırıq. Oruc tutmaq, Namaz qılmaq və Peyğəmbər(s.a.a.)ailəsi Əhli-beytinə salavat çevirmək (Allahuməsəlli əla Mühəmmədin və ali Mühəmməd), dua və bu zikri etmək tövsiyə olunub.
İmam Sadiqdən(ə)nəql olunur ki, kim Rəcəb ayının 27-ci günü oruc tutsa, Allah onun üçün 70 ilin savabını yazar və hacətlərini yerinə yetirər. Allah bu günü bizə mübarək eləsin, tezliklə Peyğəmbərin(s) Ehli-beytin(ə) xatirinə qeybdə olan 12-ci imamımız Sahibiəzzaman zuhurunu təcili eləsin, haqq batildən ayrılsın inşallah.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5023 Tarix: 24 aprel 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri təşkil edildi
20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri yaradılıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, daha 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq "5.14" - "minik taksilərinin duracaq yeri" və 3.28" - "durma
15 iyunABŞ və İran razılaşması fonunda dollar ucuzlaşır
ABŞ və İran arasındakı razılaşma xəbərlərinə, investorların əhvali-ruhiyyəsinin yaxşılaşmasına və neft qiymətlərinin ucuzlaşmasına baxmayaraq, dolların məzənnəsi eniş nümayiş etdirir. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Agentliyin məlumatına əsasən, neft kotirovkalarını
15 iyunSabah 32 dərəcə isti olacaq
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündü
15 iyunÇıxarışlı torpaqlarda bahalaşma: Bir sotu yarım milyon manat (VİDEO)
Ən ucuzu beş min, ən bahası isə yarım milyon manata qədərdir. "Xəzər" TV-yə istinadən xəbər verir ki, söhbət yerləşdiyi əraziyə görə, çıxarışlı torpaq sahəsinin bir sotunun qiymətindən gedir. Bakıda torpaq bazarında qiymətlər yenidən yüksəlib. Xüsusilə yay mövsümünün yaxınlaşması və fərdi yaşayı
15 iyunHesablama Palatası: Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb
2025-ci ildə Azərbaycanda tikinti sektoru 0,4 % kiçilib. Halbuki ilin əvvəlində sektorda 4,8 % artım proqnozlaşdırılıb, sonradan bu göstərici 7,9 %-ə yüksəldilib. xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir
15 iyunƏrdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib. "Can Azərbaycanın 15 İyun - Milli Qurtuluş Gününü ən səmimi duyğularımla təbrik edir, bir millətin iki dövləti, tək ürəyi daşıya
15 iyunƏli Əsədov Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib
Baş nazir Əli Əsədov 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, Əli Əsədov müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevi
15 iyun