"Mənə görə şəhid olmayıb ki, zırıldama, rədd ol çölə…"- İcra başçısı şəhid xanımını qapıdan qovdu!

"Mənə görə şəhid olmayıb ki, zırıldama, rədd ol çölə…"- İcra başçısı şəhid xanımını qapıdan qovdu!Başçının müavini isə cavab vermək əvəzinə, əməkdaşımıza qəzəbləndi: "Siz müstəntiqsiniz?"
Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Kamil Əliyevin xanımı şikayət edib.
Şəhidin xanımı Bahar Əliyeva müraciətində bildirib ki, bu gün Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun qəbulunda olarkən təhqir olunaraq otağından qovulub:
"İndicə icra başçısının qəbulundan gəlirəm. Yoldaşım Əliyev Kamil Fazil oğlu, 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlər zamanı iyul ayının 3 də Ağdərədə şəhid olub. Biz 2005-ci ildən Şirvan şəhərində yataqxanada qalırıq. Ailənin 6 nəfər üzvü ilə birlikdə balaca bir otaqda yaşayırıq. Ailəni güclə dolandırıram. Özüm hər yerə iş üçün müraciət etmişəm. Lakin iş tapa bilmirəm. Dolanışıq çox çətindir. Evin hamamı yoxdur. Mərdan müəllimdən xahişə getmişdim ki, bir şəhid ailəsi kimi bizə əl tutsun. Ancaq o mənə dedi ki, məni bu mövzularla bezdirməyin. Yoldaşın şəhid olub, Allah rəhmət eləsin. Mənə görə şəhid olmayıb ki?! Bu sözü eşidəndə özümü saxlaya bilmədim. Ağlamağa başladım. Daha sonra o mənə, "zırıldama, rədd ol çölə, vaxtımı alma", deyib qovdu".
Bahar Əliyeva bildirib ki, evdə balaca uşaqlar var. Evin hamamı yoxdur. Yataqxana isə aylardır boşdur. Amma müraciətlərə baxmayaraq, onlara bir otaq belə verilmir: "Neçə dəfə müraciət etmişəm. Evin hamamı yoxdur. Mərdan Camalova bunları danışanda isə mənə dedi ki, evin ortasına qab qoyub çimin. Mənə nə bundan?"
Şikayətçinin sözlərinə aydınlıq gətirmək üçün, Şirvan şəhər icra hakimiyyəti başçısının müavini Şəfayət Əsgərovla əlaqə saxladıq. Ş.Əsgərov bizə açıqlamasında Mərdan Camalovun belə bir fikir söyləmədiyini təkzib etmədən, bizim özümüzə birbaşa sual ünvanladı: "Siz müstəndiqsinizmi, sizə nə dəxli var?"
İcra başçısının müavini daha sonra "bu mövzuyla bağlı məni narahat etməyin" deyib, telefonu bağladı.
Görünür, icra başçısının müavini Şəfayət müəllimin KİV haqqında qanunlardan heç bir xəbəri yoxdur və o, jurnalistin ünvanlandığı suala cavab verməli olduğunu bilmir.

Mənbə:Avropa.info


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 33699   Tarix: 25 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəlilabadda 17 yaşlı yeniyetmə 4 bıçaq xəsarəti alıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini, 2007-ci il təvəllüdlü H. Salamzadə münaqişə zəminində müxtəlif bıçaq xəsarətləri alıb. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sağ döş qəfəsinin nüfuz edən yaras

19 may
.

Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb

Pakistanın şimal-qərbində baş verən yol qəzasında 14 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, bir ailəni daşıyan mini yük maşınının yarğana aşması nəticəsində 14 nəfər ölüb, 12 nəfər yaralanıb

18 may
.

Diri-diri basdırılmış kişi dörd gün torpaq altında qaldıqdan sonra xilas edilib - VİDEO

Moldovada diri-diri basdırılan 62 yaşlı kişini yalnız dörd gündən sonra xilas etmək mümkün olub. Onun yerin altından gələn ümidsiz qışqırıqları polislər tərəfindən təsadüfən eşidilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Moldovanın şimal-qərbindəki Ustiya kəndinə çağırılıblar. Burada həyat əlamətlər

19 may
.

Dörd dost ağır qəzaya düşdü - Biri öldü

Ötən gecə Bakı şəhər Binəqədi rayonu Goradil qəsəbəsində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, gecə saat 01 radələrində 199-cu il təvəllüdlü Məmmədov Piruz İsa oğlunun idarə etdiyi "Mercedes Benz C 320" markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb

16 may
.

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə Xəqani küçəsində bir nəfərin narkotik vasitənin təsiri altınd

18 may
.

Gəncədə velosiped oğruları saxlanıldı

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisində bir neçə vətəndaşa məxsus velosipedi oğurlamaqda şübhəli bilinən 2007-ci il təvəllüdü K.Qasımov və həmyaşıdı C.Zülfüqarov saxlanılıb. xəbər verir ki, araşdırmalar zamanı K.Qasımovun daha bir cinayə

19 may
.

Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb

Türkiyənin Van şəhərində, İranla sərhəddəki Başkelə rayonunda hərbi maşın aşıb. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Qəza nəticəsində 11 hərbçi yaralanıb. Onlardan 6-sının durumunun ağır olduğu bildirilib

18 may
.

Göyçayda qəza: Xəsarət alanlar var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 215-ci kilometrində Göyçay rayonu Çayarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, magistral yolda hərəkət edən 1989-cu il təvəllüdlü Fərhad Ədalət oğlu İsmayılovun idarə etdiyi motosikle

19 may
.

Rusiyada 40-dan çox ev və tikililər yanıb

Saxalinin Poronaysky şəhər rayonunun Vostok kəndində 40-dan çox bağ evi və yardımçı tikililər yanıb. Bu barədə Saxalin vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yanğın 2,1 min kvadratmetr ərazini əhatə edib və səhər saatlarında söndürülüb. Nazirliyin mətbuat xidmətində

19 may