Qızı yaşda xanımla evlənən 60 yaşlı azərbaycanlı polkovnikin oğlundan ŞOK SÖZLƏR: "Kim bilirsə onun oğluyam gəlib mənimlə..."

Qızı yaşda xanımla evlənən 60 yaşlı azərbaycanlı polkovnikin oğlundan ŞOK SÖZLƏR: "Kim bilirsə onun oğluyam gəlib mənimlə..."Ehtiyatda olan polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadənin 3-cü dəfə ailə həyatı qurması və toy etməsi hadisəsi geniş müzakirə olunur.

60 yaşlı polkovnikin yenidən nikaha daxil olması ilə bağlı oğlu Elxan Qənizadə bildirib ki, atasının yenidən evlənməsində heç bir problem görmür və bu, çox normaldır: "Mənə əvvəlcədən demişdi və razı olmuşduq evlənməyinə. Atamın yenidən evlənməyinə heç bir narazılığımız olmayıb. Əksinə, daha da şadam ki, o, tək deyil, ailə qurub. Hər gün atamla görüşürəm, tez-tez gedib-gəlirəm yanına. Onun planlarından da xəbərim vardı, məndən gizli olmayacaqdı ki?! Amma elçilikdə iştirak etməmişəm. Kimin elçiliyə getməsinə qarışmamışam. Atamın daha əvvəlki ailələrinin dağılmasına gəlincə, ilk olaraq müharibədə uzun müddət iştirak etdiyi üçün evə çox gec-gec gəlirdi və anamla arasında soyuqluq yaranmışdı. Bu səbəbdən də boşanmalı oldular. İkinci həyat yoldaşına gəlincə, mənim həmin qadınla elə də yaxşı münasibətim olmayıb".

Elxan Qənizadə deyib ki, çox istəsə də, atasının toyunda iştirak edə bilməyib: "İşimlə əlaqədar məclisdə ola bilmədim. Amma toyun təşkilatçılığında kömək etmişəm. Ora-bura getməyə, bəzi şeylərin təşkil edilməsində iştirak etmişəm. Bacardığım qədər kömək etməyə çalışmışam".

Ehtiyatda olan polkovnikin oğlu atasının çox yaxşı insan olduğunu deyib: "Hər cəhətdən bizə kömək olub. Problemlərimizi həll edib. Bu gün də nə məsələmiz olursa, birinci ona zəng edirəm, bir dəfə də "yox" cavabı verməyib. Həmişə əli üstümüzdə olub. İş yerində, başqa yerdə kimi görürəmsə, hamı onu tərifləyir. Kim bilirsə Əzizağanın oğluyam gəlib mənimlə ikiəlli görüşür. Mənə də məsləhət görürlər ki, bir atan var onunla birgə ol. Onun haqqında pis söz deyən, düşünən adam görməmişəm. Dünən yayılan xəbərlərdən məlumatım olmayıb. Bu gün səhər bildim ki, belə xəbərlər yayıblar. Kim nə edirsə, özünə edir. Heç kim heç kimə pislik edə bilməz. Bu ailənin qurulmasının heç kimə aidiyyatı yoxdur".

Qeyd edək ki, 2 gün əvvəl istefada olan 60 yaşlı polkovnik, Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadə 3-cü dəfə ailə qurub. O, muzeyin əməkdaşlarından olan 32 yaşlı Gülşən Hüseynova ilə evlənib.

Ə.Qənizadə Əfqanıstan və Qarabağ döyüşlərinin iştirakçısıdır. O, 1992-1993-cü illərdə Qarabağ döyüşlərində tabor komandiri, 1993-cü ildə isə 701 saylı briqadanın komandiri olub.

Mənbə: lent.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3045   Tarix: 27 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

3 may
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

3 may
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

5 may
.

COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

4 may
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

3 may
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

4 may
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

4 may
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb

5 may
.

Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT

Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir tutulub açılacağı gözlənilir. Səhər saatlarında, əsasən saat 10:00-12:00 radələrində bəzi yerlərdə zəif yağış yağacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətinin direktoru Nazim Mahmudov -a bildirib ki, gün ərzində mülayim cənub-şərq küləyini

4 may