Son Dəqiqə! Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda final yarışlarına start verildi

Son Dəqiqə! Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda final yarışlarına start verildiBu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunda final yarışlarına start verilib.

Sonxeber.az Trend-ə istinadən bildirir ki, yarışlar Milli Gimnastika Arenasıdna keçirilir.

Turnirin üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətlər üzrə final yarışları keçiriləcək.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 919   Tarix: 30 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mbappe "Real Madrid"in keçmiş futbolçusunun evini aldı

Kilian Mbappe "Real Madrid"in keçmiş ulduz futbolçusunun evini 18 milyon avroya alıb. Məlumata görə, fransalı ulduz futbolçu ispaniyalı Serxio Ramosun Madriddəki evi üçün ispaniyalı müdafiəçiyə 18 milyon avro ödəyib. "Real Madrid" klubu ilə rəsmi müqavilə imzalamayan Kilian Mbappeni

4 may
.

Levandovski hazırda dünyanın ən yaxşı 2 oyunçusunun adını AÇIQLADI

"Barselona"nın polşalı hücumçusu Robert Levandovski hazırda kimləri dünyanın ən yaxşı futbolçuları hesab etdiyini açıqlayıb. -in xəbərinə görə, bu barədə "Marca"nın məlumatında deyilir. "Bunu demək çətindir. Çünki qarşıda hələ Avropa çempionatı və Çempionlar Liqasının son, həlledic

29 aprel
.

Almaniya çempionatının oyunu azarkeşlərlə polis arasında kütləvi dava ilə başa çatıb

Almaniyanın regional liqasının "Dinamo" (Berlin) və "Energi" (Kotbus) matçı azarkeşlərlə polis arasında kütləvi dava ilə başa çatıb, nəticədə 74 nəfər həbs edilib, 155 polis yaralanıb. Polis əməkdaşları gözyaşardıcı qazdan istifadə edib, həmçinin itlərin köməyi ilə azarkeşləri sakitləşdirməy

5 may
.

Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər

Bu gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dubai Police Global Chess Challenge" şahmat turniri başlayır. Məlumata görə, üç kateqoriya üzrə təşkil olunan yarışda beş Azərbaycan şahmatçısı mübarizə aparacaq. Güclülərin döyüşündə Eltac Səfərli (2612), Aydın Süleymanlı (2607) və Əhməd Xaqan (2321

4 may
.

"Qarabağ" finalda meydan sahibi olacaq

Azərbaycan kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, "Qarabağ" və "Zirə" klublarının nümayəndələri iştirak ediblər. PFL Yarışların təşkil

26 aprel
.

Şahruddin Məhəmmədəliyev: Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək

Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək. Bunu "Report"a açıqlamasında Türkiyənin "Adana Dəmirspor" klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev deyib. Qolkiper Türkiyə klubundakı gələcəyi ilə bağlı danışıb: "Adana Dəmirspor" klub

27 aprel
.

Keçmiş UFC çempionunun körpə oğlu ölüb

Keçmiş UFC çempionu Frensis Nqannunun bir yaş yarımlıq oğlu dünyasını dəyişib. xəbər verir ki, o, bu barədə özü sosial şəbəkələrdə məlumat yayıb. Ata baş verən faciəyə görə tamamilə məhv olduğunu bildirib:. "Uğrunda bu qədər mübarizə apardığımız şey bizi ən çox incidirsə, həyatın mənası nədir? Həya

30 aprel
.

Acun yeni klub alır

Türkiyəli iş adamı Acun Ilıcalı daha bir futbol klubu alır. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Sloveniyanın "Maribor" klubu ilə danışıqlar aparır. A.Ilıcalı klub haqqında fikirlərini bildirib: "Sloveniyada hansı klubun bizə daha uyğun olduğunu araşdırdırdıq

30 aprel
.

Xarici klubların maraqlandığı futbolçu "Qarabağ"da qalacaq

Mövsümün ikinci yarısında xarici klubların diqqət mərkəzinə düşən futbolçu "Qarabağ"da qalacaq. xəbər verir ki, Premyer Liqa klubu 27 yaşlı oyunçunun sözləşməsini uzadıb. Tərəflər arasında razılıq əldə olunub və yaxın zamanda rəsmi açıqlama olacaq. Qeyd edək ki, Bəhlul 2021-ci ilin yayında

4 may