Diri-diri basdırılmış kişi dörd gün torpaq altında qaldıqdan sonra xilas edilib - VİDEO

Diri-diri basdırılmış kişi dörd gün torpaq altında qaldıqdan sonra xilas edilib - VİDEOMoldovada diri-diri basdırılan 62 yaşlı kişini yalnız dörd gündən sonra xilas etmək mümkün olub.

Onun yerin altından gələn ümidsiz qışqırıqları polislər tərəfindən təsadüfən eşidilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Moldovanın şimal-qərbindəki Ustiya kəndinə çağırılıblar. Burada həyat əlamətləri olmayan 74 yaşlı qadının qohumları tapdıqları meyitin ölüm səbəblərinin araşdırılmasını tələb ediblər. Polis qadının qətlində şübhəli bilinən 18 yaşlı gəncin evində axtarış apararkən yaxınlıqdan gələn kömək çağırışlarını eşidib.

Kadrlarda yaşlı kişinin məzardan çıxarıldığını görmək olar. Kişi yaralı olub, amma huşunu itirməyib.

Zərərçəkmiş polisə bildirib ki, şənbə günü o, qətldə şübhəli bilinən oğlanla spirtli içki qəbul edib, sonra isə aralarında mübahisə düşüb. İddialara görə, yeniyetmə ona bıçaqla hücum edib, bundan sonra onu zirzəmidə bağlayıb və girişini torpaqla örtərək, kişini diri-diri basdırıb.

Polis hesab edir ki, yeniyetmə qohumu olan təqaüdçü qadını ertəsi gün öldürüb. Sərxoş vəziyyətdə olan şübhəli şəxs evində yaxalanıb.

Prokurorluq bir nəfərin öldürülməsinə cəhd, digərinin isə qətlə yetirilməsi ilə bağlı araşdırmaları davam etdirir. Gəncin günahı sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyir.

Xilas edilən kişi yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.(xezerxeber)


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1550   Tarix: 19 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021